Həzrət İmam Rza əleyhissəlamın həyatına qısa bir baxış
28 November 2024
08:14
۱,۰۰۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
İmam Riza əleyhissəlamın vəliəhdliyi qəbul etməsinin səbəbləri
Həzrət İmam Riza (əleyhissəlam) o vaxt vəliəhdliyi qəbul etdi ki, gördü əgər vəliəhdliyi qəbul etməsə nə təkcə öz canı həm də bütün Ələvilərin və dostlarının canı təhlükə altına düşəcək. İmam Riza (əleyhissəlam) həm öz canını həm də şiə dostlarının canını təhlükədən qorumalı idi. Çünki İslam ümməti onların vücuduna və məsləhətlərinə böyük ehtiyac duyurdu. Onlar camaatın çətinlik və şübhələrlə qarşılaşdığı zaman, yol göstərən rəhbər və başçı olmaq üçün mütləq sağ qalmalı idilər.
Bəli camaatın İmam əleyhissəlama onun yetirmələrinə böyük ehtiyacı var idi. Çünki o dövrdə biganə əqidə və mədəniyyətlər hər tərəfə yayılaraq fəlsəfi bəhslər və Allahı tanımanın əsaslarına dair şübhələr adı altında hamını küfrə tərəf sürükləyirdi. Buna görə də, İmam (əleyhissəlam) mütləq sağ qalıb ümməti küfr girdabından çıxartmaqla camaata nicat vermək vəzifəsini yerinə yetirməli idi. Tarixdə görürük ki, İmam Riza (əleyhissəlam) (vəliəhd olduqdan sonra ömrünün qısa olmasına baxmayaraq) əməli şəkildə bu vəzifəni layiqincəsinə yerinə yetirmişdir. Əgər İmam Riza (əleyhissəlam) vəliəhdliyi birdəfəlik və qəti şəkildə qəbul etməyib həm özünü həm də dostlarını təhlükəyə salsaydı bu fədakarlığını İmam Hüseyn əleyhissəlamın həyat bəxş edən şəhadəti kimi ümmətin müşkülünü həll edəcəyi məlum deyildi. Bundan da əlavə, vəliəhdlik məqamına nail olmaq Abbasilər tərəfindən bir razılıq kimi hesab olunub Ələvilərin də, hökumətdə şərik olmasını sübut edirdi.
İmam Riza əleyhissəlamın vəliəhdliyi qəbul etməsinin səbəblərindən biri də bu idi ki, qoy camaat Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin də siyasi səhnədə hazır olduğunu görüb heç də onların səhnədən kənarda olduqlarını zənn etməsin və belə fikirləşməsinlər ki onlar ancaq elm adamları olub əməldə millətin işinə heç bir qarışacaqları yoxdur. Bəlkə İmam Riza əleyhissəlamın İbn Ərəfənin sualına verdiyi cavabdan məqsədi də, elə bu olmuşdur. O İmam Riza əleyhissəlamdan soruşmuşdu ki ey Peyğəmbər (səlləllahu əleyhi və alih) övladı hansı səbəbə görə vəliəhdliyi qəbul etdin? İmam onun cavabında buyurur ki babam Əli əleyhissəlamı şuraya daxil olmağa məcbur etmiş səbəbə görə vəliəhdliyi qəbul etdi.
Bunların hamısından əsası isə odur ki İmam Riza (əleyhissəlam) vəliəhd olduğu müddət ərzində Məmunun əsl simasını camaata tanıtdıraraq onun gördüyü işlərindəki məqsədini ifşa etməklə camaatın fikrindəki bütün şəkk-şübhələri aradan qaldırırdı.
Mənbələr:
İmam Rza əleyhissəlamın siyasi həyatı.
İmam Rza əleyhissəlamın həyatı, Mühəqqiq Seyyid Əli.
Kəşful-ğummə, cild-3.
Əl-İrşad.
Biharul-Ənvar, cild-49.
Uyun əxbarir-Rza, cild-2.
İləluş-şəraye, cild-1.