Həzrət Fatimeyi-Zəhranın (əleyhasalam) viladəti

28 November 2024

22:04

۱,۲۳۶

Xəbərin xülasəsi :
Fatimeyi-Zəhra əleyhasalam nübüvvəti-kubra ilə vilayəti-uzma arasında keçiddir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Fatimeyi-Zəhra əleyhasalam nübüvvəti-kubra ilə vilayəti-uzma arasında keçiddir

Sünnü alimlərinin nəzərində müttəfiq olan bir hədis

Fəxr Razi özünün “Təfsir” kitabında (8-ci cild, səh. 80, ikinci məsələ) bütün səyini bu məsələyə həsr etmiş iki rəvayət nəql etmişdir. Müfəssirlərin imamı Zəməxşəri “Kəşşaf” kitabında (1-ci cild, səh. 433) eynilə bu mətləbi irəli çəkmişdir. Qazi Beyzavi isə həmin mətləbi tam ixtisarla qeyd etmişdir. Bunlar, təfsir imamlarından. Amma hədis imamlarına gəldikdə isə, nəqli elmlərin imamları sayılan Müslim, Tirmizi, İbni Münzər, Hakim Nişapuri, Cəlaləddin Süyuti eynilə həmin məsələni qeyd etmişlər. Təfsir hədis imamları bu gün deyəcəyim məsələ barəsində yekdil fikirdədirlər.

Sünnü alimlərinin nəqlinə əsasən “mübahilə” hadisəsi

Onun xülasəsi budur: Peyğəmbər (sallallahu əleyhi və alih) Nəcran məsihiləri ilə “mübahilə” üçün gələndə, əynində qara bir əba var idi. Vədələşmiş olduqları o gündə, yəni “Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir” ayəsinə əsasən, qəti danılmaz dəlil-sübut gətirildikdən sonra növbə “mübahilə”yə çatdı.

“Mübahilə”nin həqiqəti nədir? Bu məsələnin özü məsihilərin baş yepiskopunun sözündən aydın olur. Deyilənlərin hamısı sünnülərin ən mötəbər təfsir rəvayət mənbələrindəndir şiə məzhəbi ilə heç bir əlaqəsi yoxdur. Həzrət əynində qara əba olan halda çıxdı. Çölə çıxması hansı vəziyyətdə idi?

Peyğəmbər (sallallahu əleyhi və alih) çıxdı, halbuki Hüseyn əleyhissəlamı qucağına almışdı. Seyyidüş-şühəda əleyhissəlam o dövrdə yol gedə bilən bir yaşda idi, lakin bu xüsusiyyətlə ki, həzrət Peyğəmbər Hüseyni qucağına almışdı”, bu vəziyyətdə çölə çıxdı. Digər tərəfdən, Həsənin əlindən tutmuşdu”. Nəql edilən xüsusiyyətlərə dəqiq fikir verin. Həzrətin özü qabaqda idi, Fatimeyi-Zəhra əleyhasalam onun arxasınca, Əmirəl-möminin Əli əleyhissəlam da Fatimənin arxasınca. Həzrətin çölə çıxması bu formada idi.

Fəxr Razi, Zəməxşəri, Qazi Beyzavi, Hakim Nişapuri Cəlaləddin Süyuti bu hadisənin bütün incəliklərində xüsusiyyətlərində nəzər versəydilər, daha yaxşı olardı. Bir rəvayətin dəyəri onu nəql etmək deyil, dərk etməkdir. Kitab sünnət baxımından dinin əsası təfəqqühdür (dərindən dərk etməkdir). الْكَمَالُ كُلُّ الْكَمَالِ التَّفَقُّهُ فِي الدِّين “Kamal bütün kamal dində təfəqqühdür.” Dində təfəqqühün həqiqəti bundan ibarətdir ki, bütün əməllərə, bütün sözlərə bütün xüsusiyyətlərə diqqətlə nəzər yetirilsin, bundan sonra nəticə alınsın.

