Həzrət İmam Həsən əleyhissəlamın təvəllüdü
28 November 2024
14:26
۱,۱۰۴
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hicri qəməri 1438-ci il Ramazan ayının 15-i, milad 2017-ci il iyun ayının 10-u həzrət İmam Həsən Muctəba əleyhissəlamın təvəllüd günüdür. Bu şad və sevinc gününü bütün Əhli-Beyt (əleyhimussəlam) aşiqləri və tərəfdarlarına təbrik deyir əziz mömin bacı-qardaşların namaz, oruc və digər ibadətlərinin qəbul olunmasını arzu edirik.
İmam Həsən Müctəba əleyhissəlamin həyati
Həzrət imam Əli əleyhissəlamın Peyğəmbəri-Əkrəmin (səlləllahu əleyhi və alih) əziz qızı xanım Fatiməi-Zəhra (səlamullahi əleyha) ilə evlənməsinin ilk meyvəsi şiələrin ikinci İmamı Həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir.
Həzrət İmam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (əleyhissəlam) təxminən yeddi yaşında olarkən Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası həzrət imam Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmişdir.[1]
İslam dinində (İslam nöqteyi-nəzərindən) varlı və imkanlı şəxslər, kasıb və imkansız şəxslərə qarşı böyük məsuliyyət daşıyırlar. Dərin mənəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən, varlılar kasıbların ehtiyaclarını mümkün qədər təmin etməyə çalışmalıdırlar. Peyğəmbəri-Əkrəm (sallallahu əleyhi və alih) və Din rəhbərləri Məsum imamlar (əleyhimussəlam) bu barədə nəinki ancaq sifarişlər etmiş, hətta hərə öz zamanında insansevərliyin və zəiflərə yardım göstərməyin bir nümunəsi olmuşlar.
İkinci İmam, elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O Həzrətin vücudu dərdli ürəklərin fağır və imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən əliboş geri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (əleyhissəlam) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bəzi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam (əleyhissəlam) onun ehtiyacını ödəyər və ona xəcalət təri tökməyə utanmağa icazə verməzdi.
Süyuti öz kitabında yazır: «Həsən ibn Əli (əleyhissəlam) bir çox əxlaqi dəyərlər və insani fəzilətlərə malik idi. O, alicənab, səbirli, vüqarlı, mətin, səxavətli və camaatın hörmət bəslədiyi (rəğbətini qazanmış) bir şəxsiyyət olmuşdur.»[2]
İltimas dua