Allahın adı ilə
Əbdal
və Övtad kəlmələri bəzi rəvayətlərdə gəlmiş və ariflər yanında işlənən
adlardır. Övtad kəlməsi lüğətdə mıxlar deməkdir. Qurani-Kərim dağları Yer
üzünün mıxları kimi tanıtdırır. Bəzi hədis kitablarında müxtəlif övliya
qrupları Övtad adlandırılmışlar.
Əbdal
sözü istilahda elə ariflərə deyilir ki, heç birşəxsin təsiri altında deyillər və
maddi qeydlərdən, eləcə də maddənin zülmət hicabındanuzaq olduqları üçün müxtəlif
şəkillərə düşməyə qadirdirlər.
Şiə
rəvayətlərində bəzən Peyğəmbər (sallallahu əleyhi və alih) və on iki İmam (əleyhimussalam),
bəzən də övliyalar Övtad adlandırılmışlar ki,
Əbdal, abidlər və zahidlər silsiləsi sırasında qərar tutmuş və Allahın
sevimli bəndələrindəndirlər. Övtad kəlməsi Peyğəmbər (sallallahu əleyhi və
alih) İmamlar (əleyhimussalam) barəsində işləndikdə belə mənanı ehtiva edir ki,
Allah onların vasitəsilə Yer sakinlərini həlakətdən hifz edir. Hər zaman
insanlar On iki İmamı tərk etsələr, Yer öz əhlini qərq edəcəkdir. Allah bu
qrupu öz bəndələri üçün hüccət qərar vermişdir. Onlar Yaradanın əmrinnə həmişə
hazırdırlar. Onların xilqəti varlıq aləminin xilqətindən öncə olmuş və onlar
Allah ərşinin sağ tərəfində nur şəklində qərar tutmuşlar.
Övtad
təbəqələrinin mühüm xüsusiyyətindən biri də budur ki, onların biri vəfat etdiyi
zaman Əbdal və ya Əbrar təbəqəsindən digəri onun canişini olur. Beləliklə,
Övtad əsl və Əbdal isə onlara canişindirlər.
Xalid ibni Əbil-Heysəm bir hədisdə
deyir, Həzrət Rza əleyhissalamdan soruşdum: Xalqın nəzərinə əsasən, Yer üzündə
Əbdal vardır, onlar kimlərdir? Həzrət buyurur: "Doğru deyirlər, Əbdal
övsiyadır, Allah onları ənbiyanın vəfatından sonra onlara canişin təyin
etmişdir. Onların silsiləsi Həzrət Muhəmməd sallallahu əleyhi və alihlə xətm
olunmuşlar.
Mərhum "Mühəqqiq Tureyhi" Məcməul-Bəhreyn
kitabında Əbdal sözünün mənasında buyurur: "Onlar Saleh insanlardan bir
qrupdur və həmişə Yer üzərində həyat sürürlər, hər vaxt onlardan biri vəfat edərsə,
Allah onun yerinə digərini təyin edir. Onlar Şam vilayətində yaşayır sayları 40
və ya 70 nəfərdir, yaxud İmam Məhdi əleyhissalamın səhabələri arasında yaşayan
30 nəfərdir. Bəzən Əbdal barəsində deyilən sözlərdən belə düşünülür ki, onlar
İmam Zaman əleyhissalamın böyük qeybət dövründə o həzrətlə birlikdə olan 30 nəfərdirlər,
onlardan hər birisi vəfat edərsə, onun yerini başqa bir layiqlisi tutur.
Doğrudur, Ovtad və Əbdal adları daha
çox ariflərin dilində işlənən sözlərdir və Əhli-sünnə arifləri bu adlardan çox
istifadə etmişlər, amma onların təbirləri əgər Quran və hədislərə mütabiq
olmazsa, mötəbər sayılmayacaqdır.
Əhli sünnə sufilərinin rəvayətlərində
Ovtad övliya qrupundan hesab edilirlər və sayları 4 və ya 7, yaxud 40 nəfərdirlər
ki, həzrət Musa əleyhissalamın xəlqi və ya həzrət Cəbrailin qəlbinə xəlq
olunmuşlar. Onlar həzrət İbrahimin (əleyhissəlam) yəqinliyi həddində yəqinə
malikdirlər ki, onların bərəkətinə yağış yağır və yer üzərindən bəla uzaq
edilir və insanlar onların bərəkətinə ruziyə çatırlar.
Sufi əhlində və arifllərdən bəziləri
Allah övliyalarınınsayını hər dövrdə 352 nəfərdən təcavüz etməyən həddə təyin etmişlər.
Onlardan birisi o birilərinin rəisi hesab edilir ki, onu Ğovs, Fərd, Qütb və
Came adlandırırlar. Bu Qütb hamının yanında məxfi olaraq qalır, yalnız özü öz məqam
və rütbəsi barəsində izhar etdikdən sonra tanına bilər. Qütbdən aşağı mərtəbədə
olan 4 nəfər, Ovtad adlanır və ondan aşağı mərtəbədə olan 7 nəfər isə Əbdal
adlanırlar. Aşağı mərtəbədə olan 40 nəfər, Nücəba və ya Ricalul-ğeyb sayılırlar. Üç yüz nəfər
aşağıda gələnlər isə Nüqəba deyə adlanırlar. <?xml:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" />
Bir
daha qeyd etməliyik ki, əgər bu deyilənlər rəvayətdə gəlməsə və yalnız sufilərin
yaxud bu kimi insanların dilindən nəql edilərsə, heç bir etibara malik
sayılmayacaqdır.
