Qədr gecələrinin əməlləri-On doqquzuncu gecə

27 November 2024

16:37

۹۷۷

Xəbərin xülasəsi :
Ramazan ayının on doqquzuncu gecəsi birinci Qədr gecəsidir. Qədr gecəsi elə bir gecədir ki, bütün il boyu heç bir gecə onun fəziləti və yaxşılığına çata bilməz. O gecədə (yaxşı) əməl yerinə yetirmək min ayın yaxşı əməlindən üstündür. O gecədə bir ilin işləri müəyyənləşir. Mələklər ən böyük mələk Ruh ilə (həzrət Cəbrail) birlikdə Allahın izni ilə yerə enirlər və İmam Zamanın (əleyhissəlam) xidmətinə gedirlər. Hər bir şəxsə müəyyən olmuş işləri imama həvalə edirlər
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

On doqquzuncu gecənin əməlləri

Qədr gecələrinin birincisidir. Qədr gecəsi elə bir gecədir ki, bütün il boyu heç bir gecə onun fəziləti və yaxşılığına çata bilməz. O gecədə (yaxşı) əməl yerinə yetirmək min ayın yaxşı əməlindən üstündür. O gecədə bir ilin işləri müəyyənləşir. Mələklər ən böyük mələk Ruh ilə (həzrət Cəbrail) birlikdə Allahın izni ilə yerə enirlər və İmam Zamanınleyhissəlam) xidmətinə gedirlər. Hər bir şəxsə müəyyən olmuş işləri imama həvalə edirlər.

Qədr gecələrinin əməlləri iki hissəyə bölünmüşlər. Birincisi, hər üç gecədə yerinə yetirilən əməllər, ikincisi, hər gecəyə məxsus olan əməllər.

Birinci: Hər üç gecədə olan əməllər

Bu əməllər bir necə hissədən ibarətdir:

1. Qüsül almaq. Əllamə Məclisi buyurmuşdur: “Bu gecənin qüsüllərini günbatan vaxtı almaq daha yaxşıdır ki, şam namazını qüsüllə yerinə yetirsin.

2. İki rükət namazdır. Hər rükətdə “Həmd” surəsindən sonra yeddi dəfə “İxlas” surəsini oxusun və qurtardıqdan sonra yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” -desin. Peyğəmbər (ə)-in hədisində deyilir ki, yerindən ayağa qalxmamış (bu insanın) özü və ata-anası Allah taala tərəfindən bağışlanar...


3. Quranı açıb qarşınızda tutub deyin

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَ مَا فِيهِ وَ فِيهِ اسْمُكَ الْأَكْبَرُ وَ أَسْمَاؤُكَ الْحُسْنَى وَ مَا يُخَافُ وَ يُرْجَى أَنْ تَجْعَلَنِي مِنْ عُتَقَائِكَ مِنَ النَّارِ

Əllahummə inni əs`əlukə bi­ki­tabikəl munzəli və ma fih, və fihismukəl əkbəru və əs­mau­kəl husna, və ma yuxafu və yurca ən təc`ələni min utəqaikə mi­nən nar.

İlahi, nazil etdiyin kitaba (Qurana), onun içindəkilərə, içindəki ən böyük adına, ən gözəl adlarına, qorxulu və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından xilas etdiyin kəslərdən edəsən.

Sonra öz hacətlərini istə.

4. Quranı götürüb başınıza qoyub deyin:

اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيهِ وَ بِحَقِّكَ عَلَيْهِمْ فَلا أَحَدَ أَعْرَفُ بِحَقِّكَ مِنْكَ

Əllahummə bihəqqi hazəl Qur`an, və bihəqqi mə ər­səl­təhu bih, və bihəqqi kulli mu`­minin mədəhtəhu fih, və bi­həq­qikə ələyhim fəla əhə­də ə`rəfu bihəqqikə mink.

İlahi, Sənə and verirəm bu Quranın haqqını, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqını, Quranda təriflədiyin bütün möminlərin haqqını və Sənin onların üzərindəki Səndən daha yaxşı heç kimin tanımadığı haqqını!

Sonra on dəfə de: Bikə ya Əllahu (بِكَ يَا اللَّهُ) - Ey Allah, Öz zatına xatir;

On dəfə de: Bi Muhəmmədin (بِمُحَمَّدٍ) - Həzrət Məhəmmədə (s) xatir;

On dəfə de: Bi Əliyyin (بِعَلِيٍّ) - Həzrət Əliyə (ə) xatir;

 

On dəfə de:  Bi Fatimətə (بِفَاطِمَةَ) - Həzrət Fatiməyə (ə.s.) xatir;

On dəfə de: Bil Həsəni (بِالْحَسَنِ) - Həzrət Həsənə (ə) xatir; 

On dəfə de: Bil Husəyni (بِالْحُسَيْنِ) - Həzrət Hüseynə (ə) xatir;

 

On dəfə de: Bi Əliyyibnil Husəyni (بِعَلِيِّ بْنِ الْحُسَيْنِ) - Həzrət Əli ibn Hüseynə (ə) xatir;

