Həzrət Fatiməi-Zəhranın (əleyhasalam) milad günü
28 November 2024
22:08
۱,۱۱۰
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
1438-ci hicri qəməri, cümadis-saniyə ayının 20-si ilə mütabiq olan 2017-ci miladi ili mart ayının 19-u Həzrət Fatiməi-Zəhranın (əleyhasalam) milad günüdür. Bu əziz və şad günü öncə Əhli-Beyt əleyhimussəlamın məhzərinə, xüsusən zəmanənin imamı Həzrət Vəliyyi-Əsr Sahib əz-Zamanın (əleyhissəlam) hüzuruna, həmçinin o Həzrətin şərəflişiələrinə və bütün müsəlmanlara təbrik deyib gözaydınlığı veririk.
Qurani-Kərimin müqəddəs ayələrində və Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) eləcə dəMəsum Əhli Beyt İmamlarının (əleyhimussəlam) dolğun və dürəfşan kəlamlarında Həzrət Fatiməi-Zəhrnın (əleyhasalam) barəsində mədh və təriflər həddən ziyadədir. Burada ancaq bir-iki hədisə xülasə olaraq işarə edirik və əziz möminləri o Həzrətin fəzilətləri ilə tanış olmaq üçün dini mənbələrə müraciət etməyi məsləhət görürük.
Əmirəl-Möminin həzrət Əli əleyhissəlam buyurur:
كان رسول اللّٰه إذا خرج كان آخر عهده بفاطمة وإذا رجع كان أول عهده بفاطمة
“Allahın Rəsulu (sallallahu əleyhi vəalih)səfərə çıxdığı zaman görüşüb vidalaşdığı axırıncı şəxs Fatimə (əleyhasalam) olardı. Səfərdən qayıtdığızaman da görüşdüyü ilk şəxs Fatimə olardı.”
Mənbə: “Tənbihul-ğafilin ən fəzailit-talibiyyin”Həsən ibni Kəramət, səh. 41
Həmçinin o Həzrət (əleyhissəlam) buyurur:
كَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ إِذَا رَجَعَ مِنْ مَغَازِيهِ بَدَأَ بِفَاطِمَةَ فَقَبَّلَها
“Peyğəmbər(sallallahu əleyhi vəalih) qəzvələrdən qayıdanda əvvəlcə Fatimənin (əleyhasalam)görüşünə gedib onu öpürdü.”
Mənbə:
“Mənaqibul-İmamƏmiril-muminin (əleyhissəlam)”, Məhəmməd ibni Süleyman Kufi, 2-ci cild, səh. 196.
Həmin məzmunun oxşarı sünnü mənbələrində: “Əl-ahadu vəl-məsani”, Zəhhak, 5-ci cild, səh. 359; “Səhihi İbni Hibban”, 2-ci cild, səh. 470; “Məqtəlul-Huseyn”,Xarəzmi, 1-ci cild, səh. 96; “Nəzmu durəris-simteyn”, Zərəndi, səh. 177; “Məvariduz-zəm`an”,Heysəmi, 8-ci cild, səh. 231 və səh. 233.
Aişədən belə nəql olunur:
كَانَتْ [فاطمة] إِذَا دَخَلَتْ عَلَيْهِ [رسول اللّٰه] رَحَّبَ بِهَا وَ قَامَ إِلَيْهَا فَأَخَذَ بِيَدِهَا فَقَبَّلَهَا وَ أَجْلَسَهَا فِي مَجْلِسِهِ وَ كَانَ إِذَا دَخَلَ عَلَيْهَا رَحَّبَتْ بِهِ وَ قَامَتْ إِلَيْهِ فَأَخَذَتْ بِيَدِهِ فَقَبَّلَتْهُ وَ أَجْلَسَتْهُ فِيمَجْلِسِهَا
“Fatimə (əleyhasalam) Allahın Rəsulunun (sallallahu əleyhi vəalih)yanına daxil olanda Peyğəmbər (sallallahu əleyhi və alih) ona “mərhəba”deyib, ayağına qalxır və ona tərəf gedirdi, sonra onun əlindən tutub əlini öpür, öz yerində oturdurdu. Peyğəmbər (sallallahu əleyhi və alih) də Fatimənin (əleyhasalam) yanına daxil olanda atasına “mərhəba” deyir, ayağa qalxıb ona tərəf gedir, atasının əlindən tutub əlini öpür və onu öz yerində oturdurdu.”
Mənbə: “Əmali”, Şeyx Tusi, səh. 400; “Bişarətul-Mustafa (sallallahu əleyhi və alih)”, İmaduddin Təbəri, səh. 389; “Hilyətul-əbrar”, Seyid Haşim Bəhrani, 1-ci cild, səh. 188 (azacıq fərqlə); “Biharul-ənvar”, Əllamə Məclisi, cild: 43, səh. 25.
Sünnü mənbələrindən: “Sunənu Əbi Davud”, İbni Əş`əs Səcistani, 2-ci cild, səh. 522;“Əssunənul-kubra”, Nəsai, 5-ci cild, səh. 392; “Əl-mustədrək”, Hakim Nişapuri, 3-cü cild, səh. 154 (Hakim deyir: “Bu, iki şeyxin şərti ilə səhihdir, amma onlar nəql etməmişlər.”); “Əssunənul-kubra”, Beyhəqi, 7-ci cild, səh. 101; “Məqtəlul-Huseyn”,Xarəzmi, 1-ci cild, səh. 93; “Yənabiul-məvəddət”, Qənduzi, 2-ci cild, səh. 55.
(İltimasi dua)