Əbdal və övtad
24 November 2024 Saat 09:19
Salamun aleykum. Zəhmət olmasa Əbdal və övtad barəsində məlumat verərdiniz.
پاسخ :
Allahın adı ilə
Əbdal və Övtad kəlmələri bəzi rəvayətlərdə gəlmiş və ariflər yanında işlənən adlardır. Övtad kəlməsi lüğətdə mıxlar deməkdir. Qurani-Kərim dağları Yer üzünün mıxları kimi tanıtdırır. Bəzi hədis kitablarında müxtəlif övliya qrupları Övtad adlandırılmışlar.
Əbdal sözü istilahda elə ariflərə deyilir ki, heç birşəxsin təsiri altında deyillər və maddi qeydlərdən, eləcə də maddənin zülmət hicabındanuzaq olduqları üçün müxtəlif şəkillərə düşməyə qadirdirlər.
Şiə rəvayətlərində bəzən Peyğəmbər (sallallahu əleyhi və alih) və on iki İmam (əleyhimussalam), bəzən də övliyalar Övtad adlandırılmışlar ki, Əbdal, abidlər və zahidlər silsiləsi sırasında qərar tutmuş və Allahın sevimli bəndələrindəndirlər. Övtad kəlməsi Peyğəmbər (sallallahu əleyhi və alih) İmamlar (əleyhimussalam) barəsində işləndikdə belə mənanı ehtiva edir ki, Allah onların vasitəsilə Yer sakinlərini həlakətdən hifz edir. Hər zaman insanlar On iki İmamı tərk etsələr, Yer öz əhlini qərq edəcəkdir. Allah bu qrupu öz bəndələri üçün hüccət qərar vermişdir. Onlar Yaradanın əmrinnə həmişə hazırdırlar. Onların xilqəti varlıq aləminin xilqətindən öncə olmuş və onlar Allah ərşinin sağ tərəfində nur şəklində qərar tutmuşlar.
Övtad təbəqələrinin mühüm xüsusiyyətindən biri də budur ki, onların biri vəfat etdiyi zaman Əbdal və ya Əbrar təbəqəsindən digəri onun canişini olur. Beləliklə, Övtad əsl və Əbdal isə onlara canişindirlər.
Xalid ibni Əbil-Heysəm bir hədisdə deyir, Həzrət Rza əleyhissalamdan soruşdum: Xalqın nəzərinə əsasən, Yer üzündə Əbdal vardır, onlar kimlərdir? Həzrət buyurur: "Doğru deyirlər, Əbdal övsiyadır, Allah onları ənbiyanın vəfatından sonra onlara canişin təyin etmişdir. Onların silsiləsi Həzrət Muhəmməd sallallahu əleyhi və alihlə xətm olunmuşlar.
Mərhum "Mühəqqiq Tureyhi" Məcməul-Bəhreyn kitabında Əbdal sözünün mənasında buyurur: "Onlar Saleh insanlardan bir qrupdur və həmişə Yer üzərində həyat sürürlər, hər vaxt onlardan biri vəfat edərsə, Allah onun yerinə digərini təyin edir. Onlar Şam vilayətində yaşayır sayları 40 və ya 70 nəfərdir, yaxud İmam Məhdi əleyhissalamın səhabələri arasında yaşayan 30 nəfərdir. Bəzən Əbdal barəsində deyilən sözlərdən belə düşünülür ki, onlar İmam Zaman əleyhissalamın böyük qeybət dövründə o həzrətlə birlikdə olan 30 nəfərdirlər, onlardan hər birisi vəfat edərsə, onun yerini başqa bir layiqlisi tutur.
Doğrudur, Ovtad və Əbdal adları daha çox ariflərin dilində işlənən sözlərdir və Əhli-sünnə arifləri bu adlardan çox istifadə etmişlər, amma onların təbirləri əgər Quran və hədislərə mütabiq olmazsa, mötəbər sayılmayacaqdır.
Əhli sünnə sufilərinin rəvayətlərində Ovtad övliya qrupundan hesab edilirlər və sayları 4 və ya 7, yaxud 40 nəfərdirlər ki, həzrət Musa əleyhissalamın xəlqi və ya həzrət Cəbrailin qəlbinə xəlq olunmuşlar. Onlar həzrət İbrahimin (əleyhissəlam) yəqinliyi həddində yəqinə malikdirlər ki, onların bərəkətinə yağış yağır və yer üzərindən bəla uzaq edilir və insanlar onların bərəkətinə ruziyə çatırlar.
Sufi əhlində və arifllərdən bəziləri Allah övliyalarınınsayını hər dövrdə 352 nəfərdən təcavüz etməyən həddə təyin etmişlər. Onlardan birisi o birilərinin rəisi hesab edilir ki, onu Ğovs, Fərd, Qütb və Came adlandırırlar. Bu Qütb hamının yanında məxfi olaraq qalır, yalnız özü öz məqam və rütbəsi barəsində izhar etdikdən sonra tanına bilər. Qütbdən aşağı mərtəbədə olan 4 nəfər, Ovtad adlanır və ondan aşağı mərtəbədə olan 7 nəfər isə Əbdal adlanırlar. Aşağı mərtəbədə olan 40 nəfər, Nücəba və ya Ricalul-ğeyb sayılırlar. Üç yüz nəfər aşağıda gələnlər isə Nüqəba deyə adlanırlar. <?xml:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" />
Bir daha qeyd etməliyik ki, əgər bu deyilənlər rəvayətdə gəlməsə və yalnız sufilərin yaxud bu kimi insanların dilindən nəql edilərsə, heç bir etibara malik sayılmayacaqdır.
کلمات کلیدی :
۲,۴۸۶