Qəməri bəni Haşimin (əleyhissəlam) mövludu
28 November 2024
19:15
۱,۰۰۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hicri-qəməri 1438 –ci il Şəban ayinin 4 -ü, miladi 2017- ci il may ayının 1-i Əhli beytin (əleyhimussəlam) fəxri, həzrət Əlinin (əleyhissəlam) və Xanım Ummul Bəninin (əleyhasəlam) şücaətli övladı, Kərbəlanin susuz şəhidi həzrət İmam Hüseynin (əleyhissəlam) qeyrətli qardaşi, Kərbəla qəhrəmani, Xanim Zeynəbin (əleyhasəlam) dayaği və qardaşı, həzrət Hüseynin (əleyhissəlam) qoşununun bayraqdarı həzrət Əbul Fəzl Abbas – Qəməri bəni Haşimin (əleyhissəlam) mövlud günüdür.
Bu gözəl və şad günün munasibəti ilə başda zəmanənin sahibi Həzrət Hüccət ibn Həsənə (əleyhiməssəlam) təbrik deyir, sonra siz möminlərə səmimi qəlbdən gözaydınlığı veririk.
Həzrət Əbul-Fəzl Abbasin (əleyhissəlam) siması:
Çox gözel parlaq nurani bir surəti var idi. Ona görə də bəni Haşimin parlayan ayi adlanırdı .
Uca qamətli, qüvvətli və şücaətli, xüsusən ibadət eden və təqvalı idi.
Həzrət İmam Həsən və İmam Hüseyndən (əleyhiməssəlam) sonra həzrət Əlinin (əleyhissəlam) övladlari arasinda kəraməti, fəziləti, əzəməti ilə şöhrət tapmışdır.
Nəql edilir ki, Kərbəla vaqeəsindən sonra Həzrət İmam Səccad (əleyhissəlam) həzrət Abbasın oğlu Ubeydullaha nəzər edib ağladı, sonra buyurdu:
“Həzrət Rəsulullah (sallallahu əleyhi və alih) üçün ən çox şiddətli və müsibətli olan gün, əmisi həzrət Həmzə ibn Əbdul Müttəlibin (əleyhissəlam) şəhid olduğu gündür, ondan sonra Cəfər bin Əbi Talibin (əleyhissəlam) şəhadəti günüdür.”
Sonra Həzrət İmam Səccad (əleyhissəlam) buyurdu:
Həzrət Hüseynin (əleyhissəlam) günü (şəhid olduqu gün kimi ) kimi heç bir (müsibətli) gün yoxdur!
O gündə otuz min kişi onun qətli üçün hazirlanmişdilar, onlar elə güman edirdilər ki, guya Peyğəmbər ümmətindəndilər və İmam Hüseynin (əleyhissəlam) qanını axıtmaqla Allaha yaxinlaşacaqlarını ümid edirdilər.
Həzrət İmam (əleyhissəlam) onlara özünün kim olduğunu tanıtdırdı. Amma onlar bundan bir ders, öyüd, nəsihət götürmədilər. O Həzrəti zülm və düşmənçiliklə şəhid etdilər.
Sonra İmam Səccad (əleyhissəlam) buyurdu:
Allah əmim Abbasa rəhmət etsin, isar etdi, Allah yolunda gözəl imtahan verdi, əlləri kəsildi və canını qardaşına fəda verdi.
Allah onun əllərinin əvəzində ona iki qanad verdi, mələklər ilə cənnətdə uçur, necə ki, həzrət Cəfər bin Əbi Talib (əleyhissəlam) üçün qanad qərar vermişdi.
Sonra İmam (əleyhissəlam) buyurdu:
Allah yaninda həzrət Abbasin (əleyhissəlam) elə bir məqami var ki, Qiyamət günü bütün şəhidlər o məqama qibtə edəcəklər."
Mənbələr:
Əmali Şeyx Səduq, səh. 547
Biharul Ənvar, cild- 44, səh. 298
Məqtəlul Hüseyn (əleyhissəlam) səh. 176.
Xisal, Şeyx Səduq, səh. 68.
Ənvarul Ələviyyə, səh. 442.
Allahdan arzu edirik; bizləri o ağaya layiqli şiələrdən qərar versin, O hacətlər qapısına xatir, bütün hacətlərimizi, istəklərimizi onun əli ilə qəbul dərəcəsinə yetirsin.
İltimasi dua.