Həzrət İmam Sadiq əleyhissəlamın şəhadət günü
28 November 2024
09:15
۱,۰۶۸
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hicri qəməqi 1438-ci il şəvval ayının 25-i, miladi 2017 ci il iyul ayının 20-i Həzrət İmam Sadiq əleyhissəlamın şəhadət günüdür.
Bu böyük və əzəmətli müsibəti zəmanənin bərhəqq İmamı və bəşəriyyətin nicat verici rəhbəri Həzrət Sahib əz-Zamana (əleyhissəlam), eləcə də Əhli-Beyt əleyhismussəlamın bütün davamçılarına təsəlli və başsağlığı deyirik.
Burada Həzrət İmam Sadiq əleyhissəlamın həyatına qısa bir baxışla siz əzizlərin o Həzrətin yolunda müdavim və istiqamətli olmağınızı arzulayərəq.
İmam Sadiq əleyhissəlamın həyatı barədə qısa məlumat
Altıncı İmamın adı Cəfər künyəsi Əbu-Abdullah ləqəbi Sadiq atası İmam Baqir (əleyhissəlam) anası isə Ümmü-Fərvə olmuşdur.
İmam Sadiq (əleyhissəlam) hicrətin səksən üçüncü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya gəlmiş hicrətin yüz qırx səkkizinci ili altmış beş yaşında vəfat etmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır.
İmam Sadiq əleyhissəlamın elmi səviyyəsi
İmam Sadiq əleyhissəlamın elmi əzəmət və yüksəkliyinə aid çoxlu sübutlar vardır. Bu məsələ həm şiə həm də sünni alimlərinin qəbul etdiyi bir mövzudur. Böyük alim və fəqihlər onun elm mərtəbəsinin yüksəkliyi qarşısında diz çökür onun elm sahəsində üstün olduğunu tərifləyirlər.
Hənəfi firqəsinin məşhur banisi Əbu-Hənifə deyirdi: “Mən Cəfər ibn Məhəmməd əleyhissəlamdan (İmam Sadiqdən) savadlı şəxs görməmişəm.”[1]
O həmçinin, deyirdi: “Mənsur (Dəvaniqi) Cəfər ibn Məhəmməd əleyhissəlamı hüzuruna çağıran zaman məni çağırıb dedi: “Camaat Cəfər ibn Məhəmmədin vurğunu olmuşdur onu məhkum etmək üçün bir sıra çətin məsələləri nəzərində tut.” Mən qırx dənə çətin məsələ hazırladım. Bir gün Mənsur Hiyrədə olarkən məni çağırtdırdı. Məclisə girərkən gördüm ki Cəfər ibn Məhəmməd (əleyhissəlam) (İmam Sadiq) onun sağında oturub. Ona baxdıqda heybəti məni elə bürüdü ki heç Mənsuru görəndə elə olmurdum. Salam verib Mənsurun işarəsindən sonra oturdum. Mənsur üzünü ona (İmam Sadiq əleyhissəlama) tutub dedi: “Bu Əbu-Hənifədir.” O cavab verdi ki tanıyıram. Sonra Mənsur üzünü mənə tutub dedi: “Ey Əbu-Hənifə! Öz məsələlərini Əbu-Abdullah (İmam Sadiq (əleyhissəlam)) ilə müzakirəyə qoy.” Mən də məsələləri deməyə başladım. Hər hansı məsələni soruşurdumsa, dərhal cavab verirdi ki sizin bu məsələ barədə əqidəniz filan Mədinə əhalisinin əqidəsi filan bizim əqidəmiz də filandır. Bəzi məsələlərdə bizimlə həmfikir olur bəzilərində Mədinə əhalisi ilə bəzilərində isə fikri tamam başqa olurdu. Bu minvalla düz qırx məsələ soruşdum ki, hamısına cavab verdi.” Əbu-Hənifə bura yetişəndə İmam Sadiq əleyhissəlama işarə edərək dedi: “O insanların ən alimi onların fiqhi məsələlərə aid olan ixtilaflarını bilən ən agah adamdır.”[2]
Maliki məzhəbinin banisi Malik deyirdi: “Bir müddət Cəfər ibn Məhəmməd əleyhissəlamın yanına gedib-gəlirdim. Onu daima bu üç halda gördüm: ya namaz qılırdı ya oruc tuturdu ya da Quran oxuyurdu. Onu dəstəmazsız hədis danışan görmədim.[3]
Elm ibadət və təqvada Cəfər ibn Məhəmməd əleyhissəlamdan üstün bir şəxsi nə bir göz görmüş nə bir qulaq eşitmiş nə də heç kimin fikrinə belə gəlməmişdir.”[4]
Şeyx Müfid yazır: “O Həzrətdən o qədər elm söylənilib ki artıq bütün müsəlmanların yanında məşhur olmuş onun səs-sədası hər tərəfə yayılmış onun nəslindən olanların heç birindən onun söylədiyi qədər elm söylənilməmişdir.”[5]
İbn Həcər Heytəmi yazır: “O Həzrətdən o qədər elm söylənilmişdir ki artıq bütün müsəlmanların yanında məşhur olmuş onun səs-sədası hər tərəfə yayılmış və fiqh və hədis aləminin böyük rəhbərlərindən olan Yəhya ibn Səid İbn Cərih Malik Süfyan Suri Süfyan ibn Üyeynə Əbu-Hənifə Şübə və Əyyub Sicistani kimi şəxslər ondan hədis söyləmişlər.[6]
Onuncu əsrin görkəmli alimlərindən olan Əbu Bəhr Cahiz deyir: “Cəfər ibn Məhəmməd (əleyhissəlam) elə bir şəxsdir ki onun elmi bütün dünyanı əhatə etmiş deyilənlərə görə Əbu-Hənifə və eləcə də, Süfyan Suri onun şagirdlərindən olmuşdur. Bu iki nəfərin onun şagirdi olması onun elmi yüksəkliyini sübut etmək üçün kifayət edər.”[7]
Məşhur tarixçi ibn Xəllikan yazır: “O on iki İmamlı şiələrin İmamlarından biri Peyğəmbər ailəsinin böyük şəxsiyyətlərindən biri olmuşdur. Düzgünlüyünə və doğru danışdığına görə onu Sadiq adlandırmışlar. Onun fəzilət və kəraməti o həddədir ki daha bunu şərh etməyə ehtiyac yoxdur. Əbu-Musa Cabir ibn Həyyan Tərtusi onun şagirdi olmuşdur. Cabir İmam Sadiq əleyhissəlamın təlimlərini ehtiva etmiş və beş yüz risalədən ibarət olan min vərəq həcmində bir kitab yazmışdır.[8]
Mənbələr:
[1] Təzkirətul-huffaz cild-1, səh-166.
[2] Biharul-ənvar, cild- 47, səh-217.
[3] Təhzibut-təhzib, cild-1, səh-88.
[4] Əl-İmamus-Sadiq vəl məzahibul ərbəə, cild- 1, səh-53.
[5] Əl-İrşad, səh- 270.
[6] Əs-Səvaiqul muriqə, səh- 201.
[7] Əl-İmamus-Sadiq vəl məzahibul ərbəə, cild- 1, səh-55.
[8] Vəfəyatul Əyan, cild-1, səh-327