Verilən
suala əsasən musiqi, ləhv musiqisi olduğundan, (kef, əyləncə və eyş-işrət məclisində
çalınan musiqi) caiz deyildir. Bəlkə onun haramlığı, yəni haram olması,
Əhli-Beyt (ə) zikr olunan məclislərdə daha şiddətlidir. Hər bir halda sizin
yazdığınız formada olarsa ləhv musiqisi sayılır o da haramdır.
Haram musiqi
24 November 2024 Saat 04:04
Sizin musiqi və rəqslə bağlı nəzəriniz bəllidir. Rəqsi tamamilə haram buyurmusuz. Amma musiqi məsələsində bəzi anlaşılmayan məqamlar var. Azərbaycanda 3 cür toy mərasimi olur. Biri eyş-işrət, çalıb-oynamaq, arvad-kişi qarışıq olan günah məclisi. Digər ikisi isə möminlərin toy məclisi. Bu ikisinin də fərqi vardır. Belə ki, bəziləri bir vaxt sizin, kişinin kişi məclisində, qadının da qadın məclisində rəqs etməsinə icazə verdiyiniz vaxt o cür toy edirdi. Ikinci dəstə möminlər isə rəqs olmayan, əhli-beyti zikr edən, surudlar oxuyan məddahlarla toy edir. Sonra sizdən sual olundu, rəqs toyunun haram olduğunu cavablandırdınız. Indi yalnız məddahlar əhli-beyti zikr edən musiqilər oxuyurlar. Lakin bir məsələ var. Məddahlar bir cox musiqi alətindən istifadə edir, o musiqilər de sümüyə düşən, ritmik ve ğina sayıla biləcək musiqilərdir. Yəni Peyğəmbər və əhli-beyt zikrini ondan ayırsan, başqa məclislərdə çalınan musiqidən heç fərq eləmir. Bu cür musiqilərin çalınması və əhli-beytin bu musiqilərlə zikr olunması caizdir yoxsa yox?
پاسخ :
Verilən suala əsasən musiqi, ləhv musiqisi olduğundan, (kef, əyləncə və eyş-işrət məclisində çalınan musiqi) caiz deyildir. Bəlkə onun haramlığı, yəni haram olması, Əhli-Beyt (ə) zikr olunan məclislərdə daha şiddətlidir. Hər bir halda sizin yazdığınız formada olarsa ləhv musiqisi sayılır o da haramdır.
کلمات کلیدی :
۲,۸۳۲