Salamun aleykum
Allah-taala Quran Kərimdə buyurur: (Maidə surəsi, ayə 67)
“يا
أَيهَا الرسُولُ بَلغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبكَ وَ إِنْ لَمْ تَفْعَلْ
فَمَا بَلغْتَ رِسَالَتَهُ وَ اللَّهُ يَعْصِمُكَ مِنَ الناسِ إِن اللَّهَ لا
يَهْدِى الْقَوْمَ الكَافِرِينَ”
Ey Peyğəmbər! Pərvərdigar tərəfindən sənə nazil olanı xalqa çatdır! Əgər bu
əməli etməsən, öz peyğəmbərlik vəzifəni yerinə yetirməmisən. Allah səni
camaatın xətərindən qoruyandır. Allah-taala kafir (və küfrində inadkar) insanları
hidayət etməyəcək.”
Əhli sünnə alimlərinin bir çox kitabında rəvayət edilir ki, bu ayə Qədir-Xum
vaqiəsində nazil olmuşdur. O cümlədən, Alusi özünün “Ruhul-məani” kitabında,
6-cı cild, səh. 193-199 (Daru ehyait-turas ul-ərəbiyy nəşri); Cəlaləddin Suyuti
özünün “Durrul-mənsur” kitabında, 2-ci cild, səh. 298-299 (Darul-mərifə nəşri,
1365 hicri-qəməri) və əhli-sünnənin digər elmi mənbələrində bu barədə
açıq-aşkar məlumat verilir.
Qeyd olunan bu mübarək ayədə Allah-taala çox aydın şəkildə Rəsulullaha
(sallallahu əleyhi və alih) buyurur: “Əgər Həzrət Əli əleyhissəlamın vilayətini
ümmətə çatdırmasan, Allah-taalanın risalət və peyğəmbərliyini yerinə yetirməmisən!
Yəni Həzrət Peyğəmbərin İslam və din yolunda çəkdiyi bütün zəhmətləri bada gedəcəkdi
və heç biri qəbul olmayacaqdı.
Vilayət mövzusunun əhəmiyyətindən danışarkən bu incəliyə diqqət yetirmək lazımdır
ki, Allah-taala bu mübarək ayədə Öz Rəsulu, Həzrət Peyğəmbərlə (sallallahu əleyhi
və alih) təkid və təhdidlə danışır. Bunun mənası da belədir ki, bu andan belə yeni
bir məmuriyyət və məsuliyyət daşıyırsan, halbuki bundan öncə Allah-taala Öz Quranında
əziz Peyğəmbərinə: (sallallahu əleyhi və alih) “یا
ایها النبی “- Ya əyyuhən-Nəbiyy!-deyə ürək-dirək verib daha mehribanlıqla xitab
buyurmuşdur. Məsələn, Taha surəsi, 2-ci ayədə buyurur:
“مَا
أَنْزَلْنَا عَلَيْكَ الْقُرْآنَ لِتَشْقَى “
(Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!) Yaxud, Şüəra surəsi,
3-cü ayə və bir qədər fərqlə, Kəhf surəsi 6-cı ayədə buyurur: “فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ “- (Ya Rəsulum!-müşriklər-iman
gətirməyəcəklər deyə, bəlkə üzünü həlak edəsən?! Yaxud, Ya Rəsulum! Yoxsa bu
Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlakmı edəcəksən?!)
Lakin qeyd etdiyimiz mübarək ayədə “یا
ایهاالرسول “- məzəmmətli bir xitab edərək əhəmiyyətli və yeni bir məmuriyyəti bəyan
buyurur. Belə ki, bu məmuriyyəti başa çatdırmaq, Həzrətin peyğəmbərlik yolunda
çəkdiyi 23 illik zəhmətin nəticəsinə bərabər görülmüşdür. Yəni əgər bu məmuriyyət
başa çatmazsa, peyğəmbərlik yerinə yetirilməmişdir. Ona görə ki, peyğəmbərlərin
bütün zəhmətləri və Rəsulullahın (sallallahu əleyhi və alih) 23 illik zəhməti
vilayətin sayəsində öz səmərəsini tapır və silinib aradan getmir.
Deməli, bu mübarək ayənin əhəmiyyətindən belə məlum olur ki, Əhli-Beytin (əleyhimussəlam)
vilayəti olmadan namaz və oruc kimi ibadətlər qəbul deyildir.
Quran ayəsindən əlavə əhli-sünnənin din mənbələrində də Həzrət Peyğəmbərdən
(sallallahu əleyhi və alih) nəql edilmişdir ki, Əhli-Beyti (əleyhimussəlam) qəbul
etmədən əməllər qəbul olmaz.