Xatəm Peyğəmbər (sallallahu əleyhi və alih) aləmin xülasəsi vücudun gövhəridir

Bu həmin Peyğəmbərdir ki, “Heç vaxt nəfsin istəkləri üzündən danışmır.” Bunun özü bir kəlmədir. Bir kəs ki, nəfsin istəkləri üzündən heç bir söz danışmır, nəfsin istəkləri üzündən heç bir görmür, bu həmin kəsdir ki, “Rəsulun sizə gətirdiyi hər bir işi əxz (və icra) edin, sizi çəkindirdiyi hər bir şeydən çəkinin.” Bu həmin kəsdir ki, onun sünnəti təkcə sözləri deyildir; əksinə onun sünnəti sözü, bir işi təsdiqləməsi əməlidir. Onun bütün əməl hərəkətləri sünnətdir, bütün sükunətləri sünnətdir. Onun vəziyyətləri əhvalının hamısı “sonra yaxınlaşdı, daha da yaxın oldu, onun məsafəsi iki kaman qədərində oldu” məqamı ilə əlaqədardır. Bu, aləmin xülasəsidir bu, Xatəm Peyğəmbərdir (sallallahu əleyhi və alih), bu, vücudun gövhəridir, imkan aləminin birinci şəxsiyyətidir. Belə bir şəxsin hər bir baxışı hikmətlə dolu olan bir dünyadır, hər əməli bütün ilahi maarifin mənşəyidir.

Nübüvvəti-kubra və vilayəti-üzma arasında keçid

Həzrətin özünün qabaqda, Əlinin (əleyhissəlam) onun arxasında, Fatimənin (əleyhasalam) ortada olmasının mənası vardır. Bu əməlin mənası odur ki, Fatimə əleyhasalam nübüvvəti-kübra ilə vilayəti-üzma arasında keçiddir. Bu əməlin mənası odur ki, Fatimeyi-Zəhra əleyhasalam ən böyük vəhy məqamı, vəhyin təbliği məqamı vəhyin təfsiri məqamı arasında qütb mərkəz rolunu oynayır. Fatimeyi-Zəhranın (əleyhasalam) qarşı tərəfi vəhyin təbliği, arxa tərəfi vəhyin təfsiridir. Bu, Fatimeyi-Zəhra əleyhasalamdır. Onun qədir-qiyməti bütün aləmdəkilərə naməlum qalmışdır. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) bu vəziyyətdə çölə çıxdı.

Məsihi yepiskopunun sözü

Məsihi yepiskoplarının başçısı rəisi bütün Nəcran əhalisinə elan edib dedi: “Bizə doğru elə üzlər (simalar) gəlir ki, əgər onlar istəsələr, dağı yerindən qopararlar; belə üzlər istəsələr, bütün bu vadi odla dolub şölə çəkər. Əgər qarğış üçün ağızlarını açsalar əllərini asimana qaldırsalar, yer üzündə məsihilərdən bir nəfər belə, sağ qalmaz.” Kaş, bu məsihi yepiskopunun düşüncəsi Fəxr Razinin nəqli ilə yanaşı olaydı! Müsibət budur ki, rəvayət Fəxr Razidəndir, lakin onu lazımınca dərk edən məsihilərin yepiskopudur! Bunun özü ən böyük müsibətdir!

O məsihi dedi: “Nəyin bahasına olursa-olsun, bunlar gərək əllərini duaya (qarğışa) qaldırmasınlar.” Peyğəmbər (sallallahu əleyhi və alih) (vədəgaha doğru) çıxandan sonra onlara (Əli, Fatimə, Həsən, Hüseyn) bir nəzər salıb buyurdu: “Mən dua (qarğış) etdiyim zaman siz amin deyin.” Bu kəlmədə dərindən diqqət yetirin: “Mən dua (qarğış) etdiyim zaman siz amin deyin.” Bu cümlənin mənası nədir?

Ey Fəxr Razi! Ey Zəməxşəri! Ey Beyzavi! Bu cümlənin mənası budur ki, mənim əməlim vəhyi əks etdirir vəhy belədir:

فَمَنْ حَاجَّكَ فيهِ مِنْ بَعْدِ ما جاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعالَوْا نَدْعُ أَبْناءَنا وَ أَبْناءَكُمْ وَ نِساءَنا وَ نِساءَكُمْ وَ أَنْفُسَنا وَ أَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ

Sonra hamınız bir yerə yığışmalısınız ki, “mübahilə edək.”

إذا دَعَوْتُ فَأمِّنُوا

Mən qarğış etdiyim zaman siz “amin!” deyin.”

