Bankda işləmək
21 February 2026 Saat 12:53
Sizə bir sual ilə müraciət etmək istəyirəm. Bir şəxsin özəl bir bankda kredit işçisi kimi işləməsinin şəri hökmu nədir? Bunuda qeyd edim ki, həmin insanın stabil maaşının üstünə əlavə olaraq bankın xususi vəsaitindən verdiyi kredit məbləğinin müəyyən faizi bonus kimi gəlir. Misal üçün əgər 100000 manat kredit veribsə onun 0.04 faizi əlavə olaraq əsas maaşının üstünə bonus kimi gəlir.Xaiş edirəm bu sualıma şəri baximdan dəqiq cavab verəsiniz. Çünki bu mənim üçün çox vacibdir. Verdiyiniz cavaba görə əvvəlcədən dərin təşəkkürümü bildiririrəm. Allah razı olsun!
کلمات کلیدی :
۳,۱۲۸
Mwsafirin haqqında
21 February 2026 Saat 12:53
1.Şəhərin tabeliyində çoxlu kəndlər olur və həmin şəhərin bir kəndindən o biri kəndinə 8 fərsəxdən çox yol qət edən adam müsafir sayılırmı? 2.Bir şəhər ilə digər şəhər arasındakı məsafə 8 fərsəxdən çox, o şəhərlərin kəndləri arasındakı məsafə isə 8 fərsəxdən azdır. Bir nəfər öz şəhərinin mərkəzindən qonşu şəhərin yaxın kəndinə getsə müsafir sayılırmı? 3.Əgər şəhərlərin çoxlu kəndləri varsa tərəxxüs həddi şəhərlərin divarları arasından götürülər, yoxsa kəndlərin? Məsələn, Lənkəranın Parakənd kəndi ilə Astaranın Pənsər kəndi bir-birinə çox yaxındır. Lənkəran şəhərindən Pensər kəndinə qədər 21 km-dir, Parakənddən Pənsərə qədər 3 km-dir. Lənkəran şəhərindən Pənsərə gedən adam namazını necə qılmalıdır?
کلمات کلیدی :
۳,۱۱۴
Paltar yuyan maşın
21 February 2026 Saat 12:53
Əgər möminin yuxuda boynuna cənabət quslu gəlirsə, onun paltarlarını, paltar yuyan maşınla yumaq düzgündürmü?
کلمات کلیدی :
۳,۱۰۰
Namazın səcdəsi
21 February 2026 Saat 12:53
Namaz qılan şəxsin beyin təzyiqi baximindan səhhətində problemi var. Səcdəyə getmək səhhətində problem yaradır. Bu halda olanın namazının hökmü necədir və hansı formada namaz qila bilər?
کلمات کلیدی :
۳,۰۸۹
Atanın qəza namazı
21 February 2026 Saat 12:53
Mənim atam rəhmətə gedib və namazlarını qılmayıb mən böyük oğluyam mənim vəzifəm nədir?
کلمات کلیدی :
۳,۰۸۹
Allah zülm edirmi?
21 February 2026 Saat 12:53
Allah bu qədər çox zülm edirmi? Biz peyğəmbərikmi imtahan olaq? Ümumiyyətlə ürəyim cəhənnəmə getmək istəyir nə edim? Dünyada olan bu qədər zülmə artıq dözə bilmirəm.
کلمات کلیدی :
۳,۱۳۴