Həzrət Əbul-Fəzlil-Abbas əleyhissəlamın təvəllüdü
27 November 2024
21:17
۸۱۰
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hicri-qəməri 1439-cu il Şəban ayının 4-ü, miladi 2018-ci il aprel ayının 21-i həzrət Qəməri Bəni Haşim ələmdari Kərbəla Əbul-Fəzlil Abbas əleyhissəlamın təvəllüd günüdür.[1] Bu gözəl və sevindirici gün ilə əlaqədar öncə Allah-təalanın yer üzərindəki sonuncu hüccəti həzrət Sahib Əsr vəz-Zamana (əccələllahu təala fərəcəhuş-şərif) eləcə də mömin bacı və qardaşlara təbrik deyirik. Arzu edirik bütün müsəlmanlar bu günün mövludu kimi dini və ictimai həyatlarında həmişə Allah-təalaya, Qurani-kərimə və müqəddəs din rəhbərlərinə itaətkar və tabe olsunlar və İlahi əmrlərin yerinə yetirilməsini hər bir şəxsi əməldən üstün və irəli bilsinlər.
O Həzrətin məşhur adı həzrət Əbbasdır (əleyhissəlam) və eləcə də Əbul-Fəzl, Əbul-qərəbə, Qəməri Bəni Haşim, Babul-həvaic, Əbdu Saleyh və Səqqa da adlandırmışlar.[2]
Əziz atası həzrət Əmirul-möminin əleyhissəlam və möhtərəm anası Ummul-Bənin Fatimə bint Hizam Kilabiyyə (əleyhasəlam) olmuşlar. O Həzrət gözəl simalı olduğu üçün ona Qəməri Bəni-Haşim ləqəbi vermişlər. Uca boylu, güclü qolu var idi, atın belinə oturarkən dizləri atın boynuna qədər çatıardı. Şücaətində həzrət imam Həsən və imam Huseyndən (əleyhiməssəlam) sonra həzrət Əmirul-möminin Əlinin uşaqlarının arasında ən irəlidə dururdu. O Həzrət ordunun başçısı və Kərbəla məzlumunun ələmdarı idi.[3]