Namaz, Allah-təalanın insanı Behişdə daxil etməsi üçün əhd-peymanıdır
27 December 2024
20:57
۱,۱۶۹
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Namaz, Allah-təalanın insanı Behişdə daxil etməsi üçün əhd-peymanıdır
Həzrət imam Sadiq əleyhissəlam buyurdu:
"... مَنْ أَقَامَ حُدُودَهُنَ وَ حَافَظَ عَلَى مَوَاقِيتِهِنَ لَقِيَ اللَّهَ يَوْمَ الْقِيَامَةِ وَ لَهُ عِنْدَهُ عَهْدٌ يُدْخِلُهُ بِهِ الْجَنَّةَ ..."
“Həqiqi, şəraitli və hüzuri-qəlblə olan namaz Allah-təala tərəfindən əhdü-peymandır. O əhdin vasitəsilə namaz qılan Behişdə daxil olur.”[1]
Namazda hüzuri-qəlbin olması namaz qılan şəxs üçün olduqca çox faydalıdır. Namazın həqiqətininin faydalarından biri budur ki, namaz bir əhdü-peymandır; Allah ilə insan arasında olan bir əhdü-peyman. Namaz qılan bilsin ki, namazın həqiqəti Allah üçün bir əhdi icad edir və onun vasitəsilə insan İlahi Behişdə daxil olur. Mümkündür bəzilərinin zehninə belə bir sual gəlsin ki, namaz qılan bir şəxs ilə namaz qılmayan şəxsin arasında olan fərq nədir? Görəsən, onlar arasında olan fərq ancaq bu həddədir ki, o namaz qılan şəxs, zahiri bir vəzifəni yerinə yetirmiş və Allah-təalanın əmrinə itaət etmişdir, digəri isə Allahın göstərişindən boyun qaçırmışdır? Yaxud fəqət bu deyil və məsələ bununla tamamlanmır?
Mərhum Şeyx Kuleyninin “Kafi” kitabında nəql etdiyi hədisə əsasən, namaz qılan şəxs ilə Allah-təala arasında namaz vasitəsilə elə bir əhd bağlanır ki, bu insanı cənnət və Behişt əhli edir. Əban ibn Təğlib belə nəql edir:
"كُنْتُ صَلَّيْتُ خَلْفَ أَبِي عَبْدِ اللَّهِ عليه السلام بِالْمُزْدَلِفَةِ فَلَمَّا انْصَرَفَ الْتَفَتَ إِلَيَّ فَقَال"
Muzdələfədə İmam Sadiqin (əleyhissəlam) arxa tərəfində namaz qılırdım. Namaz tamam olduqdan sonra Həzrət mənə üz tutub buyurdu:
" يَا أَبَانُ الصَّلَوَاتُ الْخَمْسُ الْمَفْرُوضَاتُ مَنْ أَقَامَ حُدُودَهُنَ وَ حَافَظَ عَلَى مَوَاقِيتِهِنَ"
“Ey Əban! Hər kəs öz gündəlik vacib namazlarını düzgün qaydada; namazın hissələrinin qaydaları və şərtlərini riayət etməklə, namazların fəzilətli və əvvəl vaxtlarını qorumaqla qılsa:”
" لَقِيَ اللَّهَ يَوْمَ الْقِيَامَةِ وَ لَهُ عِنْدَهُ عَهْدٌ يُدْخِلُهُ بِهِ الْجَنَّةَ "
“Qiyamət günündə Allah-təalanın yanında bu şəxs üçün bir əhd olduğu halda, o, Allahın hüzuruna daxil olar.” Yəni bu namazla Allah ilə namaz qılan şəxs arasında elə bir əhd icad edilir ki, o əhdin vasitəsilə Behiştə daxil olur.
Bu hədisdə “əhd” təbiri ilə gəlmişdir, yəni namazı şəraiti və xüsusiyyətləri riayət edilməklə qılması müqabilində Allah təbarək və təala bu şəxslə müahidə bağlayır ki, onu Behiştə daxil etsin. “Əhd” kəlməsi hansı yerdə işlənir? Əhd, bir iltizam və təəhhüddür; Allah-təala namaz qılan insanla əhdü-peyman bağlayır və bu əhdin məhsulu odur ki, Qiyamətdə gərək bu insan Behiştə daxil olsun.
" وَ مَنْ لَمْ يُقِمْ حُدُودَهُنَّ وَ لَمْ يُحَافِظْ عَلَى مَوَاقِيتِهِنَّ "
“İndi əgər bir şəxs namaz qılmasa, yaxud qaydalarını, şərtlərini, xüsusiyyətlərini və fəzilət vaxtlarını riayət etmədən namaz qılsa”, məsələn, namazı vaxtın sonunda qılsa:
" لَقِيَ اللَّهَ وَ لَا عَهْدَ لَهُ إِنْ شَاءَ عَذَّبَهُ وَ إِنْ شَاءَ غَفَرَ لَه"
“Bu şəxs Qiyamətdə Allahla mülaqat edəcək, amma elə bir halda ki, Allahın onunla heç bir əhdü-peymanı olmayacaq.” Fəryad edəcək ki, hanı ömrüm boyu qıldığm namaz? Hansı namaz? Bu namaz yuxarı getməyib ki, insanla Allah arasında əhdə səbəb olsun.
[1] “Əl-Kafi”, cild-3, səh. 267; “Təhzibul-əhkam”, cild-2, səh. 239; “Vəsailuş-şiə”, cild-4, səh. 107