Allahı tanımaq, Əhli-Beyti tanımaqla müyəssərdir
28 November 2024
19:12
۱,۴۹۸
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Allahı tanımaq, Əhli-Beyti və Quranı tanımaqla müyəssərdir
Şeyx Səduq “İləluş-şəraye” kitabında bir hədisə işarə edir. Hədisi nəql etməkdən məqsədimiz budur ki, bilək kimə mənsubuq, İslam dinini bizə çatdıran, bizə yetirən, Allahla insanların arasında vasitə olan şəxsiyyətlər kimlərdir, bu məsələ bizim ibadətə əlaqəli, istəkli olmağımızda böyük təsirlidir.
İmam Sadiq əleyhissəlam bu hədisdə buyurur; rəvayət sənəd baxımından Əmirəl-möminin Əli əleyhissəlama yetişir. Həzrət Əli əleyhissəlam buyurur ki, Peyğəmbər belə buyurub. Yəni hədis həqiqətdə Peyğəmbərin mübarək dilindən (sallallahu əleyhi və alih) sadir olubdur, İmamlarımız da bunu bizə nəql ediblər. Yəni rəvayəti nəql edənlərin şəxsiyyəti elədir ki, bu qızılla yazılmalı bir sənəddir, elə hədisin özü də.
قَالَ (عَلِي عليه السلام) قَالَ رَسُولُ اللَّهِ (صلي الله عليه و أله) : "مَا خَلَقَ اللَّهُ خَلْقاً أَفْضَلَ مِنِّي،
Peyğəmbərimiz (sallallahu əleyhi və alih) buyurur: Allah-təala məxluqatın arasında Məndən daha üstün və fəzilətli bir şəxsi xəlq etməmişdir.
وَ لَا أَكْرَمَ عَلَيْهِ مِنِّي،
Məxluqat arasında Allah-təalanın yanında məndən də kəramətli, əziz, girami bir xəlq yoxdur. Əmirəl-möminin Əli əleyhissəlam sual edir:
(قَالَ عَلِي عليه السلام)، فَقُلْتُ يَا رَسُولَ اللَّهِ فَأَنْتَ أَفْضَلُ أَمْ جَبْرَئِيلُ ؟
Ya Rəsuləllah! Sən fəzilətlisən, ya Cəbrəil? Peyğəmbərimiz cavab verir:
فَقَالَ : يَا عَلِيُّ إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى فَضَّلَ أَنْبِيَاءَهُ الْمُرْسَلِينَ عَلَى مَلَائِكَتِهِ الْمُقَرَّبِينَ،
Ya Əli! Allah təbarəkə və təala (Öz) mursəl (göndərdiyi) peyğəmbərləri Öz ən yaxın müqərrəb mələklərindən üstün və fəzilətli qərar vermişdir.
وَ فَضَّلَنِي عَلَى جَمِيعِ النَّبِيِّينَ وَ الْمُرْسَلِينَ،
Məni də Allah-təala bütün peyğəmbərlər və rəsullar üzərində onlardan üstün və fəzilətli şəxs qərar vermişdir.
وَ الْفَضْلُ بَعْدِي لَكَ يَا عَلِيُّ وَ لِلْأَئِمَّةِ مِنْ بَعْدِكَ،
Məndən sonra ən üstün şəxs məxluqat arasında Allahın yanında sənin üçündür ya Əli və səndən sonra gələn İmamlar üçün.
وَ إِنَّ الْمَلَائِكَةَ لَخُدَّامُنَا وَ خُدَّامُ مُحِبِّينَا،
Həqiqətən, Allah-təalanın mələkləri bizə xidmət edənlərdir və bizə məhəbbətli, aşiq olan şəxslərə xidmət edənlərdir. Allah-təalanın mələkləri Əhli-Beytə xidmətçidirlər, Əhli-Beytin aşiqlərinə və Əhli-Beytə məhəbbət edənlərə xidmət göstərirlər.
يَا عَلِيُّ الَّذِينَ يَحْمِلُونَ الْعَرْشَ وَ مَنْ حَوْلَهُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ،
Ya Əli! O mələklər ki, ərşi həml edirlər və saxlayırlar, (ərşi öz çiyinlərində daşıyan mələklər) və onların ətrafındakılar Allah-təalaya təsbih deyirlər, sübhanəllah deyirlər, Allah-təalaya həmd-səna deyirlər.
وَ يَسْتَغْفِرُونَ لِلَّذِينَ آمَنُوا بِوَلَايَتِنَا،
Həmin mələklər, biz Əhli-Beytin vilayətinə inananlar, tabe olanlar, itaət edənlər, bizim yolumuzu gedənlər üçün istiğfar edirlər.
