Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) həyatı

28 November 2024

19:20

۱,۲۸۸

Xəbərin xülasəsi :
Kərbəla və Aşuranın iki cəhəti vardır. İnsaniyyət, kamal və fəzilət zirvələrini göstərən cəhət Seyyüdüş-şühəda cəbhəsində yaranmışdır. Bu qanlı çöhrədə iman, cihad, eşq, isar və bütün yaxşılıqlar görünür. Digər üzündə isə rəzalət və alçaqlığın son həddi vardır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) həyatı ilə qısa tanışlıq:

Bəli, Həzrət Zeynəbin (əleyhasəlam) tükənməz müsibət dalğaları qarşısında səbr və yenilməzliyi, əbədi olaraq onun adını ilahi vəzifənin icrası yolunda səbr və yenilməzlik simvoluna çevirdi.

Şəhid və yaralıların anaları, onların həyat yoldaşları Zeynəbi-Kubranın (əleyhasəlam) hərəkət yollarını diqqətlə izləməklə öz mühüm vəzifələrindən agah olmalıdırlar. Onlar müsibət və çətinliklər qarşısında ən gözəl və nümunəvi səbr nümayiş etdirərək Xanım Zeynəbdən dərs alıb özlərini onun məktəbinin davamçısı bilsinlər və Allah yolunda olan bütün çətinlikləri Zeynəb (əleyhasəlam) kimi asan və gözəl hesab etsinlər.

Kərbəla və Aşuranın iki cəhəti vardır. İnsaniyyət, kamal və fəzilət zirvələrini göstərən cəhət Seyyüdüş-şühəda cəbhəsində yaranmışdır. Bu qanlı çöhrədə iman, cihad, eşq, isar və bütün yaxşılıqlar görünür. Digər üzündə isə rəzalət və alçaqlığın son həddi vardır.

Düşmən cəbhəsinin rəzalət və əyriliyini sübut edən səhnələrdən biri, imam Hüseyn əleyhissəlamın köhnə paltar istədiyi səhnədir. İmam onu altdan geymək istəyirdi ki, şəhid olandan sonra, daha düşmən onları da qarət etmək fikrinə düşməsin. O həzrət üçün dar paltar gətirdilər. Həzrət buyurdu: Bu zillət libasıdır. Başqa bir paltar gətirdilər.

İmam, düşmənin pisliyinə agahdır. Köhnə paltar istəyir və bundan əlavə onun neçə yerini cırır ki, tamamilə dəyərsiz olsun. Sonra onu paltarlarının altından geyir. Amma, düşmən o qədər alçaqdır ki, bu tədbirlər onu fikrindən daşındırmaz.

İmam şəhadətə yetişən kimi həmən köhnə paltarı da mübarək bədənindən çıxartdılar."

Kərbəla çölü, tarixin ən böyük hadisələr yatağı, Aşura isə bəşəriyyət və varlıq aləminin ən acı və qəhrəman günüdür. Yer və göyü, aləmin mələk və mövcudlarını ağladan bir hadisə sona çatır. Qan göydən yağıb, yerdən qaynayır. Səma qaralır, qırmızı küləklər əsir və üfüq qan içində batır. İnsanlar əzab gözləyirlər. Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından sonra ən böyük müsibətlərdən biri Əhli-beytə üz tutur. İmam Həsən əleyhissəlamın sözü ilə desək: Aləmdə onun kimi bir gün yoxdur.  

Tarixin ən həyacanlı cinayətinə tamaşa edən Həzrət Zeynəb (əleyhasəlam), ürək yanğısı ilə fəryad edirdi:

“Vay olsun sizə! Aranızda bir nəfər də müsəlman yoxdurmu?"

Həzrət Əba Əbdillahın ürəkyandıran şəhadətindən sonra Əhli-beyt qadın və uşaqlarının qorunması və işlərinin idarəsində Zeynəbin məsuliyyət və çətinlikləri daha da artdı. Peyğəmbər xanədanına (sallallahu əleyhi və alih) üz verən dərdli anlar, saatlar və günlər vəsfə gəlməzdir.

Demək olar ki, müsibət yükü və acı hadisəlrin çoxu Aşura günü günortadan sonrakı anlarda idi. Bu hadisələr bir-birinin ardınca, dəhşətli tufan kimi Əhli-beytə üz tuturdu. İmamın onların istəklərinin qarşısında təslim olmamasından qəzəblənən və qarşı tərəfdən heç bir müqavimət görməyən düşmən isə, hər növ cinayət və talançılığı mümkün bilir və heç bir vəhşilikdən çəkinmir.

Seyyidüş-şühədanın (əleyhissəlam) şəhadəti ilə qanlı Kərbəla hadisələrinin qiyam və şəhadətdən ibarət birinci mərhələsi sona çatır. İndi quru və qanlı Kərbəla çölündə, Peyğəmbər xanədanı (sallallahu əleyhi və alih) və Hüseyn dostlarının doğranmış bədənləri, od vurulmuş xeymələr və bir də matəmə batmış qəlbi sınıq, Allaha ümidvar və imam Səccad əleyhissəlama baxan qadın və uşaqlar var.

İmam Hüseyn əleyhissəlamın qızı Fatimeyi-Suğranın (əleyhasəlam) dediyinə əsasən, aclıq, susuzluq və xəstəliyin ağırlığından imam Səccad (əleyhissəlam) otura da bilmir, biz ona o, da bizə ağlayırdı. Şimr piyada qüvvələrdən bir dəstə ilə gəlib, imam Səccad əleyhissəlamı öldürmək istədi. Bu vaxt şucaətli Əli qızı Həzrət Zeynəb (əleyhasəlam) qalxıb buyurdu: Mən də onunla ölməsəm, o öldürülməyəcəkdir. Şimr Zeynəbin canfəşanlığını nəzərə alaraq, fikrindən döndü.

Həzrət Zeynəbin (əleyhasəlam) bu şücaət və agahlıqla mövqe tutması, onun məktəbinin davamçıları üçün ən yaxşı dərs deyilmi? İnsan imamət və vilayət kimi dəyərlərin qorunmasında və öz vücudunun ən yaxşı dəyərlərindən də keçməməlidirmi? Allah yolunda fədakarlıq edənlər, əlillər, əziyyət çəkənlər həzrət Zeynəbi özlərinə nümunə götürməməlidirlərmi? Həqiqətən də imam Hüseynin Kərbəla və Aşurasından dərs almaq istəyən hər bir müsəlman kişi və qadının bu səhnələrə diqqət etməsi kifayət deyilmi? Həzrət Zeynəb (əleyhasəlam) əbədiyyətinin səbəbi həmin güzəşt və fədakarlıqlardır. Biz – Xanım Zeynəb (əleyhasəlam) davamçıları da, Allah yolu olan imamət və vilayət yolunda hər növ əziyyət və çətinlikliyə dözməyə hazır olaq ki, həmişə tarixdə başıuca və əbədi qalaq.

(ardını izləyin)

 

Etiketlər :

Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) həyatı