Hədisi qudsi

28 November 2024

12:19

۱,۴۰۲

Xəbərin xülasəsi :
Aliməqam ustad həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Fazil Lənkəraninin (muddə zilluhul-ali) silsiləvi mübarək ramazan ayındakı fiqhin xaric dərslərinin müsafir namazı bəhsləri
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Aliməqam ustad həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Fazil Lənkəraninin (muddə zilluhul-ali) silsiləvi mübarək ramazan ayındakı fiqhin xaric dərslərinin müsafir namazı bəhsləri (11/3/96)

Orucluq barəsində bir əxlaqi rəvayət

Orucluq barəsində bir məşhur rəvayət vardır ki, fiqhul-hədisdə və rəvayətin əslində fəqihlər və digər alimlər bəhs etmişlər. Bu mübarək ramazan ayında həmin hədisin üzərində bir qədər bəhs etməyi münasib gördüm. Bu rəvayəti mərhum Kuleyni,[1] mərhum Səduq[2] və mərhum Şeyx[3] nəql etmişlər. Lakin rəvayətin bir hissəsi daha çox zikr edilmiş, digər hissəsi isə az təhlil olunmuşdur.

Hədisin mətni və nəqlinin müxtəlifliyi

Hədis, Qüdsi hədisdir ki, həzrət Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih), İmam Baqir və İmam Sadiqin (əleyhiməssəlam) vasitəsilə “qaləllahu” ünvanı ilə nəql edilmişdir. Bəzi rəvayətlərdə imamlarımız Peyğəmbərdən (sallallahu əleyhi və alih) “qaləllahu” ünvanı ilə nəql edirlər, bəzilərində isə birbaşa “qaləllahu” buyurmuşlar.

إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى يَقُولُ الصَّوْمُ لِي وَ أَنَا أَجْزِي‏ عَلَيْه‏”. “Kafi”nin nüsxəsində “عَلَيْه”, “Fəqih” və “Təhzib”in nüsxəsində isə “به gəlmişdir. Bəzi nəqllərdə bu hədisin əvvəli və sonu da qeyd edilmişdir. Əvvəli belədir: “إن اللَّه تعالى جعل حسناتِ ابن‏ آدم‏ بعَشْرِ أمثالها إلى سبعمائة ضعف، و قال جل ثناؤه: إلّا الصوم؛ فإن الصوم لي، و أنا أَجْزِي به‏”.[4] Yaxud bir hədisdə İbn Abbas belə nəql edir: “سَمِعْتُ رَسُولَ اللَّهِ ص يَقُولُ‏ قَالَ اللَّهُ عَزَّ وَ جَلَّ كُلُّ عَمَلِ‏ ابْنِ‏ آدَمَ‏ هُوَ لَهُ‏ غَيْرَ الصِّيَامِ‏ هُوَ لِي وَ أَنَا أَجْزِي بِه‏”.[5]

Hədisin əvvəlində Adəm övladının həsənat və əməlləri müzakirə olur ki, bəzi rəvayətlərdə onların savabı on bərabərdən yeddi yüz bərabərə qədər çatır, yalnız oruc istisna olur. Bir nəqldə isə rəvayətin sonunda “أَنَا أَجْزِي بِه” gələndən sonra belə deyilir: يدع شهوته و طعامه من اجلی gəlibdir.[6]

Hədisin məfhumunun bəhsi

Bu iki qismətin dərki çətindir, onların hər ikisinin müqabilində bir sual irəli gəlir ki, məgər digər vacibi əməllər Allah-taala üçün deyilmi?! Nə üçün Allah-təala ancaq oruc üçün buyurur ki, “oruc mənim üçündür”? Namaz, həcc, cihad və s. məsələlər də Allah-taala üçündür. İkinci qismətin barəsində irəli gələn sual budur ki, أَجْزِي بِه” ifadəsi necə oxunmalıdır, failə və ya məfula isnadən oxumalıyıq? Ümumiyyətlə rəvayətin mənasında müxtəlif ehtimallar vardır. Əgər bugünki ruzimiz həmin rəvayətin mənasını dərk etmək olarsa, ramazan ayının mükafatını əldə etməyimizə kifayət edər.

