Xüşu və hüzuri-qəlbin lazımlığı
28 November 2024
01:05
۹۶۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Xüşuvə hüzuri-qəlbin lazımlığı
Rəsuləllah (sallallahu əleyhi və alih) buyurdu:
" اعْبُدِ اللَّهَ كَأَنَّكَ تَرَاهُ فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاك "
“Allah-təalaya elə ibadət et, sanki Onu görürsən! Ona görə ki, əgər sən Onu görməsən də, həqiqətən O səni görür.”[1]
Bura qədər namazda hüzuri-qəlb mövzusu ilə əlaqədar bəzi ayələr və hədisləri bəyan etdik. Mömin bacı və qardaşlarıma tövsiyə edirəm hüzuri-qəlb haqqında bəhs olunan ayələri və hədisləri çox diqqətlə nəzərdən keçirsinlər. Əgər bu hədisləri bir qədər artıq mülahizə etsələr, yəqin etsinlər ki, namazları təğyir edəcək və başqa bir mahiyyət tapacaqdır.
Peyğəmbəri əkrəm (sallallahu əleyhi və alih) buyurdu: “اعْبُدِ اللَّهَ كَأَنَّكَ تَرَاهُ” – Allah-təalaya elə ibadət et, sanki Onu görürsən! “فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاك” – Ona görə ki, əgər sən Onu görməsən də, həqiqətən O səni görür. O, bizim oturub-durmamızı görür, sözlərimizi eşidir... Doğrudan, namaz halında əgər Peyğəmbərin (sallallahu əleyhi və alih) ancaq bu tövsiyəsinə yetərli nəzər salsaq, necə xoş əhval-ruhiyyə ilə Allah-təalaya üz gətirib, necə təvəccöh edərik?!
Bu hədis də Peyğəmbəri əkrəmin (sallallahu əleyhi və alih) mübarək dilindəndir ki, buyurur:
“إِنَ الرَّجُلَيْنِ مِنْ أُمَّتِي يَقُومَانِ فِي الصَّلَاةِ وَ رُكُوعُهُمَا وَ سُجُودُهُمَا وَاحِدٌ”
“Mənim ümmətimdən iki kişi namaz qılmağa dayanar və onların rüku və səcdələri bir qaydada olar,” yəni hər ikisi bərabər həddə rüku və səcdə edərlər.
“وَ إِنَّ مَا بَيْنَ صَلَاتَيْهِمَا مِثْلُ مَا بَيْنَ السَّمَاءِ وَ الْأَرْضِ”
“Amma (buna baxmayaraq) o ikisinin namazlarının arasında olan fərq, səma ilə yer arasında olan fərq qədərdir.”[2] Nə üçün? Bu iki namaz arasında olan fərqin səbəbi nədir? Görəsən, o iki nəfərin namazlarından birində olan və digərində olmayan, xüşu, hüzuri-qəlb və xüsusi təvəccöh ilə Allah-təalaya ibadət və itaət etməkdən başqa bunun səbəbi nə ola bilər?
Başqa bir hədisdə Peyğəmbəri əkrəm (sallallahu əleyhi və alih) buyurur:
“إِنَ مِنَ الصَّلَاةِ لَمَا يُقْبَلُ نِصْفُهَا وَ ثُلُثُهَا وَ رُبُعُهَا وَ خُمُسُهَا إِلَى الْعُشْرِ”
“Bəzi qılınan namazlardan ancaq yarısı, bəzilərindən üçdən biri, bəzilərindən isə dörddən biri, bəzilərindən də beşdən biri, ta ondan biri qədər qəbul olunur.”
“وَ إِنَّ مِنْهَا لَمَا يُلَفُّ كَمَا يُلَفُّ الثَّوْبُ الْخَلَقُ فَيُضْرَبُ بِهَا وَجْهُ صَاحِبِهَا”
“Bəzi hallarda da necə ki, işlənmiş və köhnə paltarı büküb əzərlər, bu namazların da bəziləri əzilib öz sahiblərinin üzlərinə çırpılar.
(ardı var)