Bismillahir-Rəhmanir-Rəhim
“Qəza” sözünün mənası (hökm), “Qədər” sözünün mənası
isə (ölçmək) deməkdir. Qəza və qədər iki qismə bölünür: “Təkvini” və “Təşrii”.
1. Təkvini qəza və
qədər: Yəni bu aləmdə hər bir hadisənin və hər bir yaradılmışın səbəbi və ölçüsü vardır. Səbəbsiz və ölçüsüz yaranan heç nə
yoxdur.
Buna misal olaraq deyirik ki, hər
bir işin həyata keçməsi üçün bir neçə özünə məxsus ləvazim, muqəddimə və səbəbə ehtiyacı vardır. Bunların hər üçü hazır olduqda
həmin işin hansısa bir icraçı tərəfindən yaranması və həyata keçməsi şübhəsizdir və mütləq həyata keçir. Təkvini
qəza və qədərin mənası məhz budur.
Təkvini qəzadan istifadə olunan
bu mənanın, insanın ixtiyar sahibi olması ilə heç bir ziddiyyəti yoxdur. Buna
əsasən işin zərurəti və bir anda həyata keçməsi insanın
iradə və ixtiyarının önəm daşımaması və rol oynamaması mənasına deyil,
əksinə işin həyata keçməsi üçün lazım
olan müqəddəmələrlə birgə insanın iradə və ixtiyarının da rol oynadığını
bildirir. Bunlar bütövlükdə Allah tərəfindəndir. Buna görə də hər kəsin səadət və bədbəxtliyi öz iradə və ixtiyarına
bağlıdır. Başqa sözlə desək, Allah hər şeyi qəza və qədər çərçivəsində və öz ləvazim və səbəbləri vasitəsi ilə idarə edir. Bu ləvazim və
səbəblərdən biri də insanın ixtiyarıdır. Allah öz qəza və qədərində, insanın öz ixtiyarı ilə hansısa bir işi həyata keçirməsini və ya onu tərk etməsini təyin
edib müəyyənləşdirmişdir. İnsanın taleyi Allah tərəfindən bu şəkildə təyin olunub ki, hər bir
insan səadət və xoşbəxtlik yolunu, eləcə də bədbəxtliyi öz ixtiyar və iradələri
ilə seçsin. Nəticədə bu iş həm qəza və qədər, həm də ixtiyardır. Əgər ilahi qəza və qədərdən məqsəd, səbəblərin, eləcə də bəşərin iradə və ixtiyar qüvvəsinin inkarıdırsa,
bu kimi qəza və qədər yoxdur və heç vaxt ola bilməz.
Quran, aşkar və ya qeyri-aşkar olaraq insanın taleyinin öz
əlində olduğunu bəyan edir:
وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَع (Və insan üçün öz səyi və
təlaşından başqa heç nə yoxdur).
Həmçinin buyurur: كُلُّ
نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ (Hər bir insan öz əməlinin
girovudur).
Yenə də buyurur: إِنَّ اللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى
يُغَيِّرُوا مَا بِأَنْفُسِهِمْ (Hansısa bir qövm öz taleyini dəyişmədikcə Allah
onlarin taleyini dəyişməyəcəkdir).
İslami rəvayətlərdə də ilahi təqdirlə insanın ixtiyarının
müvafiq olmasına təkid olunmuşdur. İlahi təqdiri insanın məcbur olması kimi
məna edənlər, bəyənilməmiş və məzəmmət olunmuşdur.
İmam Əli (ə) ondan “Cəbr və ixtiyar” barədə soruşan qoca kişinin cavabında buyurdu: “Siz heç
bir halda məcbur deyilsiniz”. Qoca kişi dedi: “Necə məcbur deyilik, bir halda ki, bütün
hərəkətlərimiz bütövlükdə ilahi təqdirin əhatəsindədir”?! Həzrət (ə) yenidən cavab verərək buyurdu: “Qəza və təqdirin
məcburi olduğunumu duşunursən? Əgər “təqdir” insanın məcbur olmasıdırsa, bu zaman Allahın insana bəxşiş etməsi və ya
insanı cəzalandırması mənasız olacaqdır”. (Yəni insanın məcbur
olaraq etdiyi gunaha və ya savaba görə Allahın onu
cəzalandırması və ya ona bəxşiş əta etməsi anlamsızdır).
Buna əsasən ailə qurmaq da,
insanın öz təlaş, səy və seçiminə bağlıdır. Əgər təlaş etsə rəftarı yaxşı olsa,
bu zaman yaxşı həyat yoldaşı nəsibi olacaqdir. Amma əgər rəftarı münasib olmasa
mümkündür ki, yaxşı həyat yoldaşı nəsibi olmasın və öz əməllərinə uyğun həyat
yoldaşı qarşısına çıxsın. Həmçinin ailə qurmaq üşün nəzərdə tutduğu şəxsə
qovuşub-qovuşmamaq da belə insanın öz rəftarına, səyinə və məsləhətinə bağlıdır.
Əgər seçdiyi şəxs yaxşı olsa və öz təlaş və səyi nəticəsində ona qovuşsa, bu
həmin qəza və qədərdir.
2. Təşrii qəza və
qədər: İnsanların fərdi və ictimai vəzifələrini, eləcə də həmin vəzifələrin
miqdar və ölçüsünü təyin edən ilahi fərmandır.
Buna misal olaraq namazin
vacibliyini və gün ərzində onun rükətlərinin sayını qeyd etmək olar. Burada namazın vacibliyi (təşrii qəza) və gün ərzində onun rükətlərinin sayı isə (təşrii
qədərdir).
Qəza və qədər
23 November 2024 Saat 19:10
Qəza ve qədər nədir?
