Sualınızı soruşun

24 November 2024 Saat 10:02

Axirət dünyasını, cənnət-cəhənnəmi, bərzəx və qiyaməti qəbul etməyən insanların beheştə getmələri mümkündürmü?

پاسخ :


Bismihi taala

Salamun aleykum.

Əgər qeyri- müsəlman bir kəs Allah taalanı, Peyğəmbəri (sallallahu əleyhi və alih) və İslamı, yaxud da qiyaməti və bərzəx aləmini inkar edərsə, kafir adlanar. Müqəddəs Quranın ayələrinə və mötəbər hədislərə əsasən, kafir insanın beheştdə yeri yoxdur. Yalnız bir surətdə kafirin beheşte getmə imkanı ola bilər, o da budur ki, kafir insan eyni zamanda müstəz`əf də olsun.

Fikri, cismi və iqtisadi cəhətdən haqqı batildən ayırd etməyə qadir olmayanlara və yaxud doğru əqidəni təyin etməsinə baxmayaraq, cisminin zəifliyi ucbatından və ya yoxsulluğu səbəbinə, yaxud da yaşadığı mühitin onun üçün yaratdığı məhdudiyyətlər üzündən kamil surətdə öz vəzifələrini yerinə yetirməyə qadir olmayan insanlara müstəz`əf deyilir.

Həzrət İmam Musa ibn Cəfər əleyhiməssəlamdan soruşurlar ki, müstəz`əf dedikdə kimlər nəzərdə tutulur? Həzrət bu sualın cavabında belə yazır: "Hüccət və dəlilin çatmadığı və (insanda məzhəb və əqidə düzgünlüyünü və həqiqəti tədqiq edib axtarmağa səbəb olan) ixtilaflı məsələlərdən xəbərsiz olan kəslərə müstəz`əf deyilir. Lakin hər zaman bu məsələdən xəbərdar olarsa, artıq ona müstəz`əf deyilməz".

Müstəz`əf olmayan insanlar nifaq və cinayət törətməsələr və müstəz`əf olmaları ucbatından haqq məzhəbə təmayül etməsələr, Allah taala axirətdə onları sınayacaqdır. Əgər bu sınaqda müvəffəqiyyət əldə etsələr, beheşt əhli olacaqlar.

Amma, haqqı batildən ayırd etmək qüdrətinə malik olanlar, lakin buna baxmayaraq təəssüb, etinasızlıq və bu kimi məsələlər üzündən həqiqəti tədqiq etmək və haqq məzhəbin doğruluğunu araşdırıb haqqı qəbul etməyə hazır olmayan sayir insanlar müstəz`əf adlanmazlar. Belə insanlar axirətdə Allah taalanın rəhmətindən uzaq qalıb əzaba düçar olarlar.<?xml:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" />

کلمات کلیدی :


۲,۴۶۶