Məb`əs gününün fəziləti
28 November 2024
19:01
۱,۲۲۲
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Məb`əs mövzusunda
“Misbah” kitabında deyilir:- “İmam Cavadın (əleyhissəlam) belə buyurduğu nəql olunur: - “Rəcəb ayında elə bir gecə var ki, Günəş saçan şeylərin hamısından yaxşıdır və o, bu gecədir. Peyğəmbər (sallallahu aəleyhi və alih) bu gecədə peyğəmbərliyə seçilmişdir. Həqiqətən bu gecənin savabı bizim şiələr üçün altmış ilin savabına bərabərdir”.
Həzrətdən soruşdular: “O gecədə hansı əməlləri yerinə yetirmək lazımdır?” Həzrət buyurdu:- ”İşa namazını qıldıqdan sonra yatırsan. Gecənin ortasında nə vaxt istəsən ayağa qalxıb on iki rükət namaz qılırsan. Hər rükətdə “Həmd” surəsindən sonra axırda olan kiçik surələrdən (“Muhəmməd” surəsindən sonra axıra qədər olan surələr) birini oxuyursan. Salam verdikdən sonra oturub, hər iki rükətin axırında yeddi dəfə “Həmd”, “Fələq”, “Nas”, “İxlas”, “Kafirun”, ”Qədr” surələrini və “Ayətəl-kürsini” oxumaq lazımdır. Hamsını oxuduqdan sonra, bu duanı oxu:
الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَدا وَ لَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبِيرا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَعَاقِدِ عِزِّكَ عَلَى أَرْكَانِ عَرْشِكَ وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتَابِكَ وَ بِاسْمِكَ الْأَعْظَمِ الْأَعْظَمِ الْأَعْظَمِ وَ ذِكْرِكَ الْأَعْلَى الْأَعْلَى الْأَعْلَى وَ بِكَلِمَاتِكَ التَّامَّاتِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أَنْ تَفْعَلَ بِي مَا أَنْتَ أَهْلُهُ
Əlhəmdu lillahilləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz zull, və kəbbirhu təkbira, Əllahummə inni əs`əlukə biməaqidə izzik, əla ərkani ərşik, və muntəhər rəhməti min kitabik, və bismikəl ə`zəmil ə`zəmil ə`zəm, və zikrikəl ə`ləl ə`ləl ə`la, və bi kəlimatikət tammat, ən tusəlliyə əla Muhəmmədin və alih, və ən təf`ələ bi ma əntə əhluh.
Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! İlahi, Sənin ərşinin sütunları üzərindəki izzətinin həqiqətinə, kitabın və daha böyük, daha böyük və daha böyük adına, daha uca, daha uca və daha uca zikrinə və bitkin kəlamlarına xatir Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən və mənimlə Sənə layiq olduğu kimi rəftar edəsən!
Rəcəb ayının 27-ci günü
Ən böyük bayramlardan biridir. Həzrət Məhəmmədin (sallallahu əleyhi və alih) peyğəmbərliyə yetişən günüdür. Həzrət Cəbrail peyğəmbərliklə bərabər bir neçə əməl də gətirmişdir;
1. Qüsl almaq.
2. Oruc tutmaq (bu günün orucu ildə ən savablı dörd gündən biridir və yetmiş ilin orucuna bərabərdir.
3. Çoxlu salavat çevirmək.
4. Rəsulullahı və Əmirəlmömini ziyarət etmək.
5. Kəfəmi “Misbah”da Rəyyan ibn Səltdən nəql edərək buyurur ki, İmam Cavad (əleyhissəlam) Bağdadda ikən rəcəb ayının on beşinci və iyirmi yeddinci gününü bütün qohum-əqrəbası ilə birlikdə oruc tutardılar. Bizi də on iki rükət (iki-iki) namaz qılmağı əmr etdi ki, hər iki rükətdən sonra “Həmd”, “Fələq”, “Nas” surələrini dörd dəfə, “Təsbihate ərbəə”ni dörd dəfə, “Allahu Allahu Rəbbi la uşriku bihi şey`a” (Allah, Allah, mən Rəbbimə heç nəyi şərik qoşmuram) və “La uşriku bi Rəbbi əhəda” (Mən heç kəsi Rəbbimə şərik etmirəm) zikirlərinin hərəsini dörd dəfə oxumaq lazımdır.
