Həzrət Fatimei-Zəhranın (əleyhasəlam) mövlud günü
28 November 2024
01:08
۹۶۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hicri qəməri 1439-cu il cumadis-saniyə ayının 20-si, miladi 2018-ci il 9 mart tarixində Həzrət Fatimeyi-Zəhranın (əleyhasəlam) mövlud günüdür. Bu münasibətlə İslam aləmində həmçinin anaların və xanımların bayramı elan edilibdir. Bu əziz və şad bir gündə bütün Əhli-beyt (əleyhimussəlam) sevimlilərini, xüsusi ilə müsəlman ana və bacıları səmimi təbrik edir, dünya və axirət səadəti arzusu ilə həyatda ən böyük nailiyyətlər arzulayırıq.
Bu bərəkətli mövludun - Rəhmanı lütf, Quran kövsəri, Rəbbani alma, həvrai insiyyə, nurani cilvə, Nübuvvətə aid bir para [Fatimə bədənimin parasıdır..], Vilayət günəşinin xanımı, Məsum imamların (əleyhimussəlam) anası və bütün aləmlərin xanımlarının seyyidəsi Həzrət Fatimeyi-Zəhranın (Allahın salamı olsun ona, atasına, ərinə və övladlarına) ad günündə deyirik:
“Baxmayaraq ki, Həzrət Fatimeyi-Zəhranın (əleyhasəlam) şəxsiyyətini tanımaq ümum bəşəriyyət üçün qeyri mümkündür, amma Məsumlarımızdan (əleyhimussəlam) gəlib çatmış hədislərin bəzilərinin məzmununa işarə etmək olar.
Vucud aləminin xülasəsi İlahi behiştdir. Onun da xülasəsi Tuba ağacıdır ki, Allah mütəal onu öz “qüdrət əlləri” ilə əkmiş, behiştin ən şərafətli suyu olan “Təsnim” bulağının suyu ilə suvarmışdır. Tuba ağacının meyvəsi alma oldu. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) meraca gedərək behiştə daxil olmuş və o almanı meyl etmişdir. Yerdə isə evlənməmiş, pak və pakizə olan 28 yaşlı Həzrət Xədiceyi-Kübra (əleyhasəlam) [40 yaş da deyiblər, düzgün olaraq 28 yaşdır] ilə ailə həyatı qurmuşdur. Hər ikisi 40 gün İlahi yolda çalışmış, oruc tutub ibadətlə məşğul olmuş, iftar vaxtı isə behişt yemək və içməyi ilə iftar edirmişlər ki, Həzrət Zəhranın (əleyhasəlam) mübarək nütfəsi bağlansın.
O, “ummu əbiha” (Peyğəmbərin (sallallahu əleyhi və alih) kəlamına işarədir, mənası - atasının anası) olmamışdan öncə “ummu ummiha” (anasının anası) olur. Yəni anasının bətnində olarkən onunla danışmış, səbirli, dözümlü olmasına dəvət edib, ona ürək dirək və təsəlli vermişdir.
Dünyaya gəlişi vaxtı Həzrət Xədicəyə (əleyhasəlam) kömək etmək üçün Həzrət Həvva, Sara, Məryəm, Kulsum (Həzrət Musanın (əleyhissəlam) bacısı, bəzi hədislərdə Həzrət İbrahimin (əleyhissəlam) yoldaşı Asiyə) bir dəstə “huril-eyn” (behişt huriləri) və “Kövsər suyu” ilə gəlmişlər.
Həzrət Zəhra (əleyhasəlam) dünyaya gəldiyi vaxt bütün aləmləri nur yağışı bürüdü və o bu cümlələri deməyə başladı:
أشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَ أَنَّ أَبِی مُحَمِّداً رَسُولُ اللَّهِ وَ أَنَّ عَليّاً سَيِدُ الْأَوْصِيَاءِ وَ وُلْدِی سَادَةُ الْأَسْبَاطِ
“Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur, həqiqətən atam Muhəmməd (sallallahu əleyhi və alih) Allahın elçisi, Əli (əleyhissəlam) peyğəmbərlərin vəsiyyət etdiyi kəslərin seyidi və dünyaya gələcək övladlarım ümmətlərin ən yaxşılarının ağası olacaqdır”.
“Məvsuətul-Kubra ən Fatimətiz-Zəhra (əleyhasəlam)”, cild 2, səhifə 169-dan 193-ə kimi.
Əziz möminlər! Əgər bu məzmunların hər birini həqiqi düşünən şəxs izah verərsə, yüz cildlərlə kitab olardı. İndi azca da olsa başa düşmək olur ki, nəyə görə Allah mütəal mehvər olmağı “iki aləmin Xanımı”na əta etmiş və nəyə görə Peyğəmbər (sallallahu əleyhi və alih) buyurmuşdur: “Fatimə mənim qəlbim və ruhumdur!”
Nəyə görə İslamın həqiqəti şiəlikdə cilvələnmiş, şiəlik isə Həzrət Fatimeyi-Zəhranın (əleyhasəlam) mərifətində?! Nəyə görə Xanımın (əleyhasəlam) qədir və əzəməti Qədr gecəsi kimi məchul, qəbiri gizli, qapısı yandırılmış, qabırğası sındırılmış, uşağı saldırılmış və onlarla bu kimi niyələr?!
Əziz balası Həzrət Məhdinin (əleyhissəlam) zühurunun ümidi ilə...
Dualarınızda bizi də yad edin...