pic
pic

SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Qız uşağının miladi tarixi ilə həddi-büluğ sinni
Tarixində 25 May 2022 & Saat 01:35

Qız uşağına neçə yaşdan şəriət əməllərini yerinə yetirmək vacibdir?

Allahın adı ilə

Cavab: Qızların yaşı hicri qəməri tarixi ilə doqquza yetişdikdə namaz qılıb oruc tutmaq və sair şəriət hökmlərini yerinə yetirmək onlara vacib olur. Hicri qəməri tarixinin doqquz ili, miladi və şəmsi tarixi ilə 8 il, 8 ay və 22 günə bərabərdir. Deməli, hər bir qız uşağının yaşı günəş və miladi tarixi ilə 8 il, 8 ay və 22 günə yetdikdən sonra şəriət əməlləri onun üçün vacib olur. Bu yaş həddinə qız uşağının həddi- buluğ sinni deyilir.

2105 Görüş