Sualınızı soruşun

24 November 2024 Saat 04:41

Mən qəza orucu tutmuşdum, ixtiyarsız olaraq məni (sperma) xaric oldu. Bu halda mənim orucum batil olur ya yox? Amma mənə dedilər ki, sənin orucun batildir. Mən də o alimin sözünə yəqinim olduğu üçün yemək yeyib su içdim. Mərhum Lənkarani ağanın (r.ə) fikrincə mənim vəzifəm nədir?

پاسخ :

Yemək yeyib su içməniz orucunuzu batil edir və ayri bir vaxtda onun qəzasın bir gün yerinə yetirin! Amma ixtiyarsiz olaraq məni xaric olursa insanın özü də məninin xaric olmasını istəmirdisə oruc batil olmur.Bunuda bilməlisiniz ki, insandan xaric olan hər bir yaşlıq (rütubət) məni deyildir.

Xaric olan maye üç şərtlə məni sayılır:

1.Siçrayış və atıcılıqla xaric olsun

2.Ləzzət və şəhvətlə xaric olsun

3.Xaric olandan sonra bədəni süstləşsin

Amma qadın və xəstədə lazım deyil ki, onun bədəni halsiz olsun ya atıcılıqla xaric olsun, sadəcə şəhvət və ləzzətlə xaric olarsa məni hökmündədir.

Əgər insandan maye xaric olsa və bu xaric olan mayenin məni, sidik,və ya başqa bir sey olduğunu bilməsə,beləki o dediyimiz uç əlamətin heç biri, ya onlardan bəziləri olmasa, məni hökmündə deyildir və qüsl vermək də lazım deyil. Bədən və paltarı da nəcis etməz, dəstəmazı da batil etməz.

کلمات کلیدی :


۲,۸۲۴