On dəfə de: Bi Muhəmmədibni Əliy­yin (بِمُحَمَّدِ بْنِ عَلِيٍّ) - Həzrət Məhəmməd ibn Əliyə (ə) xatir; 

On dəfə de: Bi Cə`fəribni Muhəmmə­din (بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ) - Həzrət Cəfər ibn Məhəmmədə (ə) xatir;


On dəfə de: Bi Musəbni Cə`fərin (بِمُوسَى بْنِ جَعْفَرٍ) - Həzrət Musa ibn Cəfərə (ə) xatir;


On dəfə de: Bi Əliyyibni Musa (بِعَلِيِّ بْنِ مُوسَى) - Həzrət Əli ibn Musaya (ə) xatir;


On dəfə de: Bi Muhəmmədibni Əliy­yin (بِمُحَمَّدِ بْنِ عَلِيٍّ) - Həzrət Məhəmməd ibn Əliyə (ə) xatir;


On dəfə de: Bi Əliyyibni Muhəmmə­din (بِعَلِيِّ بْنِ مُحَمَّدٍ) - Həzrət Əli ibn Məhəmmədə (ə) xatir;


On dəfə de: Bil Həsənibni Əliyyin (بِالْحَسَنِ بْنِ عَلِيٍّ) - Həzrət Həsən ibn Əliyə (ə) xatir;


On dəfə de: Bil Huccəti (بِالْحُجَّةِ) - Həzrət Höccətə (ə) xatir;

Sonra öz hacətlərini istəyirsən:

5. İmam Hüseyni (ə) ziyarət etmək. Hədisdə belə deyilir; Qədr gecəsi yetişdikdə yeddinci səmadan carçı qışqırır ki, Allah taala hər kim İmam Hüseyni (ə) ziyarətinə gəlib onların günahlarını bağışlayar.

6. Bu gecələri ehya saxlamaq (oyaq qalmaq). Nəql olunur ki, hər kim Qədr gecələrini ehya saxlasa, günahları göydəki ulduzların, dağların ağırlığı və dənizlərin tutumu qədər olsa belə bağışlanar.

7. Yüz rükət namaz qılmağın böyük savabı vardır. Daha fəzilətlisi isə hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsini oxumaqdır.

8. Oxusun:

اللَّهُمَّ إِنِّي أَمْسَيْتُ لَكَ عَبْدا دَاخِرا لا أَمْلِكُ لِنَفْسِي نَفْعا وَ لا ضَرّا وَ لا أَصْرِفُ عَنْهَا سُوءا أَشْهَدُ بِذَلِكَ عَلَى نَفْسِي وَ أَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتِي وَ قِلَّةِ حِيلَتِي فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْجِزْ لِي مَا وَعَدْتَنِي وَ جَمِيعَ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ مِنَ الْمَغْفِرَةِ فِي هَذِهِ اللَّيْلَةِ وَ أَتْمِمْ عَلَيَّ مَا آتَيْتَنِي فَإِنِّي عَبْدُكَ الْمِسْكِينُ الْمُسْتَكِينُ الضَّعِيفُ الْفَقِيرُ الْمَهِينُ اللَّهُمَّ لا تَجْعَلْنِي نَاسِيا لِذِكْرِكَ فِيمَا أَوْلَيْتَنِي وَ لا [غَافِلا] لِإِحْسَانِكَ فِيمَا أَعْطَيْتَنِي وَ لا آيِسا مِنْ إِجَابَتِكَ وَ إِنْ أَبْطَأَتْ عَنِّي فِي سَرَّاءَ [كُنْتُ‏] أَوْ ضَرَّاءَ أَوْ شِدَّةٍ أَوْ رَخَاءٍ أَوْ عَافِيَةٍ أَوْ بَلاءٍ أَوْ بُؤْسٍ أَوْ نَعْمَاءَ اِنَّكَ سَمِيعُ الدُّعَاءِ

Əllahummə inni əmsəytu ləkə əbdən daxirən la əm­liku linəfsi nəf`ən və la zərra, və la əsrifu ənha sua, əşhədu biza­likə əla nəfsi və ə`tərifu ləkə bizə`fi quvvəti və qilləti hiləti, fəsəlli əla Muhəmmədin və ali Muhəmməd, və ənciz li ma vəədtəni, və cəmiəl mu`­mi­ninə vəl mu`minat, minəl məğfirəti fi hazihil ləy­ləh, və ətmim ələyyə ma atəy­təni, fəinni əb­dukəl miski­nul mustəkinuz zəiful fə­qi­rul məhin, Əllahum­mə la təc`əlni nasiyən lizikrikə fima əvləytəni, və la (ğafi­lən) liihsanikə fima ə`təy­təni, və la ayisən min ica­bətik, və in əbtəət ənni fi sərraə (kuntu) əv zərraə əv şiddətin əv rəxa, əv afiyə­tin əv bəlain əv bu`sin əv nə`ma, innəkə səmiud dua.

