Qurban bayramı mübarək olsun

28 November 2024

07:09

۱,۰۹۸

Xəbərin xülasəsi :
Cümə günü hicri-qəməri 1438-ci il zil-hiccə ayının 10-u, sentyabrın 1-i müsəlmanların ən böyük bayramlarından olan Qurban bayramıdır.
Bu məqalədə müqəddəs Qurban bayramı ilə əlaqədar bir sıra dini hökmləri vəməlumatları xidmətinizə təqdim edirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Cümə günü hicri-qəməri 1438-ci il zil-hiccə ayının 10-u, sentyabrın 1-i müsəlmanların ən böyük bayramlarından olan Qurban bayramıdır. Bu sevinc və şad gününü bütün mömin bacı-qardaşlara təbrik deyir, İlahi dərgaha etdiyiniz itaət və ibadətlərin qəbul olmasnı diləyirik.

Bu məqalədə müqəddəs Qurban bayramı ilə əlaqədar bir sıra dini hökmləri vəməlumatları xidmətinizə təqdim edirik.

Məqalədə verilən məlumatlalar...

Vacib qurbanlığın şərt və hökmləri və onun müstəhəb ədəbləri;

Qurban bayramında müştərək olaraq müstəhəb qurbanlıq etmək istəyənlərin sayı;

Qurbanlıq etmək istəyənlərin sayının tək, ya cüt olması mühümdürmü?

Qurbanlığın müstəhəb qaydaları;

Qurbanlığı kəsərkən oxunan dua;

Qurbanlıq ətinin bölünməsi və istifadə qaydası;

Qurbanlıq üçün qoyun tapılmasa nə etməli?

Vacib olan qurbanlığın (həcc mərasiminin qurbanlığı kimi) bir sıra şərt və hökmləri vardır ki, onlardan bəzilərinə işarə edilir:

1- Əgər qurbanlıq dəvə olarsa onun yaşı 5 ildən az olmamalı və 6 yaşa daxil olmuş olsun. Əgər inək və ya keçi olarsa ehtiyata əsasən yaşı 2 ildən az olmamalı və 3 yaşa daxil olmuş olsun;

Quyun (keçidən başqa) gərək 7 ayı tamam və 8-ci aya daxil olsun, bundan az olması kifayət deyil.

2- Xəstə olmamalıdır;

3- Çox qoca olmasın;

4- Naqis olmamalıdır. Buna əsasən heyvanın bir gözü ya hər iki gözü kor olmasın və ya ləng olmasın (bir ayağının qısa və sınıq olmaması) və yaxud qulağı və ya quyruğu kəsik olması kifayət etməz.

5- Ürf (el-oba) nöqtə nəzərindən arıq olmasın;

6- Vacib qurbanlıqda ixtiyar halında neçə nəfərin bir qurbanlıqda şərik olması kifayət etmir (icazə verilmir). Zərurət halında belə müşükllüdür.

Müstəhəb qurbanlıqda neçə nəfərin şərik olmaları və onların saylarının tək və ya cüt olmasının müşkülü yoxdur.

Xatırladaq ki, qurbanlığın müstəhəb ədəblərindən biri, əgər qurbanlıq dəvə ya inək olarsa dişi növü, əgər qoyun və ya keçi olarsa erkək cinsi seçilsin.

7-ci İmam, Musa ibn Cəfər Həzrət Kazım (əleyhissəlam) Əli ibn Cəfərin qurbanlıq barədə sualının cavabında buyurdu:

 “Kök qoç, buynuzlu və erkək qurbanlıq et.

Əgər kök və erkək qoyun tapmasan erkək və kök keçi, əgər keçi tapmasan bir kök quzu kəs.

Mənbə:

 “Biharul-ənvar”, cild- 10, səh. 246.  

 Zadul-məad kitabından qurbanlığı kəsərkən oxunan dua:

Zil-hiccə ayının onu Qurban bayramı günü qurbanlığı kəsərkən (ümumiyyətlə özünün qurbanlığı birbaşa kəsməsi lazım deyil, öz tərəfindən başqasına kəsdirə bilər) dua oxunması sünnədir.

Səhih sənədlə İmam Sadiqdən (əleyhissəlam) nəql edilir:

 “Elə ki, qurbanlığı aldın, nəhr (dəvənin kəsilməsi) və “zibh” vaxtı (kəsmək vaxtı) üzünü qibləyə tutub de:

وجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّماواتِ وَ الْأَرْضَ حَنِيفاً مُسْلِماً وَ ما أَنَا مِنَ الْمُشْرِكِينَ، إِنَّ صَلاتِي وَ نُسُكِي وَ مَحْيايَ وَ مَماتِي لِلَّهِ رَبِّ الْعالَمِينَ لا شَرِيكَ لَهُ وَ بِذلِكَ أُمِرْتُ وَ أَنَا مِنَ الْمُسْلِمِينَ، اللَّهُمَّ مِنكَ وَ لَكَ بِسْمِ اللَّهِ وَ اللَّهُ أَكْبَرُ

Vəccəhtu vəchi lilləzi fətərəs-səmavati vəl-ərzə hənifən, muslimən və ma ənə minəl-muşrikin, innəs-səlati və nusuki və məhyayə və məmati lillahi rəbbil-aləmin, la şərikə ləh və bizalikə umirtu və ənə minəl-muslimin, Əllahummə minkə və ləkə, bismilləhi vəllahu əkbər.

Qurbanlığı kəsəndən sonra de:

اللَّهُمَّ تَقَبَّلْ مِنِّي

Əllahummə təqəbbəl minni.

Sonra İmam əleyhissəlam buyurdu:

(Qurbanlığı kəsəndən sonra) can verməmiş başını (bədənindən) ayırmasın.

Elə ki, dərisini soyub qurtardı (qurbanlıq ətin) bir hissəsini özü və ailəsi istifadə etsin. Yaxşı olar ki, iftarını (bayram günü oruc tutmaq müstəhəbdir, oruc tutarsa orucunu) qurbanlıq ilə açsın.

Bir hissəsini qonşulara hədiyyə etsin.

Əgər halı pərişan (iztirablı-təşvişli, işləri dolaşığa düşmüş) olarsa yaxşı olar ki, bir hissəsini fəqir və ehtiyaclılara versin.

Əgər (qurbanlığın) əksər hissəsini ehsan edərsə daha yaxşıdır.

Qurbanlığın dərisi, başı və onun bütün halal hissələrini (ayaqları və iləx.) ehsan etsin, özü işlətməsin.

Qəssaba verməsin məgər qəssab ehtiyaclı ola və ona ehsan olaraq versin”.

Səhih hədislərdə qeyd edilmişdir ki, qurbanlığın dərisini dabbağı edib (və ya elətdirib) onun üzərində namaz qılıb əyləşə bilər.

Əgər qurbanlıq üçün qoyun tapılmasa onun yarı qiymətini hesablayıb ehsan edilməsi sünnədir.

Bir daha sizləri bu əzəmətlibayram münasibəti ilə təbrik edir sizdən iltimasi dua diləyirik.


Etiketlər :

Qurban bayramı mübarək olsun