Məşhur təfsir alimi mərhum Təbərsi, əhli-sünnənin tanınmış müfəssiri və mühəddisi
olan Hakim Həskaninin “شواهد التنزيل” kitabında Əbu Əmamə Bahilinin nəql
etdiyi hədisi gətirərək belə deyir: Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih)
buyurdu:
“إِنَّ
اللَّهَ تَعالى خَلَقَ الانْبِياءَ مِنْ أَشْجارٍ شَتّى، وَ خُلِقَتْ أَنَا وَ
عَلِىٌّ عليه السلام مِنْ شَجَرَةٍ واحِدَةٍ، فَأَنَا أَصْلُها، وَ عَلِىٌّ عليه
السلام فَرْعُها، وَ فاطِمَةُ عليها السلام لِقاحُها، وَ الْحَسَنُ وَ الْحُسَيْنُ
ثِمارُها، وَ أَشْياعُنا أَوْراقُها “...
Nəhayət hədisin davamında buyurur:
“لَوْ
أَنَّ عَبْداً عَبْدَاللَّهِ بَيْنَ الصَّفا وَ الْمَرْوَةَ أَلْفَ عامٍ، ثُمَّ
ألْفَ عامٍ، ثُمَّ ألْفَ عامٍ، حَتّى يَصِيْرُ كَالْشَّنِّ الْبالِي، ثُمَّ
لَمْيُدْرِكْ مَحَبَّتَنا كَبَّهُ اللَّهَ عَلى مِنْخَرَيْهِ فِى النَّارِ،
ثُمَّ تَلا: قُلْ لاأَسْئَلُكُمْ عَلَيْهِ أَجْراً: “
“Allah-taala Peyğəmbərləri müxtəlif ağaclardan xəlq etmişdir, lakin mən və
Əlini (əleyhissəlam) vahid bir ağacdan yaratdı. Mən o ağacın gövdəsi və əsasıyam
Əli (əleyhissəlam) isə onun budaqlarıdır, Fatimə (əleyha salam) o ağacın bar
verməsi səbəbi, Həsən və Huseyn (əleyhiməssəlam) onun meyvələri və bizim şiələrimiz
isə onun yarpaqlarıdır...”
Həzrət sonra buyurur: “Əgər bir kəs Səfa və Mərvə dağları arasında
Allah-taalaya min il, sonra yenə min il, daha sonra yenə min il ibadət edib məşk
kimi köhnələrsə, amma bizim məhəbbətimiz qəlbində olmazsa, Allah-taala onu üzü
üstə cəhənnəm oduna atacaqdır. Sonra Həzrət bu mübarək Quran ayəsini tilavət
edir: (Şura surəsi, ayə 23)
“قُلْ
لاأَسْئَلُكُمْ عَلَيْهِ أَجْراً إِلَّا الْمَوَدَّةَ فِى الْقُرْبى“
Ya Peyğəmbər! De: Mən sizdən bunu
(risalətin təbliği) müqabilində ən yaxın qohumlarıma (Əhli-Beyt əleyhimussəlama)
məhəbbət göstərmənizdən başqa bir şey istəmirəm.”
Bu hədisin mənası belədir ki, əgər bir şəxsin qəlbində Əhli-Beyt (əleyhimussəlam)
məhəbbəti olmazsa, hər nə qədər ibadət etsə belə faydasız və sonda yeri cəhənnəmdir.
Əhli-sünnənin böyük müfəssiri və alimlərindən sayılan Fəxri-Razi, Quranın təfsirində
yazdığı “Təfsir Kəbir” kitabında Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və
alih) çatan bir hədisi belə nəql edir:
“الآ ومن مات على بغض آل محمد جاء يوم القيامة مكتوبٌ بين عينيه آيس من
رحمة الله”
Agah olun! Əgər hər bir kəs Həzrət Peyğəmbərin (sallallahu
əleyhi və alih) Əhli-Beytinə (əleyhimussəlam) ədavətli olub dünyadan bu halda
gedərsə, Qiyamət günü iki gözünün arasında: “Bu şəxs Allah-taalanın rəhmətindən
naümiddir və Allah-taalanın rəhməti ona şamil olmaz”- yazılmış halda məhşur və
cəhənnəm oduna düçar olar.”
Bəhsin nəticəsi: Hədislərə əsasən, həqiqətdə iman və ibadətin ruhu olan
Əhli-Beytin (əleyhimussəlam) vilayət məsələsinin böyük əhəmiyyətini diqqətlə
izlədikdə aydın olur ki, Əhli-Beytin (əleyhimussəlam) vilayəti olmadan heç bir kəsin
namaz, oruc, zəkat və s. ibadətləri Allah-taalanın dərgahında qəbul edilməyəcəkdir!
