Həzrət Zeynəbi-Kubra əleyhasəlamın vəfatı
28 November 2024
19:11
۱,۳۸۷
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismillahir-Rahmənir-Rahim
Hicri-qəməri 1438-ci il rəcəb ayının 15-i, miladi 2017-ci ilin aprel ayının 13-ü Əhli-Beyt xanədanının ilk qız övladı, Kərbəla qiyamının davamçısı müsibətlər anası Həzrət Zeynəbi-Kubra əleyhasəlamın şəhadət simalı vəfatının ildönümüdür. Qəm, qüssə, hüzn və müsibətlə qocalan Əmirəl-möminin Əli əleyhissəlamın bu dözümlü və istiqamətli qızı Həzrət Seyyiduş-şuhədanın əleyhissəlam və Kərbəla şəhidlərinin adı yaşadıqca tarixdə yaşayacaqdır. Bu əzəmətli və qüssəli gündə Ağamız Həzrət Sahib-əz Zaman əleyhissəlama təsəlli deyir və bütün şiələrə başsağlığı deyərək, Kərbəla aşiqlərinə münasib əməl, rəftar və həyat tərzi arzulayırıq.
Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) həyatı ilə qısa tanışlıq:
لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآَخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا
“Allahın Rəsulu (s), haqqın rəhmətinə ümidi və qiyamət gününə imanı olanlar və Allahı çox yad edənlər üçün yaxşı nümunədir.”[1]
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) övladları arasında, vilayət bağının ilk qızı Zeynəbi-Kubra (salamullah əleyha), iman və təqva, elm və mərifət, səbr və dözüm və başqa insani fəzilətlər sarıdan tamamlanmış, kamil bir insanın bariz nümunəsidir. O, bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbr və isar (güzəşt) adı gəlsə, bu böyük xanımın adı parlayır.
Bir gün Xanım Zeynəb Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) yanına gəlib uşaqlara məxsus şirin dillə dedi:
“Ey Peyğəmbər (sallallahu əleyhi və alih), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.”
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb buyurdu:
“Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.”
Həzrəti Fatimə (salamullah əleyha) atasından bir müddət sonra dünyasını dəyişdi. Buna əsasən, Həzrət Zeynəb (əleyhasəlam) Fatiməi-Zəhra (əleyhasəlam) kimi bir ananın məhəbbətindən yalnız bir neçə il bəhrələndi.
Bir neçə illik bu qısa müddət Həzrəti Zeynəbi Allah yolunda müsibət və çətinliklərə, cihad və mübarizəyə hazırlayan xatirələrlə doludur. Zeynəbi-Kubra Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından sonra anası Fatiməni gülən və hətta təbəssüm edən halda da görmədi. Həzrəti Fatimə (salamullah əleyha) atasının ayrılığına o qədər ağlayıb ki, onun adını tarixin Adəm, Yəqub, Yusif və imam Səccad (əleyhissəlam) kimi ən çox ağlayanların sırasında qeyd etmişlər.
Həzrət Əlinin (əleyhissəlam) şəhadətində Xanım Zeynəbin təqribən 35 yaşı var idi. O, şübhəsiz atasının həyat tərzindən, əxlaqi və siyasi görüşlərindən bəhrələnmişdi. Onun atası ilə bağlı çoxlu xatirələri var idi. Bu acı və şirin xatirələr onun bir şəxsiyyət kimi formalaşmasında öz dərin təsirini buraxmışdı.
O, atasının məzlumiyyət günlərinin şahidi idi. O, Peyğəmbərdən (sallallahu əleyhi və alih) sonra atası ilə necə rəftar edildiyini, onun təyin olunduğu vilayətin necə qəsb olunub haqqı tapdalandığını yaxşı xatırlayırdı. Zalımlar xilafət başında oturub özlərini Peyğəmbərin (sallallahu əleyhi və alih) canişini adlandırdıqları halda, Əli (əleyhissalam) İslamın qorunması və müsəlmanların məsləhətindən başqa bir şey düşünmür, iyirmi beş il səbr etməklə Allahın razılığını hər şeydən üstün tuturdu.
Zeynəb Peyğəmbərdən sonra baş verən qəmli hadisələri müşahidə edib ondan dərs alır, öz ictimai-siyasi və tarixi görüşünü artırır, atasının tükənməz fəzilətləri, ibadət və şücaətindən ilham alırdı. O atasının məktəbində öyrəndiklərinin hamısını Kərbəla, Kufə, Şam kimi böyük səhnələrdə nümayiş etdirib, öz ibadət və tədbiri, səbr və şücaəti ilə bir daha Əli qızı olduğunu sübut etdi. Elə bir Əli ki, bütün ömrünü Allah və Onun razılığı yolunda sərf edib, malik olduğu böyük qüdrətlə yanaşı səbr edib, şücaətlə düşmənini məğlub edərək ədalətə rəvac verib və nəhayət, hər şeyini öz sevgili rəbbinə qurban etmişdir.
Hicrətin 40-cı ili Ramazan ayının 19-cu gecəsi müdhiş bir səda Kufə şəhərinin bütün fəzasının bürüdü: “Ədalət və düzlük imamı Əli (əleyhissəlam) ibadət mehrabında qətlə yetirilmişdir.
Əlinin (əleyhissəlam) şəhadəti və onun kimi bir atadan ayrılmaq Xanım Zeynəbə çox ağır idi. O, babası Peyğəmbərin ölümü və anası Həzrəti-Fatimənin (əleyhasəlam) şəhadətindən sonra atasına daha çox bağlanmışdı. Belə bir atanın sayəsi onun qəlbinə sükunət və sərinlik gətirirdi. Amma, indi o, bu ocaqdan da məhrum olub öz dərdləri üstünə bir dərd də əlavə etməliydi.
Həzrət Zeynəb (əleyhasəlam) qardaşı Imam Həsən Müctəbanın (əleyhissəlam) imaməti dövründə də atasının məzlumiyyəti günlərində olduğu kimi xalqın vəfasızlığı, düşmənlərin hiyləsi, Müaviyənin dəqiq və geniş təbliğatı və nəhayət qardaşının məzlumiyyət və tənhalığından başqa bir şey görmədi.
Həzrət Zeynəb (əleyhasəlam) bu müddətdə özünü qardaşı imam Həsənin (əleyhissəlam) bütün dərdlərinə şərik bilir, zəhərlənərkən necə ciyar qanı içdiyinin şahidi olur, onun məzlumanə şəhadətini, cənazəsinin oxlanaraq təhqir olunmasını öz gözü ilə görürdü.
Bu dərd və müsibətlərin, qəm və qüssələrin əzəmət və böyüklüyünü Xanım Zeynəb (əleyhasəlam) Aşura gecəsi dilinə gətirdi. Qardaşı imam Hüseynin (əleyhissəlam) oxuduğu şerlərdən onların da şəhadətini duyaraq fəryad etdi.
«Həzər bu müsibətdən kaş ölüm həyatıma son qoyaydı. Bu gün, anam Fatimə, atam Əli və qardaşım Həsənin dünyadan gedən günlərinə bənzəyir».
Bəli, bütün bu müsibətlərdə Xanım Zeynəbin (əleyhasəlam) şüarı həmən Seyyidüş-şühədanın (əleyhissəlam) şüarıdır ki, Kərbəlanın ağır müsibət dalğalarında dodaqaltı zümzümə edirdi:
«...Səbrən əla qəzaikə, la ilahə sivakə, ya ğiyasəl mustəğisin».
“Sənin qəza və qədərinə səbr edirəm, İlahi! Səndən başqa Allah yoxdur. Ey kömək istəyənlərin fəryadına çatan!”
(ardını izləyin)