Həzrət Fatimei-Məsumə əleyhasəlamın vəfatı
28 November 2024
03:03
۱,۰۵۲
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir Rahmənir Rahim
Hicri-qəməri 1439-cu il rəbius-sani ayının 10-u və miladi 2017 ci il dekabrın 29-u Əhli-beytin cəlalətli və kəramətli xanımı imam Musa ibn Cəfər əleyhiməssəlamın sevimli qızı və imam Əli ibn Musa Rza əleyhiməssəlamın əziz bacısı həzrət Fatimei-Məsumə əleyhasəlamın vəfat günüdür. Bu qəmli-qüssəli hadisəni həzrət Vəliyyi-Əsr imam Zaman əleyhissəlama və bütün Əhli-Beyt sevərlərinə təsəlli və başsağlığı deyirik.
Həzrət Fatimei-Məsumə əleyhasəlam hicrətin 173 cü ilində zil-qədə ayında Mədinə şəhərində anadan olmuşdur. O xanımın anası cəlalətli və şərafətli bir qadın olan Nəcmə xanımdır. Bu qadın son dərəcə təqvalı və elmli qadın idi və Fatimei-Məsumə əleyhasəlamın elm, təqva və mərifət kəsb etməsində böyük zəhməti olmuşdur.
Həzrət Fatimei-Məsumə əleyhasəlamın bir neçə ləqəbi olmuşdur, lakin xalq arasında xanım “Məsumə” adı ilə məşhur olmuşdur. Həzrət imam Rza əleyhissəlam bu əziz bacısına böyük məhəbbət və ehtiramı var idi. Onların bir-biri ilə olan münasibətlərini bəziləri həzrət imam Huseyn əleyhissəlamla xanım Zeynəbi-Kubra əleyhasəlam arasında olan qırılmaz sevgi və məhəbbətə bənzədirlər. Mümkündür xanım Məsuməyə verilən “İkinci Zeynəb” ləqəbi də elə bu cəhətlə rabitəsi olmuşdur. İmam Rza əleyhissəlam Məmunun xilafəti dövründə məcburi və ixtiyarsız olaraq müqəddəs Mədinə şəhərindən Xorasan vilayətinə gətizdiriləndən bir müddət sonra xanım Məsumə əleyhasəlam əziz qardaşını görmək üçün bir sıra Əhli-beyt üzvləri olan xanım və ağaların əhatəsində karvanla Mədinədən hərəkət edib Xorasana tərəf yollanır. Karvanın gəliş xəbəri xəlifə Məmuna çatdıqda imam Rza əleyhissəlamın yaxın və əziz şəxslərin belə əzəmətli şəkildə Tus şəhərinə çatacaqları halda onların xalq tərəfindən təntənə ilə qarşılanmasını öz taxt-tacına və siyasi mövqeiyyəti üçün təhlükə hiss edir və gizli surətdə qoşun tərtib verir ki, Xanımın karvanının qarşısı alınsın və Xorasana gəlişinə mane olunsun. Bu qoşun Savə məntəqəsi yaxınlığında Xanımın olduğu karvana çatıb karvanı qoruyan şəxslərə hücum edirlər və əksər cavanları qətlə yetirirlər. Xanım Məsumə əleyhasəlam bu mərəkədə öz əziz qardaşlarını və digər Əhli-Beyt (əleyhimussəlam) üzvlərini əldən verir. Sanki həzrət Zeynəb-Kubra əleyhasəlamın Kərbəlada başına gələn müsibətlər yenidən təkrar olur və bu hadisədə həzrət Məsumə əleyhasəlam çox qəm-qüssələr üzündən zəifləyib xəstələnir və karvanda qalan insanların Xorasana gedən yolu davam etdirmələrinə qüdrət və taqət görmədikdə ətrafındakılardan o zaman Əhli-Beyt aşiqlərinin toplandığı şəhər kimi tanınan Qum şəhəri ilə olan məsafənin nə qədər olduğunu soruşur. On fərsəx fasilə olduğunu bildirirlər, xanım Məsumə əleyhasəlam karvanın Qum şəhərinə tərəf yollanması göstərişini verir.
Xanımın olduğu karvanın gəliş xəbəri Qum şəhərinin əhalisinə çatdıqda xalq vəsfedilməz əzəmət və təntənə ilə şəhərin görkəmli şəxsiyyətləri ilə birlikdə karvanı qarşılamağa çıxırlar. Şəhərin adlı-sanlı, böyük hörmət, elm və təqvası ilə tanınmış şəxsiyyəti olan Musa ibn Xəzrəc Əşəri karvana yaxınlaşır və Xanımın kəcavəsi olan dəvəni öz mənzilinə tərəf sövq edir. Xanım Fatimei-Məsumə əleyhasəlam burada cəmisi on yeddi gün həyat sürür. Bəsilər demişlər ki, Xanımın xəstələnməsi səbəblərindən biri də onun Savədə xəlifə casusları tərəfindən gizli surətdə zəhərlənməsi olmuşdur.
Həzrət Fatimei-Məsumə əleyhasəlam hicrətin 201 ci ilində rəbius-sani ayının 10-u Qum şəhərində vəfat etdikdən sonra Musa ibn Xəzrəcə mənsub olan və hazırda Xanımın müqəddəs məzarının yerləşdiyi torpaqda böyük əzəmətlə dəfn edilmişdir. Hazırda bu müqəddəs məzar Əhli-Beyt əleyhimussəlamın aşiqlərinin pənahı və ziyarətgahı olmaqla bərabər şiə aləminin böyük şəxsiyyətlərinin və alimlərinin yetişdiyi bir məkandır.
Həzrət imam Sadiq əleyhissəlam müqəddəs Qum şəhəri haqqında belə buyurur:
“Həqiqətən, Allah-təalanın hərəmi vardır və o, müqəddəs Məkkə şəhəridir və həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) hərəmi vardır və o, müqəddəs Mədinə şəhəridir və Əmirəl-möminin Əli əleyhissəlamın hərəmi vardır və o, müqəddəs Nəcəf (Kufə) şəhəridir və biz Əhli-Beytin də hərəmi vardır və o, müqəddəs Qum şəhəridir. Tezliklə bu şəhərdə mənim Fatimə adlı bir övladım bu şəhərdə dəfn ediləcəkdir. Hər kəs onu ziyarət etsə, Cənnət ona vacib olar.”
Bir daha bütün əziz mömin bacı-qardaşlara təssəlli deyir və hamınıza Əhli-Beyt əleyhimussəlamın hörmət və şərəf bəxş edən yolunun davamçılarından olmağınızı arzulayırıq.
İltimas dua!