يَا عَلِيُّ لَوْ لَا نَحْنُ مَا خَلَقَ اللَّهُ آدَمَ وَ لَا حَوَّاءَ،
Ey Əli! Əgər biz olmasaydıq Allah-təala Adəm və Həvvanı xəlq etməzdi.
وَ لَا الْجَنَّةَ وَ لَا النَّارَ وَ لَا السَّمَاءَ وَ لَا الْأَرْضَ،
Biz olmasaydıq Allah-təala cənnəti, cəhənnəmi, səmanı və yeri xəlq etməzdi.
فَكَيْفَ لَا نَكُونُ أَفْضَلَ مِنَ الْمَلَائِكَةِ،
Ya Əli! Bütün bunlar sabit olduqdan sonra, necə mən mələklərdən daha üstün olmaya bilərəm? Təbiidir ki, mən onlardan ən üstün olmalıyam.
وَ قَدْ سَبَقْنَاهُمْ إِلَى مَعْرِفَةِ رَبِّنَا"
Mələklərdən üstün olmağın başlıca səbəbi budur ki, Allahı tanımaqda, Allaha mərifət əldə etməkdə biz mələkləri də ötmüşük və onlardan çox-çox irəlidəyik.[1]
Allah-təalanı tanımağın əhəmiyyəti
Bu hədisi qeyd etməkdən əsas məqsədimiz budur ki, Allah-təalanı, Peyğəmbəri və İmamları tanımağa və onların mərifətinə çox əhəmiyyət verək.
Bir misal deyim: əgər bir kiçik yaşlı uşağa bir bank çeki yazasan, beş yüz minlik, bir milyonluq, bir milyardlıq, bu bank qəbzini – çekini verəsən bu uşağın əlinə. Uşaq onu götürər əzər, parçalayar, atar kənara. Amma bu çeki bir tacirə, bazar əhlinə versək necə? Bu bir milyardlıq çeki qəşəng bükər, saxlayar, qoruyar onu, onunla küçəyə çıxmaq istəsə, elə küçələrlə gedər ki, ora xəlvət olmasın, cəmiyyətin çox olan yeri ilə yol gedər ki, hamının gözü qabağında, bəzən də ətrafına da baxar ki, birdən kimsə mənim üstümdə böyük məbləğ pul olmasından xəbər tutar, məsələn, mənə pis niyyətlə yaxınlaşmasın. Bütün bunlar nəyə görədir? Ona görə ki, bu tacir əlindəki çekin dəyərini bilir, onun əhəmiyyətinə agahdır, uşaq kimi deyil ki, mənasız bir kağız kimi baxsın ona.
Mərifətin ibadətdə təsiri
Biz müsəlmanlar da əgər ibadətə dair mərifətimiz olsa, əgər namazın və digər ibadətlərin əhəmiyyətinə agah olsaq, dəstəmazın düzgün alınması, xalis niyyətlə olması, bütün bunları əgər bilsək, ibadətlərimizə qarşı nə qədər fikrimiz, nəzərimiz, diqqətimiz dəyişər?
İmamlarımız, Peyğəmbərimiz, övliyalar, övsiyalar ki, eşitmişik böyük və dəyərli ibadət əhli olublar, bu cəhətdəndir. Biliblər kimin qarşısında dayanıb namaz qılırlar. Biz də əgər mərifət əldə etsək, Əli əleyhissəlam kimi, Peyğəmbər kimi, İmam Səccad əleyhissəlam kimi və digər Məsum imamlarımız kimi, hər halda biz də onların vadisində hərəkət edərik, biz də övliyaullahın davamçılarının yolunda olarıq, biz də onlara bənzəyərik. Belə olsaq əgər mələklərin biz insanlara xidmət etməyini düşünmək, təhlil etmək olar. Amma belə olmasa, elə hər adam dursun yerindən, desin mələk mənə xidmət edir? Nəuzünbillah, dedik: ərşi çiynində gəzdirir mələk, gecə-gündüz mələyin işi “sübhanəllah, həmdən lillah” deməkdir, istiğfar etməkdir, onunla mən necə bir ola bilərəm?
Allah-təalanı tanımağımız gərək Əhli-Beyti (əleyhimussəlam) və Quranı tanımaq vasitəsilə olsun, bunlar bizim üçün vasitədir. Hər kəs iddia etsə ki, Allah-təalanı tanıyıb, amma Quran və Əhli-Beytə biganə olarsa, o, çox cahildir, çox qafildir. Deməli, hər nə qədər Peyğəmbər və Əhli-Beyti (əleyhimussəlam) yaxından tanısaq, o qədər ibadətlər də bizim üçün şirin olar, Allaha da yaxın olarıq, etdiyimiz ibadətlərdən ləzzət alarıq.