6. Kəfəmi Əbulqasim Hüseyn ibn Ruhdan nəqlən buyurur ki, bu gündə on iki rükət (iki-iki) namaz qılırsan. Hər rükətdə “Həmd”lə asan olan surələrdən birini oxuyursan. Təşəhhüdlə salamları hər iki rükətdən bir verdikdən sonra oturub bu duanı oxuyursan:
الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَدا وَ لَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبِيرا يَا عُدَّتِي فِي مُدَّتِي يَا صَاحِبِي فِي شِدَّتِي يَا وَلِيِّي فِي نِعْمَتِي يَا غِيَاثِي فِي رَغْبَتِي يَا نَجَاحِي فِي حَاجَتِي يَا حَافِظِي فِي غَيْبَتِي يَا كَافِيَّ فِي وَحْدَتِي يَا أُنْسِي فِي وَحْشَتِي أَنْتَ السَّاتِرُ عَوْرَتِي فَلَكَ الْحَمْدُ وَ أَنْتَ الْمُقِيلُ عَثْرَتِي فَلَكَ الْحَمْدُ وَ أَنْتَ الْمُنْعِشُ صَرْعَتِي فَلَكَ الْحَمْدُ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اسْتُرْ عَوْرَتِي وَ آمِنْ رَوْعَتِي وَ أَقِلْنِي عَثْرَتِي وَ اصْفَحْ عَنْ جُرْمِي وَ تَجَاوَزْ عَنْ سَيِّئَاتِي فِي أَصْحَابِ الْجَنَّةِ وَعْدَ الصِّدْقِ الَّذِي كَانُوا يُوعَدُونَ
Əlhəmdu lilahilləzi ləm yəttəxiz vələddən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz zull, və kəbbirhu təkbira, ya uddəti fi muddəti ya sahibi fi şiddəti, ya vəliyyi fi ni`məti ya ğiyasi fi rəğbəti, ya nəcahi fi hacəti ya hafizi fi ğəybəti, ya kafiyyə fi vəhdəti, ya unsi fi vəhşəti, əntəs satiru əvrəti, fələkəl həmdu və əntəl muqilu əsrəti, fələkəl həmdu və əntəl mun`işu sər`əti, fələkəl həmd, səlli əla Muhəmmədin və ali Muhəmməd, vəstur əvrəti və amin rəv`əti, və əqilni əsrəti, vəsfəh ən curmi və təcavəz ən səyyiati fi əshabil cənnəh, və`dəs sidqilləzi kanu yuədun.
Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! Ey ömrüm boyu ehtiyatım, ey çətinlikdə munisim, ey malik olduğum nemətlərin sahibi, ey istədiyim zaman fəryadıma yetən, ey hacətimi rəva qılan, ey qaib olduğum zaman gözətçim, ey tənha olduğum zaman pənahım, ey qorxduğum zaman munisim! Sən eyiblərimi örtdün, belə isə, həmd-səna Sənə məxsusdur! Sən xətalarımdan keçdin, belə isə, həmd-səna Sənə məxsusdur! Sən, büdrədiyim zaman əlimdən tutdun, belə isə, həmd-səna Sənə məxsusdur. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, eyiblərimi ört, qorxumu əmin-amanlığa çevir, xətalarımdan keç, günahlarımı əfv et, çirkin işlərimi bağışla və məni sədaqət və doğruluqla müjdələnən cənnət səhabələrinin zümrəsinə daxil et!