Mərhum Amilinin “Mədarik”də gələn kəlamı

Allah-təalanın nə üçün “الصَّوْمُ لِي” – “oruc mənim üçündür” buyurması barədə bir neçə fikir söyləmişlər:

1) "انه‏ اختص‏ بترك‏ الشهوات‏ و الملاذ في‏ الفرج‏ و البطن‏، و ذلك أمر عظيم يوجب التشريف" - Ona görə ki, bütün ləzzətlərin və şəhvətlərin tərk edildiyi ibadət növü orucdur. و ذلك أمر عظيم يوجب 

Bu nəzərin qüsuru budur ki, cihadın məşəqqəti və çətinliyi daha çoxdur; mümkündür bir mücahidin günlərlə həm yeməyi, həm də içməyi olmasın.

2) "أنّ‏ الصوم‏ يوجب‏ صفاء العقل‏ و الفكر بوساطة ضعف القوى الشهويّة بسبب الجوع‏" – Oruc əqlin səfalı olub qüvvət tapmasına səbəbdir və əqlin hicablarını aradan aparır. Ruhun hicablarını və çirkinliklərini pak edir. Əgər ağıl və fikir səfalı olsa, insanın digər üzvləri də qüvvət tapacaqdır. "و صفاء العقل و الفكر يوجبان حصول المعارف الربّانيّة"- yəni belə olan halda insan istedad tapır ki, İlahi nurlar onun qəlbini işıqlandırsın. الصَّوْمُ لِيyəni Mən insanın əqlini oruc vasitəsilə səfaya yetirirəm, nəticədə ruhu və fikri də pak olur. Belə olan halda o, Mənə yaxınlaşır, İlahi nurlar onun qəlbinə saçır.

Cavabı budur ki, namaz da elə bu cürdür. Əgər namazı, xüsusən də nafilə namazlarını insan qayda və şəraitini riayət edərsə, belə xüsusiyyətlərə malikdir. Rəvayətlər buna işarə buyurur ki, vacib əməllərdən sonra insanın Allah-təalaya yaxınlaşması səbəbi nafilələrdir, namazın nafilələrinin bu təsiri vardır.

الصَّوْمُ لِي” – Oruc Mənim üçündür, ifadəsində iki ümdə məsələ vardır: Birinci, namaz, həcc, cihad və s. digər ibadətlər də belədir və onlar da Allah-təala üçün yerinə yetirilir. İkinci, bu ifadədən belə çıxır ki, oruc tutmaq bütün digər ibadətlərdən əfzəl olsun, bir halda ki, namaz bütün ibadətlərdən əfzəldir.

Həcc mövzusunda bəhs etmişik və sabit olundu ki, rəvayətlərdə gələn bütün əfzəllər nisbidir və həqiqi əfzəl deyildir. Namaz bir cəhətdən həccdən əfzəldir, həcc digər bir cəhətdən namazdan əfzəldir. Namaz bir cəhətdən orucdan əfzəldir, oruc da başqa bir cəhətdən üstün və əfzəldir. Bu təbirlərin arasında mütləq surətdə əfzəl yoxdur.

3) "أنّ‏ الصوم‏ أمر خفيّ‏ لا يمكن‏ الاطّلاع‏ عليه‏، فلذلك شرّف؛ بخلاف الصلاة و الحجّ و الجهاد و غيرها من الأعمال‏" – Oruc məxfi və gizli bir məsələdir. İnsan bir çoxları ilə rastlaşanda onların oruc olub olmamalarını başa düşə bilmir. Deməli, orucun gizli və bilinməz olduğu üçün Allah-təala buyurur ki, oruc Mənə məxsusdur.

Bu nəzərin də cavabında belə demək olar ki, iman, ixlas və qəlbdə olan bütün məsələlər də gizli və bilinməzdir, onlardan ancaq Allah-təala xəbərdardır.[7]

Mərhum Məclisinin kəlamı

4) Mərhum əllamə Məclisi “Miratul uqul” kitabında belə nəql edir: "أنّ‏ الاستغناء من‏ الطعام‏ صفة اللَّه‏ تعالى" İnsan oruc olduqda yemək yemir və bu xüsusiyyətdə Allah-təalaya yaxın olur, çünki "فإنّه يطعم و لا يطعم، فكأنّه يقول: إنّ الصائم يتقرّب بأمر هو صفة من صفاتي‏"[8]

Bu nəzərin nöqsanı budur ki, cihad və həccdə bir sıra xüsusiyyətlər vardır ki, orucda yoxdur. İnsan hər bir ibadətlə Allah-təalanın adlarından və vəsflərindən birinə yaxınlaşır. Bəzən deyirlər ki, bu qədər ibadət növünə nə ehtiyac duyulur? Yaxşı olardı ki, Allah-təala bir növ ibadət növü təyin buyurardı və bəndələrindən onu yerinə yetirmələrini istəyərdi. İbadətlərin çoxluğu və müxtəlifliyi səbəbi nədir, zaman və məkan baxımdan ibadətlərin növbənövlüyü, keyfiyyət və necəlik baxımdan onların müxtəlifliyi nə üçündür? Əgər vacibat babında Allah-təala yalnız bir ibadət növünü, məsələn, namazı müəyyən etsəydi nə eybi var idi? Amma haram məsələlərdə müxtəliflik və çoxluq olsa belə, heç də maneəsi yoxdur. Lakin ibadətdə yalnız namazı təyin edərdi...

Cavabı budur ki, insan hər bir ibadətlə Allah-təalanın müəyyən bir adına yaxınlıq tapır, hər bir ibadət növü ilə İlahi əxlaqın bir növünü özündə canlandırır. Ona görə də oruc namazın yerini vermir, oruc həccin yerini tutmur, həcc namazın yerini tumur.

Bəzən deyirlər ki, həccə getməkdənsə, pullarımızı fəqir və yoxsullara verək. Bu kimi sözləri deyənlər başa düşmürlər və belə deyirlər. Rəvayətdə, nəinki vacib həcclər barəsində, hətta müstəhəb həcc barəsində Məsum İmamlardan (əleyhimussəlam) sual edilir ki, pullarımızı yoxsul və binəvalara sədəqə verək, yaxud müstəhəbbi həccə gedək? İmam Buyurdu: Həcc əməlini yerinə yetirin. Sirri budur ki, insan gərək İlahi əxlaqı öz vücudunda cilvələndirsin və hər ibadət növü belə bir xüsusiyyətə malikdir.

Deməli, bu cavab da qane edici olmadı ki, deyək: oruc olduğumuz halda yemək yemirik və bu da “la yut`əm” nümunəsidir. Əvvələn, bunun özündə böyük fərq vardır, yəni zati baxımdan “la yut`əm” ilə bizim müvəqqəti “la yut`əm” olmağımızı heç də müqayisə etmək düz deyil. Bundan əlavə, digər ibadət növlərində də Allah-təalanın başqa xüsusiyyətlərini özümüzdə canlandıra bilirik.

İbni Əsirin kəlamı

5) İbn Əsir “Nəhayə” kitabında deyir: احسن ما سمعت فی تاويل هذا الحديث” – məlum olur ki, qədim zamanlardan bu hədisin mənası ilə bağlı alimlər bəhs etmişlər. O deyir: ان جميع العبادات التی يتقرب بها العباد الی الله عز و جل – bəndələrin Allah-təalaya yaxınlaşmaq üçün istifadə etdikləri bütün ibadət vasitələri bir növ müşrüklər arasında da olmuşdur: müşriklər, təzim etmək, rüku` və səcdə kimi əməlləri öz ilahlarının ibadəti üçün istifadə etmişlər. Onların etmədikləri yeganə əməl və ibadət növü oruc olmuşdur. Orucluq ancaq səmavi şəriətlər vasitəsilə Allah-təala tərəfindən gətirilmişdir. Məhz buna görə deyilir ki, “oruc Mənə məxsusdur”.[9]

Fazil Miqdad deyir: Ulduzlar aləmini öyrənənlərin, yəni münəccimlərin də işlərindən biri oruc tutmaq olmuşdur. Deməli, bu cavab da doğru deyildir.[10]

Bəhsimizdən kənar olan lakin diqqət edilməsi lazım gələn bir məsələni burada xatırladıram. Rəvayətlərdə və ya böyük dini şəxsiyyətlərin kəlamında hətta bir nümunə belə görülməyibdir ki, “Allah” kəlməsi “təbarək və təala”, yaxud “əzzə və cəllə” kəlmələri ilə yanaşı olmadan zikr edilmiş olsun. Bu günlər vəfatının ildönümü ilə müsadif olan mərhum İmam Xomeyninin (rizvanullah təala əleyh) səbkində də bu məsələnin dəqiqliklə riayət edilməsini bir zaman mülahizə etmişəm. Biz tələbələr bu məsələləri gərək çox ciddiyyətlə riayət edək. Allah-təbarək və təala deyək, necə ki, rəvayətdə bizə belə dərs verilmişdir.

Başqa bir cavab

6) الصَّوْمُ لِي” – Orucun digər ibadətlərlə müqayisə edilməsi, ibadətin cövhəri baxımdan deyil, əslində savab baxımdandır. Məxsusən bəzi rəvayətlərin əvvəlində gəlibdir ki, Allah-təala buyurur: başqa ibadətlərin on dəfədən yeddi yüz dəfəyə qədər mükafatı vardır, amma orucun mükafatın ancaq Özüm verəcəm, oruc Mənim üçündür و انا اجزی به “ – Mən onun mükafatlandıracağam.

Ürf arasında da belədir ki, əgər bir böyük şəxsiyyət mükafat vermək istəsə, öz şəninə, əzəmətinə, fəzlinə və kərəminə uyğun mükafat verir. Odur ki, buyurub: الصوم لي، و أنا" أَجْزِي به" - yəni rəvayətin mənası belədir ki, orucun mükafatı ancaq Mənim vasitəmlə verilir. Bu məsələ ya ona görədir ki, orucun mükafatının həddi yoxdur, çox yüksək olduğu üçün deyilir ki, Allah-təala Öz əzəmətinə münasib olaraq, oruc tutanın mükafatını verəcəkdir, yəni bu mükafatın لا تعد و لا تحصی – həddi-hüdudu saya gəlməzdir.

Bu nəzərin müqabilində deyirik ki, oruc fəslində deyilən bəzi rəvayətlərdə onun mükafatı da müəyyən edilmişdir, məsələn, buyurur: Əgər bir kəs müstəhəb oruc tutsa, ona filan əməlin yetmiş bərabərin verərik, yaxud onun yetmiş günahını pozarıq. Yəni rəvayətdə oruc tutanın savab və mükafatı üçün müəyyən bir hədd-hüdud təyin edilmişdir. Bəziləri deyirlər: Allah-təala buyurur “Mən mükafatını verəcəm”, yəni oruc tutan şəxsi mükafatlandırmaq üçün heç bir vasitəsiz, mələklərin və məmurların vasitəsi olmadan, Özüm ona savab verəcəyəm.

Bu nəzərə cavab olaraq deyirik ki, burada Allah-təalanın “Mən” – deyə, buyurması Özünü mələklərlə müqayisə etmək və onların müqabilində qərar verməsi deyildir. Belə isə bu məna da qəbuledilməzdir və doğru nəzərə gəlmir.

Mərhum Hacı Səbzivarinin kəlamı

7) Mərhum Hacı Səbzivari “Əsfarul-hikəm” kitabında deyir: Bu rəvayət eynilə مَنْ أَحْبَبْتُهُ قَتَلْتُهُ kimidir, məzmunu belədir: “مَنْ أَحْبَبْتُهُ قَتَلْتُهُ وَ مَنْ‏ قَتَلْتُهُ‏ فَعَلَيَ‏ دِيَتُهُ‏ وَ مَنْ عَلَيَّ دِيَتُهُ فَأَنَا دِيَتُه”.[11] Buna oxşar olaraq deyilir: “الصوم لي، و أنا أجْزيَ به”, yəni “oruc Mənə məxsusdur və mükafatı da Mən Özüməm.”

Bu məna hazırda bir qədər məşhur olubdur, "انا اجزی به", yəni Mən orucun mükafatıyam. Ariflər bu ifadə barəsində kitablar yaza bilərlər ki, “Mən orucun mükafatıyam” nə deməkdir? Bəzən də “فَادْخُلِي فِي عِبَادِي وَادْخُلِي جَنَّتِي[12]- ayəsinə təşbeh edirlər, Allahın cənnəti. Deyirlər, əgər Allah-təala insanın əməlinin mükafatı olarsa, belə insan İlahi əxlaqla zinətlənəcək və Pərvərdigarın vəsflərinin cilvəsini alacaqdır.

Əgər “أنا أجْزيَ به” ifadəsini “Mən orucun mükafatıyam” məna etsək, ədəbiyyat və qramatik baxımdan səhvdir, səbəbini son mənada bəyan edəcəm.

Həzrət Ustadın şəxsi nəzəri

Rəvayətin əvvəlinə: “كُلُّ عَمَلِ‏ ابْنِ‏ آدَمَ‏ هُوَ لَهُ‏ غَيْرَ الصِّيَامِ‏ هُوَ لِي وَ أَنَا أَجْزِي بِه” diqqət edilsə, belə nəzərə gəlir ki, bütün ibadətlərin arasında Allah-təalaya hədiyyə ediləsi ibadət orucdur. Odur ki, gərək “أنا أجْزيَ به” – (Ənə ucza bih) deyə, tələffüz edilsin. Çünki bir çox ibadətlərdə “أَنَا أَجْزِي بِه” (Ənə əczi bih), yəni “Mən Özüm ona mükafat və savab verəcəm” sadiqdir və insanın ibadətinin savabı ancaq Allah-təala tərəfindən əta edilir. Misal üçün, Allah-təalanın yolunda şəhid olan şəxsin mükafatı yalnız Allahın vasitəsilədir.

“Ucza bih”, yəni “Mənim mükafatım və Mənə olunan şükr oruc vasitəsilədir.” “الصوم لي، و أنا أجْزيَ به”, yəni əgər Mənim bəndəm Mənə hədiyyə vermək istəsə, Mənim nemətlərimin müqabilində şükr etmək istəsə, Mənə mükafat vermək istəsə, oruc Mənim mükafatımdır. Bu nə qədər lətafətli mənadır, heç bir çətinlik və digər mənalarda irəli gələn nöqsan da nəzərə çatmır.

Əllamə Məclisi deyir: رويت من بعض مشايخی: انه کان يقرا "أنا أجزا به" علی بناء المفعول, sonra belə məna edir: “Mən orucun mükafatıyam”. Ola bilsin sizin də zehninizə bu məna gəlirdi, halbuki əgər "أنا أجزا عليه" -ənə ucza əleyh olsaydı, deyərdik Allah-təala orucun mükafatıdır. Sonra da gərək “جَنَّتِي” və “أَنَا دِيَتُه” ifadələrində olduğu kimi rəvayəti məna edərdik. Lakin bir çox nəqllərdə “أنا أجْزيَ به” – “Ənə ucza bih” halında, yəni siz bəndələr Mənə mükafat verə bilərsiniz və “Mənim mükafatım bununla (orucla) verilir”.

Allah-təbarək və təalaya hansı mükafatı verə bilərik? Doğrudur, əzəmətli Allah bizim hədiyyə və mükafatımıza ehtiyaclı deyildir, bunlar öz yerində, lakin Allah-təala necə ki, peyğəmbərlərə buyurur: «كلّم الناس على‏ قدر عقولهم‏», bəzi vaxtlar Allah-təala da insanların ağlına uyğun onlarla danışır və buyurur ki, sizə əta etdiyim bütün bu لا تعد و لا تحصی – həddi-hüdudu saya gəlməz nemətlərin müqabilində əgər Mənə hədiyyə vermək istəsəniz “الصوم لي” – oruc Mənim üçündür.

Digər deyilən mənalar, məsələn, oruc məxfi və gizlidir, orucda riya yoxdur, oruc qəlbin səfalı olması səbəbidir – öncə işarə etdiyimiz bu mənaların hamısında həm müəyyən nöqsan var idi, həm də çətinliklər. Mərhum Əllamə Məclisi bunları bəyan etmişdir.[13]

Mərhum Kaşiful-Ğitanın kəlamı

Mərhum hacı Şeyx Məhəmməd Huseyn Kaşiful-Ğita deyir: أنه هو جزائی و اللائق بمقام عظمتی و تجردی”, Allah-təalanın əzəmətli məqamına layiq olan əməl orucdur.[14] Belə nəzərə çatır ki, “ənə ucza bih” ifadəsi əgər “ənə əczi bih” kimi, yəni failə isnadən tələffüz edilsə, bütün ibadətlərin savab və mükafatını Allah-təala əta edir. Bəzi ibadətlərdə ki, لا تعد و لا تحصیvə mükafatı hesaba gəlməzdir, məsələn, camaat namazında əgər namaz qılanların sayı on nəfəri keçərsə, artıq اجره علی الله و عند الله – mələklər də onun savabının sayını bilməzlər, Allah-təala onlara hesabsız və saysız mükafat əta edir.

Bütün bunlar qeyd olunan ibarənin “əczi bih” kimi oxunmasını çətinləşdirir və “ucza bih” şəklində tələffüz edilməsinə əsas verir. Digər tərəfdən “ucza əleyh”ilə “ucza bih” arasında fərq vardır. Əgər “ucza əleyh” olsa, deyirik ki, mənası “Mən onun mükafatıyam” olacaq, lakin burada da çətinlik vardır. Amma əgər “ucza bih” olarsa, “oruc Mənə verilən mükafatdır” mənasına olacaqdır. Bu mənada çox lətafət vardır və həqiqətən öncə deyilən ifadələrin qüsur və çatışmazlıqları da nəzərə çatmır.

Xülasə belədir, rəvayətin başlanğıcını: “كُلُّ عَمَلِ‏ ابْنِ‏ آدَمَ‏ هُوَ لَهُ‏”- nəzərə alsaq, yəni insanın orucdan başqa heç bir əməlinin Allah-təalaya hədiyyə və mükafat verilməsi münasib deyildir. “الصوم لي”, yəni “orucun buna qabiliyyəti vardır ki, Mənim nemətlərimin müqabilində şükr etmək məqsədi ilə Mənə hədiyyə edilsin, yəni “أنا أجْزَی به” – “Ənə ucza bih”, siz bəndələr Mənə hədiyyə etmək istəsəniz, orucu Mənə hədiyyə edin. Necə ki, adam öz atası, öz ustadı, öz rəfiqi barəsində deyir ki, mənə etdiyi bu qədər məhəbbət və ehtiramın müqabilində mən də ona bir növ hədiyyə edim. Ərz etdim ki, burada Allah-təala insanların ağlı həddində onlarla danışır, “Mənə hədiyyə verib sevindirmək istəyirsizsə, oruc tutmaqla Məni razı salın və sevindirin.”

و صلی الله علی محمد و آله الطاهرين

[1] “Əl-Kafi”, mərhum Kuleyni, 4-cü cild, səh.63.

[2] “Mən la yəhzuruhul-fəqih”, mərhum Şeyx Səduq, 2-ci cild, səh. 75.

[3] “Təhzibul-əhkam”, mərhum Şeyx Tusi, 4-cü cild, səh. 152.

[4] “Təvilud-dəaim”, 3-cü cild, səh. 110.

[5] “Fəzailul əşhuris-səlasə”, səh. 134.

[6] “Əl-Bəyan”, səh. 355.

[7] “Mədarikul-əfham fi şərhi ibadati şərayeil-İslam”, 6-cı cild, səh. 10-11.

[8] «Miratul-uqul fi şərhi əxbari Alir-Rəsul”, 16-cı cild, səh. 200.

[9] “Ən-Nəhayə fi ğəribil-hədis vəl-əsər”, 1-ci cild, səh. 270.

[10] “Nəzdul qəvaidil fiqhiyyə əla məbhəbil imamiyyə”, səh. 248.

[11] “Müstədrəkul vəsail və müstənbətul məsail”, 18-ci cild, səh. 419.

[12] “Fəcr” surəsi, ayə 29-30.

[13] «Miratul-uqul fi şərhi əxbari Alir-Rəsul”, 16-cı cild, səh. 201.

[14] “Əl-Firdəvsul-ə`la”, səh. 246.

Etiketlər :

Hədisi qudsinin şərhi