Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin “Məhdilik” mövzusunda çıxışları
21 November 2024
16:20
۱,۷۰۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Birinci çıxış (ardı)
Üçüncü məsələ: Dünyada ədalətin icrası;
Bu hədisdən əldə edilən üçüncü əhəmiyyətli məsələ budur ki, bu kimi hədislərə əsasən, Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) hərçənd Xatəmi-ənbiyadır və bütün aləmin peyğəmbəri və bütün insanlar onun dəvətinin müxatəbidir, lakin onun ədalətli çağırışı ərəbistan yarımadasında məhdudlanmış və o Həzrət bütün dünyada İslamı icra etməyə nail olmamışdır. Halbuki onun vəsilərinin sonuncusu (xatəmi-övsiya, Allah onun gəlişini tezləşdirsin) ədalət çağırışını bütün aləmdə səsləndirəcək və dünyada ədalət və düzgünlük dəvətinin eşidilməyən heç bir yer qalmayacaqdır.
Dördüncü təbirin araşdırması:
“Quranın nazil olma tərtibi ilə təlim olunmasına” dəlalət edən hədislər;
Hədislərdə gələn dördüncü təbir budur ki, həzrət Məhdi (Allah onun gəlişini tezləşdirsin) zühur etdikdən sonra ağır və məsuliyyətli bir vəzifə olan, “Quranın nazil olma tərtibinə müvafiq təlim” ilə məşğul olacaqdır. Burada, həzrət imam Baqirdən (əleyhissəlam) nəql edilən bu hədislərdən birinə diqqət yetirin.
"إِذَا قَامَ قَائِمُ آلِ مُحَمَّدٍ(عليه السلام) ضَرَبَ فَسَاطِيطَ لِمَنْ يُعَلِّمُ النَّاسَ الْقُرْآنَ عَلَى مَا أَنْزَلَ اللهُ جَلَّ جَلَالُهُ"
“Ali-Muhəmmədin Qaimi (əleyhissəlam) zühur etdiyi zaman Allah-taala Quranı nazil etdiyi qaydada insanlara təlim etmək üçün xeymələr bərpa edəcəkdir.”[1]
Bu hədisdən istifadə edilən iki incə mətləbin bəyanı;
[1] Biharul-Ənvar, mərhum Əllamə Məclisi, cild-52, səh. 339; mərhum Şeyx Mufidin “Əl-İrşad” kitabından bir az fərqlə nəql olunmuşdur; 2-ci cild, səh. 386