پاسخ :
Bismillahir-Rəhmanir-Rəhim
“Qəza” sözünün mənası (hökm), “Qədər” sözünün mənası isə (ölçmək) deməkdir. Qəza və qədər iki qismə bölünür: “Təkvini” və “Təşrii”.
1. Təkvini qəza və qədər: Yəni bu aləmdə hər bir hadisənin və hər bir yaradılmışın səbəbi və ölçüsü vardır. Səbəbsiz və ölçüsüz yaranan heç nə yoxdur.
Buna misal olaraq deyirik ki, hər bir işin həyata keçməsi üçün bir neçə özünə məxsus ləvazim, muqəddimə və səbəbə ehtiyacı vardır. Bunların hər üçü hazır olduqda həmin işin hansısa bir icraçı tərəfindən yaranması və həyata keçməsi şübhəsizdir və mütləq həyata keçir. Təkvini qəza və qədərin mənası məhz budur.
Təkvini qəzadan istifadə olunan bu mənanın, insanın ixtiyar sahibi olması ilə heç bir ziddiyyəti yoxdur. Buna əsasən işin zərurəti və bir anda həyata keçməsi insanın iradə və ixtiyarının önəm daşımaması və rol oynamaması mənasına deyil, əksinə işin həyata keçməsi üçün lazım olan müqəddəmələrlə birgə insanın iradə və ixtiyarının da rol oynadığını bildirir. Bunlar bütövlükdə Allah tərəfindəndir. Buna görə də hər kəsin səadət və bədbəxtliyi öz iradə və ixtiyarına bağlıdır. Başqa sözlə desək, Allah hər şeyi qəza və qədər çərçivəsində və öz ləvazim və səbəbləri vasitəsi ilə idarə edir. Bu ləvazim və səbəblərdən biri də insanın ixtiyarıdır. Allah öz qəza və qədərində, insanın öz ixtiyarı ilə hansısa bir işi həyata keçirməsini və ya onu tərk etməsini təyin edib müəyyənləşdirmişdir. İnsanın taleyi Allah tərəfindən bu şəkildə təyin olunub ki, hər bir insan səadət və xoşbəxtlik yolunu, eləcə də bədbəxtliyi öz ixtiyar və iradələri ilə seçsin. Nəticədə bu iş həm qəza və qədər, həm də ixtiyardır. Əgər ilahi qəza və qədərdən məqsəd, səbəblərin, eləcə də bəşərin iradə və ixtiyar qüvvəsinin inkarıdırsa, bu kimi qəza və qədər yoxdur və heç vaxt ola bilməz.
Quran, aşkar və ya qeyri-aşkar olaraq insanın taleyinin öz əlində olduğunu bəyan edir:
وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَع (Və insan üçün öz səyi və təlaşından başqa heç nə yoxdur)[1].
Həmçinin buyurur: كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ (Hər bir insan öz əməlinin girovudur)[2].
Yenə də buyurur: إِنَّ اللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُوا مَا بِأَنْفُسِهِمْ (Hansısa bir qövm öz taleyini dəyişmədikcə Allah onlarin taleyini dəyişməyəcəkdir)[3].
İslami rəvayətlərdə də ilahi təqdirlə insanın ixtiyarının müvafiq olmasına təkid olunmuşdur. İlahi təqdiri insanın məcbur olması kimi məna edənlər, bəyənilməmiş və məzəmmət olunmuşdur.
İmam Əli (ə) ondan “Cəbr və ixtiyar” barədə soruşan qoca kişinin cavabında buyurdu: “Siz heç bir halda məcbur deyilsiniz”. Qoca kişi dedi: “Necə məcbur deyilik, bir halda ki, bütün hərəkətlərimiz bütövlükdə ilahi təqdirin əhatəsindədir”?! Həzrət (ə) yenidən cavab verərək buyurdu: “Qəza və təqdirin məcburi olduğunumu duşunursən? Əgər “təqdir” insanın məcbur olmasıdırsa, bu zaman Allahın insana bəxşiş etməsi və ya insanı cəzalandırması mənasız olacaqdır”. (Yəni insanın məcbur olaraq etdiyi gunaha və ya savaba görə Allahın onu cəzalandırması və ya ona bəxşiş əta etməsi anlamsızdır).
Buna əsasən ailə qurmaq da, insanın öz təlaş, səy və seçiminə bağlıdır. Əgər təlaş etsə rəftarı yaxşı olsa, bu zaman yaxşı həyat yoldaşı nəsibi olacaqdir. Amma əgər rəftarı münasib olmasa mümkündür ki, yaxşı həyat yoldaşı nəsibi olmasın və öz əməllərinə uyğun həyat yoldaşı qarşısına çıxsın. Həmçinin ailə qurmaq üşün nəzərdə tutduğu şəxsə qovuşub-qovuşmamaq da belə insanın öz rəftarına, səyinə və məsləhətinə bağlıdır. Əgər seçdiyi şəxs yaxşı olsa və öz təlaş və səyi nəticəsində ona qovuşsa, bu həmin qəza və qədərdir.
2. Təşrii qəza və qədər: İnsanların fərdi və ictimai vəzifələrini, eləcə də həmin vəzifələrin miqdar və ölçüsünü təyin edən ilahi fərmandır.
Buna misal olaraq namazin vacibliyini və gün ərzində onun rükətlərinin sayını qeyd etmək olar. Burada namazın vacibliyi (təşrii qəza) və gün ərzində onun rükətlərinin sayı isə (təşrii qədərdir).
[1] “Nəcm”, ayə 39.
[2] “Muddəssir”, ayə 38.
[3] “Rəd”, ayə 11.
کلمات کلیدی :
۵,۱۹۰