Əhli-Beytə (əleyhimussəlam) məhəbbət, sünni mənbələrdə
21 November 2024 Saat 13:17
Salamun aleykum Bəzən Həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) Əhli-Beytinə (əleyhimussəlam) göstərilən məhəbbət Allah-taala dərgahında ibadətlərin qəbul olunması şərti kimi qiymətləndirilir. Bu mövzunun təsdiqində Quran Kərim və sünni mənbələrində dəlil və sübut varmı?
پاسخ :
Salamun aleykum
Allah-taala Quran Kərimdə buyurur: (Maidə surəsi, ayə 67)
“يا أَيهَا الرسُولُ بَلغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبكَ وَ إِنْ لَمْ تَفْعَلْ فَمَا بَلغْتَ رِسَالَتَهُ وَ اللَّهُ يَعْصِمُكَ مِنَ الناسِ إِن اللَّهَ لا يَهْدِى الْقَوْمَ الكَافِرِينَ”
Ey Peyğəmbər! Pərvərdigar tərəfindən sənə nazil olanı xalqa çatdır! Əgər bu əməli etməsən, öz peyğəmbərlik vəzifəni yerinə yetirməmisən. Allah səni camaatın xətərindən qoruyandır. Allah-taala kafir (və küfrində inadkar) insanları hidayət etməyəcək.”
Əhli sünnə alimlərinin bir çox kitabında rəvayət edilir ki, bu ayə Qədir-Xum vaqiəsində nazil olmuşdur. O cümlədən, Alusi özünün “Ruhul-məani” kitabında, 6-cı cild, səh. 193-199 (Daru ehyait-turas ul-ərəbiyy nəşri); Cəlaləddin Suyuti özünün “Durrul-mənsur” kitabında, 2-ci cild, səh. 298-299 (Darul-mərifə nəşri, 1365 hicri-qəməri) və əhli-sünnənin digər elmi mənbələrində bu barədə açıq-aşkar məlumat verilir.
Qeyd olunan bu mübarək ayədə Allah-taala çox aydın şəkildə Rəsulullaha (sallallahu əleyhi və alih) buyurur: “Əgər Həzrət Əli əleyhissəlamın vilayətini ümmətə çatdırmasan, Allah-taalanın risalət və peyğəmbərliyini yerinə yetirməmisən! Yəni Həzrət Peyğəmbərin İslam və din yolunda çəkdiyi bütün zəhmətləri bada gedəcəkdi və heç biri qəbul olmayacaqdı.
Vilayət mövzusunun əhəmiyyətindən danışarkən bu incəliyə diqqət yetirmək lazımdır ki, Allah-taala bu mübarək ayədə Öz Rəsulu, Həzrət Peyğəmbərlə (sallallahu əleyhi və alih) təkid və təhdidlə danışır. Bunun mənası da belədir ki, bu andan belə yeni bir məmuriyyət və məsuliyyət daşıyırsan, halbuki bundan öncə Allah-taala Öz Quranında əziz Peyğəmbərinə: (sallallahu əleyhi və alih) “یا ایها النبی “- Ya əyyuhən-Nəbiyy!-deyə ürək-dirək verib daha mehribanlıqla xitab buyurmuşdur. Məsələn, Taha surəsi, 2-ci ayədə buyurur:
“مَا أَنْزَلْنَا عَلَيْكَ الْقُرْآنَ لِتَشْقَى “
(Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!) Yaxud, Şüəra surəsi, 3-cü ayə və bir qədər fərqlə, Kəhf surəsi 6-cı ayədə buyurur: “فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ “- (Ya Rəsulum!-müşriklər-iman gətirməyəcəklər deyə, bəlkə üzünü həlak edəsən?! Yaxud, Ya Rəsulum! Yoxsa bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlakmı edəcəksən?!)
Lakin qeyd etdiyimiz mübarək ayədə “یا ایهاالرسول “- məzəmmətli bir xitab edərək əhəmiyyətli və yeni bir məmuriyyəti bəyan buyurur. Belə ki, bu məmuriyyəti başa çatdırmaq, Həzrətin peyğəmbərlik yolunda çəkdiyi 23 illik zəhmətin nəticəsinə bərabər görülmüşdür. Yəni əgər bu məmuriyyət başa çatmazsa, peyğəmbərlik yerinə yetirilməmişdir. Ona görə ki, peyğəmbərlərin bütün zəhmətləri və Rəsulullahın (sallallahu əleyhi və alih) 23 illik zəhməti vilayətin sayəsində öz səmərəsini tapır və silinib aradan getmir.
Deməli, bu mübarək ayənin əhəmiyyətindən belə məlum olur ki, Əhli-Beytin (əleyhimussəlam) vilayəti olmadan namaz və oruc kimi ibadətlər qəbul deyildir.