İlahi, özünə heç bir xeyir və zərər verə bilməyən və özündən heç bir acı hadisəni uzaqlaşdıra bilməyən xar və zəlil bir bəndə olaraq bu gecəyə daxil oldum. Bunların özümə qarşı olduğuna şəhadət verirəm. Sənin dərgahında gücümün zəifliyi və çarəmin azlığını etiraf edirəm! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Bu gecədə mənə və bütün mömin kişi və qadınlara vəd etdiyin məğfirətə əməl et və mənə verdiklərini (nemətlərini) tamamla! Həqiqətən, mən Sənin miskin, əlacsız, zəif, yoxsul və xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında zikrini və mənə əta etdiyin ehsanı unudanlardan, dərgahında qəbul etməyindən naümid olanlardan təyin etmə, istər uzun vaxt keçsin, istər xoş olum, istərsə də narahat, istər çətinlikdə olum, istərsə də asanlıqda, istər sağlamlıqda olum, istərsə bəlada, istər möhtac olum, istərsə də nemət içində! Həqiqətən, Sən dualarım eşidənsən!

Bu duanı Kəfəmi İmam Zeynulabidin (ə)-dan rəvayət etmişdir ki, (o həzrət bu duanı) gecələr ayaq üstə və oturan halda, habelə ruku və səcdə vaxtı oxuyurmuş. Əllamə Məclisi buyurmuşdur: “Bu gecələrdə ən yaxşı əməl, özünün, ata-ananın, sağ və ya dünyasını dəyişmiş mömin qardaşlarının, dünya və axirət istəklərini istəməklə yanaşı bağışlanmaq diləməkdir.” Habelə mümkün qədər Məhəmməd və onun Əhli-beytinə salavat göndərməkdir. Bəzi hədislərdə oxuyuruq ki, bu üç gecədə Cövşən Kəbir duasını oxusunlar. Fəqir (müəllif) deyir: “Cövşən Kəbir duası öncə qeyd olundu. Rəvayət olunmuşdur ki, İslam peyğəmbərinə deyildi: “Əgər mən Qədr gecəsini dərk edərəmsə, Allahdan nə istəyim?” O həzrət buyurdu: “Sağlamlıq istə.”

İkinci: Hər gecəyə məxsus olan əməllər

On doqquzuncu gecə

On doqquzuncu gecənin əməlləri bir neçə əməllərdən ibarətdir:

1. Yüz dəfə «Əstəğfirullahə rəbbi və ətubi iləyh» demək.

2. Yüz dəfə «Əllahumməl`ən qətələtə Əmirəlmöminin” demək.

3. Dördüncü hissədə deyilən “Ya zəlləzi kanə...” duasını oxumaq.

4. Aşağıdakı duanı oxumaq:

اللَّهُمَّ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ وَ فِيمَا تَفْرُقُ مِنَ الْأَمْرِ الْحَكِيمِ فِي لَيْلَةِ الْقَدْرِ وَ فِي الْقَضَاءِ الَّذِي لا يُرَدُّ وَ لا يُبَدَّلُ أَنْ تَكْتُبَنِي مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ الْمَبْرُورِ حَجُّهُمْ الْمَشْكُورِ سَعْيُهُمْ الْمَغْفُورِ ذُنُوبُهُمْ الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ وَ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمْرِي وَ تُوَسِّعَ عَلَيَّ فِي رِزْقِي وَ تَفْعَلَ بِي كَذَا وَ كَذَا

Əllahumməc`əl fima təq­zi və tuqəddiru minəl əmril məh­tum, və fima təfruqu mi­nəl əmril həkim, fi ləy­lətil qədr, və fil qəza­il­ləzi la yurəd­du və la yubəd­dəl, ən təktu­bəni min hucca­ci bəytikəl həra­mil, əl məb­ruri həccuhum, əl məşkuri sə`yuhum, əl məğ­furi zunubu­hu­mul mukəffəri ənhum səy­yiatuhum, vəc`əl fi­ma təqzi və tuqəddiru ən tutilə umri, və tuvəssiə ələyyə fi rizqi, və təf`ələ bi kəza və kəza.

İlahi, hökm və müqəddər etdiyin qaçılmaz əmrində, ayırdığın hikmətli əmrində, dəyişilməyən və geri qaytarılmayan hökmündə məni Öz evinin – “Beytül-Haram”ın həcləri gözəl, səylərinin əvəzi verilmiş, günahları bağışlanmış və pis əməlləri pərdələnmiş hacılarından hesab edəsən. Həmçinin hökm və müqəddər etdiyin işlərdə ömrümü uzun edib ruzimi bol edəsən və mənim üçün bu işləri yerinə yetirəsən...

Kəza və kəza sözlərinin yerinə öz hacətlərinizi istəyin.

İnşaallah iyirmi birinci və iyirmi üçüncü gecələrin əməllərini sonradan xidmətinizə təqdim edəcəyik.

İltimas dua!


Etiketlər :

Qədr gecələrinin əməlləri-On doqquzuncu gecə