Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusuda çıxışları

22 December 2024

14:30

۱,۷۴۱

Xəbərin xülasəsi :
Bəşərin dinə olan ehtiyacı və onunla möhkəm və qırılmaz rabitəsi baxımından, mümkündür dindarlığı zəifləsin, ya artsın. Bəşər, nə din sahibidir və nə də din ilə kamil tanışlığa malikdir, ona görə də, dini ehya edib yenilədən və onu bəşərin səhv fikirlərindən təmizləyən bir şəxsin gəlməsi labüddür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları

Birinci çıxış (ardı)

Nəticədə, məlum olur ki, bu və buna oxşar hədislərin[1] mənası budur ki, bəşərin dinə olan ehtiyacı və onunla möhkəm və qırılmaz rabitəsi baxımından, mümkündür dindarlığı zəifləsin, ya artsın. Bəşər, nə din sahibidir və nə də din ilə kamil tanışlığa malikdir, ona görə də, dini ehya edib yenilədən və onu bəşərin səhv fikirlərindən təmizləyən bir şəxsin gəlməsi labüddür. Bu səbəbdən, imam Əli (əleyhissəlam) həzrət imam Məhdinin (Allah onun gəlişində təcil etsin) vasitəsilə dinin ehya edilməsi vəsflərini belə bəyan edir:

يَعْطِفُ الْهَوي عَلَي الْهُدي إِذا عَطَفُوا الْهُدي عَلَي الْهَوي، وَ يَعْطِفُ الرَّأْيَ الْقُرانِ إِذا عَطَفُوا الْقُرانَ عَلَي الرَّأْيِ حَتّي تَقُومَ الْحَرْبُ بِكُمْ عَلي ساقٍ بادِياً نَّواجِذُها، مَمْلُوءَ ةً أَخْلافُها، حُلْواً رَّضاعُها، عَلْقَماً عاقِبَتُها. ألا وَ فِي غَدٍ وَسَيَأْتِي غَدٌ بِما لاتَعْرِفُونَ- يَأْخُذُ الْوالِي مِنْ غَيْرِها عُمّالَها عَلي مَساوِي أَعْمالِها وَ تُخْرِجُ لَهُ الْأرْضُ أَفالِيذَ كَبِدِها وَ تُلْقِي إِلَيْهِ سِلْماً مَّقالِيدَها، فَيُرِيكُمْ كَيْفَ عَدْلُ السِّيَرةِ وَ يُحْيِي مَيِّتَ الْكِتابِ وَ السُّنَّةِ.

“İnsanlar doğru yolu nəfslərinin istəklərinə çevirdikləri zaman [yolunu gözlədiyimiz İmam (Allah onun gəlişində təcil etsin) qeyb pərdəsinin arxasından çıxacaq] nəfsi istəkləri hidayət və qurtuluşa yönəldəcək; camaat (şəxsi) düşüncələri və rəyləri ilə Quranı dəyişdikləri zaman, Quran ilə (onların) rəylərini dəyişəcək, ta ki, sizlərə (yırtıcı kimi) dişlərini qıcayan, (dəvə kimi) döşləri südlə dolu olan qanlı döyüşlər üz tutacaq. Onun südünü içmək (təsəvvürdə) şirindir, həqiqətdə isə acı və zəhərlidir.

 Agah olun, sabah (hadisələr) baş verəcək, o gün, gözləmədiyiniz bir şeylə üzləşəcəksiz; o zaman tüğyankar tayfadan olmayan bir hakim onların işlərini idarə edənləri sorğu-sual edəcək. Yer ciyərinin parçalarını onun üçün üzə çıxaracaq və açarlarını tam şəkildə onun ixtiyarında qoyacaq. Bu zaman insanlarla necə ədalətlə rəftar etməyi sizə göstərəcək və aradan getmiş kitabı və sünnəni (bir daha) ehya edəcək.”[2]

(ardını izləyin)


[1] O cümlədən, bu hədisdə Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) buyurur:

" يَحْمِلُ هَذَا الْعِلْمَ مِنْ كُلِّ خَلَفٍ عُدُولٌ يَنْفُونَ عَنْهُ تَحْرِيفَ الْجَاهِلِينَ وَ انْتِحَالَ الْمُبْطِلِينَ وَ تَأْوِيلَ الْغَالِين "

Müraciət edin: “Mustədrəkul-vəsail”, mərhum Muhəddis Nuri, cild-17, səh. 313. Yaxud bu məzmunda əhli sünnə mənbələrində belə buyurur:

"يحمل هذا العلم من کلّ خلف عدوله، و ينفون عنه تحريف الغالين و انتحال المبطلين و تأويل الجاهلين"

“Hər bir dövrdə və zamanda adil və pak insanlar bu elmi öz üzərlərinə götürürlər, onu ifratçıların təhrifindən, batil nəzəriyyələrdən və cahillərin yersiz təfsirindən qoruyub saxlayırlar.” Müraciət edin: Əs-sunən kubra, Bəyhəqi, cild-1, səh. 209.

[2] Nəhcul-bəlağə, 138-ci xütbə.


Etiketlər :

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları