Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) həyatı

28 November 2024

19:25

۱,۴۳۹

Xəbərin xülasəsi :
Həzrət Zeynəbin (əleyhasəlam) həyatının ən mühüm və əzəmətli dövrü imam Hüseynin (əleyhissəlam) dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) həyatı ilə qısa tanışlıq:

Həzrət Zeynəbin (əleyhasəlam) həyatının ən mühüm və əzəmətli dövrü imam Hüseynin (əleyhissəlam) dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir.

Sanki, imam Hüseynin (əleyhissəlam) qiyamını Xanım Zeynəbsiz və Xanım Zeynəbi qiyamsız təsəvvür etmək mümkün deyil. çünki, imam Hüseyn (əleyhissəlam) qiyamının hər tərəfli təhlili üçün Zeynəbi öyrənmək lazımdır və əgər belə demək mümkünsə, Xanım Zeynəb Seyyidüş-şühəda (əleyhissəlam) hərəkatının canlı tarixi, ölməz natiqidir.

Həzrət Zeynəb imam Hüseyn (əleyhissəlam) hərəkatının bütün səhnələrində nəzərə çarpır. Bu əsasla demək olar ki, Kərbəla hadisəsi imam Hüseyn (əleyhissəlam) həyatının böyük bir hissəsini təşkil etdiyi kimi, həzrət Zeynəb həyatının da izzət və əzəmətli dövrünə təsadüf edir.

Zeynəbi-Kubra (əleyhasəlam) Mədinədən Kərbəlaya qədər imam Hüseyn əleyhissəlamın yanında olmuşdur.

Yaşı 50-ni ötmüş, oğul-uşaq, ailə sahibi olmuş bir qadın üçün belə bir qəm karvanını müşayiət etmək, ruhi və cismi çətinliklər, ağır təhlükələrlə rastlaşmaq nə qədər çətin olsa da, zamanın imamına və Hüseyn kimi əziz qardaşına olan sonsuz eşq və dərin məhəbbət bütün bunları həzrəti Zeynəb əleyhasəlama olduqca asan etmişdi.

Müsəlmanlıq, Peyğəmbər və Əhli-beyt (əleyhimussəlam) ilə dostluq iddiası edən bir insan Kərbəla səhnələri ilə tanış olmaya bilərmi?

Əgər bu gün dünyada xalis tövhid parlayır və Kəbə, Allah və islam eşqi ilə dolu qəlblərin təvaf yeridirsə, heç şübhəsiz ki, bunlar Peyğəmbərin üzücü zəhmətləri hesabına başa gəlmişdir. Amma bu da şübhəsizdir ki, əgər Hüseyn əleyhissəlamın qiyamı olmasaydı, bu gün o zəhmətlərdən heç bir əsər-əlamət qalmazdı.

Kərbəla vaqiyəsi imamın həyatının yalnız son günlərini təşkil etməsinə baxmayaraq, bu günlərin əzəmət və cəlalı bəşər tarixinin o dahi simasının bütün həyatını üstələmiş və Hüseyn adını həmişə Kərbəla adı ilə yoldaş etmişdir. Elə bil, imamın bütün həyatı bu dövrdə xülasə olmuşdur. Burada, Xanım Zeynəbin adı da qardaşı Hüseynin adı kimi Kərbəla ilə yanaşı çəkilir.

Aşura gecəsi son gecədir ki, İmamın mübarək vücudu Əhli-beyt xeymələrinə nur saçır. O gecə hamı öz ilahi vəzifəsi ilə məşğul idi. Bir hərəkat rəhbəri kimi, imam Hüseyn əleyhissəlamın məsuliyyəti hamıdan ağırdır. Ondan sonra isə, həzrət Zeynəb (əleyhasəlam) İmamın vəfalı bacısı bu ağır və məsuliyyətli vəzifəni öhdəsinə götürmüşdü.

İmam Səccad əleyhissəlamın canını qorumaq, ona tibbi yardım göstərmək Aşura gecəsi və ondan sonra Xanım Zeynəbin ən böyük vəzifəsi idi. Bu köməklərdən bəziləri imam Səccaddan nəql olunmuşdur.

“Ey Əba Əbdillah! Həqiqətən sənin müsibətin böyük müsibətdir. Sənin müsibətin bizə və bütün islam əhlinə böyük və əzəmətlidir.”

Həzrət imam Hüseyn  əleyhissəlamın müsibətinin əzəmət və böyüklüyünü imam Zaman əleyhissəlamın müqəddəs nahiyə ziyarətindəki yanıqlı sözlərindən də başa düşmək olar. O, seyyidüş-şühədaya xitabən deyir:

“Baxmayaraq ki, dövran bizi ayrı saldı və Allahın təqdiri məni sənə kömək etməyə qoymadı. Mən o vaxt olmadım ki, səninlə döyüşənlərlə döyüşüb, sənin döüşmənlərinlə düşmənçilik edəm. Amma, sənin müsibətlərin üçün təəssüf və həsrətlə gecə-gündüz ağlaram. (Və əgər gözlərimin yaşı qurusa) sənin üçün yaş yerinə qan ağlaram, qəm və qüssənin şiddətində can verənədək!”

İmam Hüseyn əleyhissəlamın şəhadətinin ağırlığı imam Rza əleyhissəlamın kəlamında da əks olunmuşdur.

“Seyyidüş-şühəda əleyhissəlamın şəhadətində yeddi asiman və yerlər ağladılar.”

Həmçinin buyurur:

“Cəddim Hüseyn əleyhissəlam ölən zaman səmadan qan və qırmızı torpaq yağdı.”

Əcəba! Bu nə müsibətdir ki, yer və göyləri, cin və mələkləri, aləmin bütün mövcudatını matəmə qərq etdi!

Xanım Zeynəbin böyük qəlbi isə əzəmət və təntənə ilə bu müsibətlərə tamaşa edir və öz təmkini ilə hamını heyrətə salır.

Bəli, həzrət Zeynəb ruhu kimi əzəmət və cəlallı bir ruh, Xanım Zeynəb qədəmləri kimi möhkəm qədəm, Zeynəbi-kubra qəlbi kimi böyük qəlb və həzrət Zeynəb ürəyi kimi geniş ürək lazımdır ki, bütün bu müsəbətli yolları qət edib axıracan hərəkət etsin.

İmam Huseyn əleyhissəlam ömrünün son anlarında Xanım Zeynəbə üz tutub öz tövsiyələrini buyurdu:

”Ey bacım! Təqvanı uca tut, səbirli ol! Bil ki, bütün yer və göy sakinləri öləcəklər və Allah-təalanın müqəddəs zatından başqa hər şey fani olacaqdır. Babam, atam, anam və qardaşım məndən üstün idilər, lakin onlar da getdilər. Hər bir müsəlman Peyğəmbərə (sallallahu əleyhi və alih) iqtida edib, onu özü üçün nümunə bilməlidir. Bacı səni and verirəm və istəyirəm ki, bu andıma əməl edəsən: Olmasın ki, mənim müsibətimdə üz və yaxanı cırasan və ya mənim şəhadətimdə ucadan nalə və fəqan edəsən.”

Tarix göstərir ki, həzrət Zeynəb (əleyhasəlam) zəmanə imamının göstəriş və tövsiyələrinə sözsüz əməl edirdi. Bu qısa cümələlər onun lətif və möhkəm ruhunda elə ciddi təsir buraxdı ki, nəinki təkcə heç bir müsibət qarşısında sarsılıb şikayət etmədi, hətta dağ kimi, dağdan da möhkəm müqavimətlə mübarizəni davam etdirdi.

(ardını izləyin)

Etiketlər :

Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) həyatı ilə qısa tanışlıq