Həzrət İmam Hadi əleyhissəlamın şəhadəti
28 November 2024
22:23
۱,۴۰۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismillahir-Rahmənir-Rahim
Bir rəvayətə əsasən, hicri-qəməri ili cumadis-saniyə ayının 26-ı (bəzi nəqllərə əsasən isə 28-i) Həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadəti günüdür. Bu böyük əza gününü o Həzrəti əziz nəvəsi Həzrət Sahib əz-Zaman əleyhissəlama təsəlli deyir və siz əziz şiələrə və bütn haqq sevər insanlara başsağlığı veririk.
Burada müxtəsər şəkildə Allah-taalanın hidayət nuru olan İmam Hadi əleyhissalamın həyatına işarə edirik.Şiələrin onuncu İmamı - İmam Əliyyən-Nəqi (əleyhissəlam) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Atası İmam Cavad (əleyhissəlam) anası isə hörmətli Səmanə xanım olmuşdur. Onuncu İmamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O Həzrətə “üçüncü Əbülhəsən” deyirlər.[1
İmam Hadi (əleyhissəlam) hicrətin iki yüz iyirminci ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən İmamət məqamına yetişmişdir. O Həzrətin İmamət müddəti otuz iki il ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş, hicrətin iki yüz əlli dördüncü ilində isə Samirra şəhərində şəhadətə qovuşmuş və öz evində də torpağa tapşırılmışdır.[2
İmam Əliyyən-Nəqi əleyhissəlamın İmaməti dövründəki Abbasi xəlifələri arasında hamıdan çox Mütəvəkkil o Həzrətlə həmzaman olmuşdur.
Mütəvəkkil İmam Əliyyən-Nəqi əleyhissəlamı öz nəzarəti altına almaq üçün ata-babalarının yolunu davam etdirir nəyin bahasına olursa olsun, fikrini o Həzrət barədə rahat etmək istəyirdi.
Ona görə belə qərara gəlir ki, o Həzrəti o dövrdə ordu və əsgərlərin qərargahı olan Samirra şəhərinə gətzdirsin. İmamın Mədinədən Samirraya gətirilməsi zahirdə dəvət xarakteri daşıyan, lakin həqiqətdə məcburiyyətə əsaslanması məlum idi.
İmam Əliyyən-Nəqi əleyhissəlamın sonralar Samirrada buyurduğu “Məni Mədinədən güclə Samirraya gətirdilər”[3]cümləsi o Həzrətin Mütəvəkkilin məqsədindən xəbərdar olduğuna və məcburiyyət qarşısında qalaraq bu səfərə çıxdığına bir sübutdur.
Mütəvəkkilin İmam Əliyyən-Nəqi əleyhissəlamın camaat arasında olan mənəvi nüfuzundan qorxmasını o Həzrətin qalması üçün təyin edilmiş yaşayış yerindən başa düşmək olar.
Xəlifənin ərtafında olanlar da, bəzi vaxtlar onu İmamın və dostlarının qiyam ehtimalından xəbərdar edirdilər. Buna görə də, Mütəvəkkil vaxtaşırı İmamın evini yoxlatdırır, axtarış aparanların hər dəfə əliboş qayıtmalarına baxmayaraq, Mütəvəkkil yenə də nigaran idi və qorxu içərisində yaşayırdı.
İmam Əliyyən-Nəqi əleyhissəlamın Samirra şəhərində ciddi nəzarət altında olmasına baxmayaraq, çətinliklər nəticəsində bir an olsun belə, zalımlarla saziş etmir. Məlum məsələdir ki İmamın İlahi bir şəxsiyyət olması onun ictimai mövqeyi və eləcə də, xəlifələrlə həmkarlıq etməyib onlara qarşı apardığı mənfi mübarizə o dövrün hökuməti üçün təhlükəli olub dözüləsi deyildi. Onlar daima bu məsələdən narahat idilər. Axırda yeganə çıxış yolunu Allah nurunu söndürməkdə görüb İmam Əliyyən-Nəqi əleyhissəlamı öldürmək fikrinə düşdülər. Beləliklə o Həzrət də özündən qabaqkı İmamlar kimi təbii ölümlə deyil xəlifə Mötəzzin hakimiyyəti dövründə zəhərlənərək[4] hicrətin iki yüz əlli dördüncü ili rəcəb ayında şəhid olur və Samirra şəhərində öz evində dəfn edilir.[5]