Sualınızı soruşun

21 November 2024 Saat 13:03

Sual: Mən əsəbləşəndə pis hala düşürəm və başqalarına da pis təsir bağışlayıram, belə ki, soyuduqdan sonra özüm də xəcalət çəkirəm. Səbirli və helimli olmaq üçün nə etmək olar?

پاسخ :


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Sualın cavabı:

Səbirli və helimli olmaq üçün insanın öz iradəsindən əlavə mübarək “Əsr” surəsini çox mütaliə edib üzərində təfəkkür etmək lazımdır.

Əsəbiliyi və tünd xasiyyətliyi dərman və müalicə etmək üçün ən yaxşı dua budur ki, həmişə Allah-taalanı yad edəsiz, iki məsələni də fikrinizdə saxlayasız və özünüzə adət verəsiz ki, əsəbi olduğunuz zaman zehninizdən çıxmasın:

Birinci, Qurani-Kərimin bu şərafətli ayəsini həmişə zehninizdə saxlayın ki, buyurur:

وَالْكَاظِمِينَ الْغَيْظَ –“qəzəblərini udanlar”. Allah-taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 134-cü ayəsində öz qəzəblərini udub rəftarına hakim olan şəxsləri müttəqi və cənnətə layiq bəndələri kimi tanıtdırır.

İkinci, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) bu hədisini heç vaxt unutmayın və ona əməl edin. Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) buyurur:

Allah-taala Öz peyğəmbərlərindən birinə belə vəhy edir: “Ey Adəm övladı! Qəzəblənərkən Məni yada sal ki, Mən də qəzəblənəndə səni yada salım və səni həlakət və məhv olmaqdan saxlayım.”

Qəzəb gəldikdə ən münasib silah “Allahı xatırlamaqdır”. Bu, insanı günahdan, inhirafdan, zülm, pis danışmaq və nalayiq rəftardan saxlayar və qəzəb şöləsini söndürüb onu cilovlayar.

Həqiqətdə qəzəb vaxtı bir sınaq səhnəsidir ki, mömin şəxs “zikr” qüdrətilə bu səhnədən qalib çıxır və öz qəzəbini boğaraq bir çox günahdan qorunur. Daha mühüm məsələ budur ki, qəzəbini cilovlayan şəxs Allah-taalanın qəzəbindən amanda qalır.

Bu iki mühüm məsələni xatırlamaqla aşağıdakı tövsiyələrə əməl edin:

1-Əsəbləşib hirslənərkən tez öz yerinizi dəyişin; məsələn, əgər ayaq üstəsinizsə, oturun və əgər oturaq haldasızsa, uzanın; əl-üzünüzü soyuq su ilə yuyun, bir istəkan sərin su için və özünüzü düşdüyünüz şəraitdən uzaqlaşdırın.

2-Çoxlu Quran oxuyun, yəni 24 saatda hər vaxt fürsət olsa Quran oxuyun və Quran oxumaqdan qafil olmayın; çünki Qurani-kərimi oxumaq insanın daxilən aramlıq və sakitliyi üçün böyük təsirə malikdir. Eləcə də öz ibadətlərinizə diqqətli olun, namazı əvvəl vaxtında və tam huş-guşla qılın ki, bunun xatircəmlik və daxili rahatlığın yaranmasında çox böyük təsiri vardır və insanı daxilən sakitləşməyə sövq edir.

3-Bu məsələdə iradənizi gücləndirin və özünüzə təlqin edin ki, iradəniz möhkəmlənsin, tez əsəbləşib narahat olmayasız. Digər gündəlik işlərinizdə və adi rəftarınızda da özünüzü tam ələ alaraq onları tələsmədən və yavaş-yavaş yerinə yetirin ta ki, hövsələli və təmkinli olmaq bütün rəftarınıza hakim olsun.

4-Bir miqdar uzanıb gözlərinizi yumun, bütün əzələləri boşaldın ki, əzələləriniz gərginlikdən çıxsın və fikrinizi əsəblənməyə səbəb olan hər bir işdən yayındırın və öz əzələlərinizə təmərküzləşdirin.

کلمات کلیدی :

Səbirli və helimli olmaq

۲,۵۵۷