Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin “Məhdilik” mövzusunda çıxışları

27 December 2024

06:58

۱,۸۱۳

Xəbərin xülasəsi :
“Zühur zamanında dinin xüsusiyyətlərinin necəliyi” barədə gələn hədisləri araşdırmaq lazımdır ki, onlarda işlənən təbirləri məna etməklə zühur zamanında dindən və həzrət Məhdinin (Allah onun gəlişində təcil etsin) zühurunun həqiqətindən düzgün anlayış kəsb edək
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları

Birinci çıxış (ardı)

Zühur əsrində dinin necəliyi haqda hədislərin yeddi təbirinin araşdırması;

Müqəddimə ünvanında qeyd olunan mətləbləri bəyan etdikdən sonra, “zühur zamanında dinin xüsusiyyətlərinin necəliyi” barədə gələn hədisləri araşdırmaq lazımdır ki, onlarda işlənən təbirləri məna etməklə zühur zamanında dindən və həzrət Məhdinin (Allah onun gəlişində təcil etsin) zühurunun həqiqətindən düzgün anlayış kəsb edək.

Hörmətli tədqiqatçılar bilirlər ki, təbirlərin müxtəlifliyi baxımdan bu haqda hədislər çoxdur, belə ki, ilk baxışda bu təbirləri yeddi yerə bölmək olar ki, ibarətdirlər: Bir, “insanların yeni bir yola dəvət edilmələrini göstərən hədislər”; iki, “həzrət Hüccətin (Allah onun gəlişində təcil etsin) vasitəsilə keçmişin viran edilməsi və yeni İslam dininin gətirilməsinə dəlalət edən hədislər”; üç, “insanları keçmişə son qoymağa və ədaləti bərpa etməyə dəlalət edən hədislər”; dörd, “Qurani-kərimin nüzul şəninə müvafiq olaraq təliminə dəlalət edən hədislər”; beş, “zühur əsrində Allahın kitabına əməl olunmasına dəlalət edən hədislər”; altı, “bəşərin ağlının təkamülünə dəlalət edən hədislər”; yeddi, “həzrət Məhdinin (Allah onun gəlişində təcil etsin) zühuru zamanında İslam dininin genişlənməsi və cahanşümul olmasına dəlalət edən hədislər.”

İndi isə burada imkan qədər dəyərli oxuculara hər bir təbirin incəlikləri barədə əhəmiyyətli mətləbləri ixtisarla təqdim etmək lazımdır.

(ardını izləyin)


Etiketlər :

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları