Bismillahir Rahmanir Rahim
Salamun aleykum
Həzrət İmam Sadiq (əleyhissəlam) bu suala belə cavab verir:
... Əbu Bəsir nəql edir ki, Əbu Abdillah həzrət Sadiqdən (əleyhissəlam): – Qurani-Məcidin: "Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!.."- ayəsi (Nisa surəsi, ayə 59) haqqında soruşdum. Həzrət buyurdu: "Bu ayə Əli ibn Əbi Talib, imam Həsən və imam Hüseyn (əleyhimussəlam) haqqında nazil olmuşdur."
Dedim: "Camaat deyir ki, nə üçün Əli ibn Əbi Talib və onun Əhli-beytinin (əleyhimussəlam) adları Allah-taalanın kitabında çəkilməmişdir?" İmam (əleyhissəlam) buyurdu: "Bunu soruşanlara deyin ki, "Namaz ayəsi həzrət Peyğəmbəri-Əkrəmə (sallallahu aleyhi və alih) nazil oldu, amma namazın rəkətlərinin sayı bu ayədə bəyan olunmamışdı. Bunu Allahın elçisi (sallallahu aleyhi və alih) camaata izah etdi. Zəkat ayəsi nazil oldu, amma qırx dirhəmdən bir dirhəminə zəkat düşdüyü bu ayədə bəyan olunmamışdı. Bunu da Peyğəmbər (sallallahu aleyhi və alih) camaata izah etdi. Həccə getmək əmr olundu, amma Kəbə evini yeddi dəfə təvaf etmək göstərişi verilməmişdi. Bunu da Peyğəmbər (sallallahu aleyhi və alih) açıqladı..."
Mənbə: "Üsuli-kafi", 1-ci cild, səh. 286-287, hədis -1
Quranda Məsum İmamlarımızın (əleyhimussəlam) adları
24 November 2024 Saat 07:58
Sual: Nə üçün Qurani-Kərimdə Məsum İmamlarımızın (əleyhimussəlam) adları yoxdur?
پاسخ :
Bismillahir Rahmanir Rahim
Salamun aleykum
Həzrət İmam Sadiq (əleyhissəlam) bu suala belə cavab verir:
... Əbu Bəsir nəql edir ki, Əbu Abdillah həzrət Sadiqdən (əleyhissəlam): – Qurani-Məcidin: "Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!.."- ayəsi (Nisa surəsi, ayə 59) haqqında soruşdum. Həzrət buyurdu: "Bu ayə Əli ibn Əbi Talib, imam Həsən və imam Hüseyn (əleyhimussəlam) haqqında nazil olmuşdur."
Dedim: "Camaat deyir ki, nə üçün Əli ibn Əbi Talib və onun Əhli-beytinin (əleyhimussəlam) adları Allah-taalanın kitabında çəkilməmişdir?" İmam (əleyhissəlam) buyurdu: "Bunu soruşanlara deyin ki, "Namaz ayəsi həzrət Peyğəmbəri-Əkrəmə (sallallahu aleyhi və alih) nazil oldu, amma namazın rəkətlərinin sayı bu ayədə bəyan olunmamışdı. Bunu Allahın elçisi (sallallahu aleyhi və alih) camaata izah etdi. Zəkat ayəsi nazil oldu, amma qırx dirhəmdən bir dirhəminə zəkat düşdüyü bu ayədə bəyan olunmamışdı. Bunu da Peyğəmbər (sallallahu aleyhi və alih) camaata izah etdi. Həccə getmək əmr olundu, amma Kəbə evini yeddi dəfə təvaf etmək göstərişi verilməmişdi. Bunu da Peyğəmbər (sallallahu aleyhi və alih) açıqladı..."
Mənbə: "Üsuli-kafi", 1-ci cild, səh. 286-287, hədis -1کلمات کلیدی :
۲,۵۷۶