Duanın qəbul
olunması üçün müəyyən edilmiş şərait vardır, o cümlədən:<?xml:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" />
1-İnsan
tam etiqadla dua etsin və bəzi rəvayətə əsasən öz hacətinin icabətə yetməsinə
çox inansın, sanki hacəti artıq müstəcab olmuş kimidir.
2-Dua zamanı
Allahdan qeyrisinə ümid bağlamasın və ixlasla dua etsin.
3-Təkcə dua etməklə
kifayətlənməsin və duadan əlavə mümkün təbii yollardan da istifadə edib öz çətinliyini
aradan aparmağa çalışsın.
4-Duanın qəbul
edilməsinə mane olan məsələləri aradan aparsın, məsələn əldə edilən haram yeməyi
kənar etsin, duadan öncə öz günahlarından tövbə etsin, haram mal yeməkdən çəkinsin,
başqalarına hörmətsizlik etmədiyi dillə dua etsin (töhmət-qeybət-yalan deməsin
və ya tövbə etsin və öz dilini islah etsin).
5-Duadan
öncə və duanın sonunda Peyğəmbərimizə (sallallahu aleyhi və alih) və Həzrətin
pak Əhli-beytinə (əleyhimussəlam) salavat desin.
6-Duanın qəbul
edilməsi insanın məsləhətinə uyğun olsun. Bəzən mümkündür duanın bütün şəraiti
mövcud olsun, amma bununla belə dua müstəcab olmasın, çünki Allah o şəxsin məsləhətini
etdiyi duanın müstəcab olmamasında görsün. Həmçinin rəvayətdə deyilir ki, Əgər
Allah taala müəyyən səbəbə görə dünyada öz bəndəsinin duasını müstəcab etmirsə,
onun axirəti üçün çoxlu savab yazır.
Eləcə də bəzən
insanın duası qəbula yetir lakin onun icabəti təxirə qalır. Bunun səbəbi barəsində
rəvayətdə deyilir ki, Allah taala mələklərə buyurur: Bu bəndəmin səsini çox
eşitmək istəyindəyəm.
Hər halda Allahın
rəhmətindən naümid olmayın. Əgər bu vaxta qədər duanız müstəcab olmayıbsa, bu o
demək deyildir ki, sizin dualarınız və zəhmətiniz hədər getmişdir, əksinə Allah
dualarınızın savabını sizin üçün zəxirə edib yazmışdır. Ola bilsin məsləhət
deyilmiş və ya Allah sizi müəyyən vaxta qədər imtahan etmişdir, deməli dua etmənizə
davam edin və ümidsizliyi özünüzdən uzaq edin.
Duanın qəbul olunma şərtləri
24 November 2024 Saat 09:01
Sual: Nə üçün bəzən uzun müddət etdiyimiz dualar müstəcab olmur?
پاسخ :
Duanın qəbul olunması üçün müəyyən edilmiş şərait vardır, o cümlədən:<?xml:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" />
1-İnsan tam etiqadla dua etsin və bəzi rəvayətə əsasən öz hacətinin icabətə yetməsinə çox inansın, sanki hacəti artıq müstəcab olmuş kimidir.
2-Dua zamanı Allahdan qeyrisinə ümid bağlamasın və ixlasla dua etsin.
3-Təkcə dua etməklə kifayətlənməsin və duadan əlavə mümkün təbii yollardan da istifadə edib öz çətinliyini aradan aparmağa çalışsın.
4-Duanın qəbul edilməsinə mane olan məsələləri aradan aparsın, məsələn əldə edilən haram yeməyi kənar etsin, duadan öncə öz günahlarından tövbə etsin, haram mal yeməkdən çəkinsin, başqalarına hörmətsizlik etmədiyi dillə dua etsin (töhmət-qeybət-yalan deməsin və ya tövbə etsin və öz dilini islah etsin).
5-Duadan öncə və duanın sonunda Peyğəmbərimizə (sallallahu aleyhi və alih) və Həzrətin pak Əhli-beytinə (əleyhimussəlam) salavat desin.
6-Duanın qəbul edilməsi insanın məsləhətinə uyğun olsun. Bəzən mümkündür duanın bütün şəraiti mövcud olsun, amma bununla belə dua müstəcab olmasın, çünki Allah o şəxsin məsləhətini etdiyi duanın müstəcab olmamasında görsün. Həmçinin rəvayətdə deyilir ki, Əgər Allah taala müəyyən səbəbə görə dünyada öz bəndəsinin duasını müstəcab etmirsə, onun axirəti üçün çoxlu savab yazır.
Eləcə də bəzən insanın duası qəbula yetir lakin onun icabəti təxirə qalır. Bunun səbəbi barəsində rəvayətdə deyilir ki, Allah taala mələklərə buyurur: Bu bəndəmin səsini çox eşitmək istəyindəyəm.
Hər halda Allahın rəhmətindən naümid olmayın. Əgər bu vaxta qədər duanız müstəcab olmayıbsa, bu o demək deyildir ki, sizin dualarınız və zəhmətiniz hədər getmişdir, əksinə Allah dualarınızın savabını sizin üçün zəxirə edib yazmışdır. Ola bilsin məsləhət deyilmiş və ya Allah sizi müəyyən vaxta qədər imtahan etmişdir, deməli dua etmənizə davam edin və ümidsizliyi özünüzdən uzaq edin.
کلمات کلیدی :
۲,۴۷۲