Həzrət İmam Musa ibn Cəfər əleyhiməssəlamın şəhadəti

28 November 2024

19:24

۱,۴۶۵

Xəbərin xülasəsi :
Hicri-qəməri 1438-ci il rəcəb ayının 25-i, miladi tarixi 2017-ci il aprel ayının 23-ü Əhli-Beytin (əleyhimussəlam) yeddinci imamı Həzrət Musa ibn Cəfər əleyhiməssəlamın şəhadət günüdür. Bu qəmli və kədərli gün münasibəti ilə İmam Zaman əleyhissəlama təsliyət deyir və o Həzrətin məhəbbətini qəlblərdə yaşadan bütün mömin bacı-qardaşlara başsağlığı bildiririk
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri-qəməri 1438-ci il rəcəb ayının 25-i, miladi tarixi 2017-ci il aprel ayının 23-ü Əhli-Beytin (əleyhimussəlam) yeddinci imamı Həzrət Musa ibn Cəfər əleyhiməssəlamın şəhadət günüdür. Bu qəmli və kədərli gün münasibəti ilə İmam Zaman əleyhissəlama təsliyət deyir və o Həzrətin məhəbbətini qəlblərdə yaşadan bütün mömin bacı-qardaşlara başsağlığı bildiririk.  

İmam Kazim əleyhissəlamın həyatı barədə qısa məlumat

Həzrət İmam Kazim (əleyhissəlam) hicrətin yüz iyirmi səkkizinci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerd dünyaya gəlmiş hicrətin yüz səksən üçüncü ilində şəhid olmuşdur.

İmam Sadiq (əleyhissəlam) şəhid olan zaman Mənsur Dəvaniqi öz hakimiyyətinin çox çətin mərhələsini yaşayırdı. Mənsur elə bir şəxsiyyət idi ki, öz hakimiyyət dayaqlarını möhkəmləndirmək üçün saysız-hesabsız insanları qətlə yetirirdi.

İmam Kazim (əleyhissəlam) atasının vəfatından sonra iyirmi yaşında İslam hökumətinin (bütün xilafət ərazisinin) xəlifəsi sayılan belə bir zalım hakimlə üzləşmişdi. Mənsur (Mədinə hakimi olan) Məhəmməd ibn Süleymandan İmam Sadiq əleyhissəlamın şəhadət xəbərini eşitdikdən sonra ona bir məktub yazıb bildirdi ki, əgər Cəfər ibn Məhəmməd (İmam Sadiq (əleyhissəlam)) öz yerinə bir nəfər canişin təyin edibsə, onu çağırtdır və boynunu vur! Çox çəkmədi ki, Mədinə hakimi Bağdada (Mənsura) aşağıdakı məzmunda bir məktub yazdı:

“Cəfər ibn Məhəmməd rəsmi şəkildə yazmış vəsiyyətnaməsində beş nəfəri öz canişini təyin etmişdir. O beş nəfər bunlardır:

Dövrün xəlifəsi – Mənsur Dəvaniqi;

Mədinə hakimi və məktubu yazanın özü) Məhəmməd ibn Süleyman;

Abdullah ibn Cəfər ibn Məhəmməd (İmam Kazim əleyhissəlamın böyük qardaşı);

Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam));

Həmidə (İmam Sadiq əleyhissəlamın həyat yoldaşı);”

Mədinə hakimi bunları yazdıqdan sonra qeyd etmişdi ki, bunlardan hansını çağırıb boynunu vurdurum?[1]

Seyyid Əmir Əli yazır: “Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (əleyhissəlam) Mədinə şəhərində vəfat etdi. Ancaq xoşbəxtlikdən onun təşkil etdiyi elm ocağı bağlanmadı, əksinə o Həzrətin canişini – oğlu İmam Kazim əleyhissəlamın rəhbərliyi sahəsində bu elm ağacı öz parlaqlığını daha da qorudu.”[3]

Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam)) öz dövrünün bütün alimlərini heyrətə gətirməklə yanaşı, həm də əxlaqi dəyərlər və ali insani sifətlər baxımından da ad çıxarmışdı. Belə ki, o Həzrətin iftixar dolu həyatı ilə tanışlığı olan alimlərin hamısı onun əxlaqı qarşısında baş əyirlər.

Sünni məzhəbinin görkəmli hədisçisi və alimi ibn Həcər Heytəmi yazır: “Museyi-Kazim (əleyhissəlam) atasının elm və biliyini irs aparmış atasının fəzilət və kamalına malik olmuşdur. O (cahil və nadan insanlarla) fövqəladə güzəşt və səbrlə davrandığına görə Kazim ləqəbini almış onun dövründə heç kim İlahi maarif və bilik baxımından ona çatmamışdır.[4]


[1] Usuli-Kafi, 1-ci cild, səh. 310-311.

[3] Muxtəsəru tarixi ərəb, səh. 209.

[4] Əs-Səvaiqul- muhriqə, səh. 203.

İltimasi dua.


Etiketlər :

Həzrət İmam Musa ibn Cəfər əleyhiməssəlamın şəhadəti