Fatimeyi-Zəhra əleyhasalamın “amin” deməsi Peyğəmbərin (sallallahu əleyhi və alih) duasının təsir qoyma şərtidir

Bu cümlənin mənası odur ki, Xatəm Peyğəmbər olduğum halda mənim duam (qarğışım) qəbul olunmağı tələb edir, amma bu tələbin gerçəkləşməsinin şərti Fatimeyi-Zəhra əleyhasalmın nəfəsidir. Gərək onun “amin” deməsi mənim duama əlavə edilsin. Vəhy belədir. Sünnət belədir ki, Zəhra əleyhasalamın duası şərtdir şərti mövcud olmayan bir işin təsir etməsi qeyri-mümkündür. Ağla sığan deyildir ki, belə bir vaxtda qarğış, şərti mövcud olmadan təsir qoymuş olsun, hərçənd Nəcran məsihiləri ilə “mübahilə” vaxtı olsa belə. Əgər Peyğəmbərin əli göyə qalxsa, gərək onunla yanaşı digər dörd nəfərin əli asimana doğru qalxsın. Əgər məsələ belədirsə, onda görəsən, Əli əleyhissəlam necə şəxsiyyətdir? Fatimə əleyhasalam necə şəxsiyyətdir? Həsən ibni Əli əleyhiməssəlam necə şəxsiyyətdir? Hüseyn ibni Əli əleyhiməssəlam necə şəxsiyyətdir?

Zəməxşərinin etirafı

Biz (nəticəni) Zəməxşərinin özündən əxz edirik. Zəməxşəri bu hadisəni nəql edəndən sonra necə gözəl nəticə alır: O deyir: “Bu hadisədə “Kisa” səhabələrinin fəzilətinə dair bir dəlil vardır ki, heç bir başqa dəlil ondan güclü ola bilməz.” Bu kəlmə bu alimin qələmindən çıxmışdır. Bu sözün ardınca yazır: “Bu, (həm də) Peyğəmbərin nübüvvətinə dair bir dəlildir!”[1]

Qazi Beyzavinin etirafı

Qazi Beyzavi özünün məşhur təfsirində bu hadisəni nəql etdik­dən sonra yazır: “Bu hadisədə iki şeyə dəlil vardır: biri nübüv­vətə, digəri isə “Kisa” səhabələrinin fəzilətinə.”[2] Yaxşı-yaxşı fikir verdinizmi?

“Mübahilə” ayəsində “nisaəna qadınlarımızı” kəlməsinin “ənfusəna öz canlarımızı” kəlməsindən qabağa keçirilməsinin sirri

Zəməxşəri bu ayədə “nisaəna” kəlməsinin “ənfusəna” kəlməsin­dən qabağa keçirilməsi barədə yazır: “Allah Quranda “əbnaəna” (öv­lad­larımızı) nisaəna” (qadınlarımızı) kəlmələrini “ənfusəna” (canlarımız) kəlməsindən qabağa salmışdır. Yəni Həsən, Hüseyn Fatimeyi-Zəhra əleyhimussəlam Peyğəmbərin canından irəlidirlər.” Bu Quran, bu da Peyğəmbərin əməli. Bu sözü Zəməxşəri deyir: “Bunları qabağa saldı, yəni mən sizə fəda olum (demək istəyirdi.)”[3] Bunun özü çox qəribə bir kəlmədir! Belə bir elm pəhləvanının qələmindən! Allaha and olsun ki, bütün dünya müsəlmanlarına hüccət tamamdır (haqqı tapmaqda bəhanə yolları bağlanmışdır).

[1] “Kəşşaf”, 1-ci cild, səh. 434:

 “Bunda “Kisa” səhabələrinin fəzilətinə dair elə bir dəlil vardır ki, heç bir şey ondan da güclü dəlil ola bilməz. Bu hadisədə (həm də) Peyğəmbərin nübüvvətinin səhihliyinə dair aşkar bir bürhan vardır. Çünki müvafiqlərdən, müxaliflərdən bir kəs onların (məsihilərin) bu işə müsbət cavab verdiklərini nəql etməmişlər.”

[2] “Təfsiri Beyzavi”, 2-ci cild, səh. 47:

 “Bu o həzrətin nübüvvətinə onun özü ilə gətirdiyi Əhli-beytinin fəzilətinə dəlildir.”

[3] “Kəşşaf”, 1-ci cild, səh. 434:

 “Allah Quranda “əbnaəna” (övladlarımızı) kəlməsini “ənfüsəna” (canlarımızı) kəlməsindən qabağa salmaqla onların məqamlarını əhəmiyyətlərini göstərmək, onların hətta Peyğəmbərin canından belə, irəli (mühüm) olmalarını bildirmək istəyirdi.”


Etiketlər :

Həzrət Fatimeyi-Zəhranın (əleyhasalam) viladəti