Quran ayəsindən əlavə əhli-sünnənin din mənbələrində də Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql edilmişdir ki, Əhli-Beyti (əleyhimussəlam) qəbul etmədən əməllər qəbul olmaz.
Məşhur təfsir alimi mərhum Təbərsi, əhli-sünnənin tanınmış müfəssiri və mühəddisi olan Hakim Həskaninin “شواهد التنزيل” kitabında Əbu Əmamə Bahilinin nəql etdiyi hədisi gətirərək belə deyir: Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) buyurdu:
“إِنَّ اللَّهَ تَعالى خَلَقَ الانْبِياءَ مِنْ أَشْجارٍ شَتّى، وَ خُلِقَتْ أَنَا وَ عَلِىٌّ عليه السلام مِنْ شَجَرَةٍ واحِدَةٍ، فَأَنَا أَصْلُها، وَ عَلِىٌّ عليه السلام فَرْعُها، وَ فاطِمَةُ عليها السلام لِقاحُها، وَ الْحَسَنُ وَ الْحُسَيْنُ ثِمارُها، وَ أَشْياعُنا أَوْراقُها “...
Nəhayət hədisin davamında buyurur:
“لَوْ أَنَّ عَبْداً عَبْدَاللَّهِ بَيْنَ الصَّفا وَ الْمَرْوَةَ أَلْفَ عامٍ، ثُمَّ ألْفَ عامٍ، ثُمَّ ألْفَ عامٍ، حَتّى يَصِيْرُ كَالْشَّنِّ الْبالِي، ثُمَّ لَمْيُدْرِكْ مَحَبَّتَنا كَبَّهُ اللَّهَ عَلى مِنْخَرَيْهِ فِى النَّارِ، ثُمَّ تَلا: قُلْ لاأَسْئَلُكُمْ عَلَيْهِ أَجْراً: “
“Allah-taala Peyğəmbərləri müxtəlif ağaclardan xəlq etmişdir, lakin mən və Əlini (əleyhissəlam) vahid bir ağacdan yaratdı. Mən o ağacın gövdəsi və əsasıyam Əli (əleyhissəlam) isə onun budaqlarıdır, Fatimə (əleyha salam) o ağacın bar verməsi səbəbi, Həsən və Huseyn (əleyhiməssəlam) onun meyvələri və bizim şiələrimiz isə onun yarpaqlarıdır...”
Həzrət sonra buyurur: “Əgər bir kəs Səfa və Mərvə dağları arasında Allah-taalaya min il, sonra yenə min il, daha sonra yenə min il ibadət edib məşk kimi köhnələrsə, amma bizim məhəbbətimiz qəlbində olmazsa, Allah-taala onu üzü üstə cəhənnəm oduna atacaqdır. Sonra Həzrət bu mübarək Quran ayəsini tilavət edir: (Şura surəsi, ayə 23)
“قُلْ لاأَسْئَلُكُمْ عَلَيْهِ أَجْراً إِلَّا الْمَوَدَّةَ فِى الْقُرْبى“
Ya Peyğəmbər! De: Mən sizdən bunu (risalətin təbliği) müqabilində ən yaxın qohumlarıma (Əhli-Beyt əleyhimussəlama) məhəbbət göstərmənizdən başqa bir şey istəmirəm.”
Bu hədisin mənası belədir ki, əgər bir şəxsin qəlbində Əhli-Beyt (əleyhimussəlam) məhəbbəti olmazsa, hər nə qədər ibadət etsə belə faydasız və sonda yeri cəhənnəmdir.
Əhli-sünnənin böyük müfəssiri və alimlərindən sayılan Fəxri-Razi, Quranın təfsirində yazdığı “Təfsir Kəbir” kitabında Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) çatan bir hədisi belə nəql edir:
“الآ ومن مات على بغض آل محمد جاء يوم القيامة مكتوبٌ بين عينيه آيس من رحمة الله”
Agah olun! Əgər hər bir kəs Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Əhli-Beytinə (əleyhimussəlam) ədavətli olub dünyadan bu halda gedərsə, Qiyamət günü iki gözünün arasında: “Bu şəxs Allah-taalanın rəhmətindən naümiddir və Allah-taalanın rəhməti ona şamil olmaz”- yazılmış halda məhşur və cəhənnəm oduna düçar olar.”
Bəhsin nəticəsi: Hədislərə əsasən, həqiqətdə iman və ibadətin ruhu olan Əhli-Beytin (əleyhimussəlam) vilayət məsələsinin böyük əhəmiyyətini diqqətlə izlədikdə aydın olur ki, Əhli-Beytin (əleyhimussəlam) vilayəti olmadan heç bir kəsin namaz, oruc, zəkat və s. ibadətləri Allah-taalanın dərgahında qəbul edilməyəcəkdir!
کلمات کلیدی :
۳,۲۲۲