Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) dəfn edilməsi
27 November 2024
08:06
۱,۵۱۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Rəbiul-əvvəl ayının biri həzrət Peyğəmbər-Əkrəmin (sallallahu əleyhi və alih) pak bədəninin dəfn edilməsi günüdür
Rəbiul-əvvəl ayının birinci gecəsinin yarısında Əmirəl-möminin Əli əleyhissəlam Xatəmul ənbiya və mursəlin həzrət Peyğəmbər-Əkrəmin (sallallahu əleyhi və alih) pak bədənini dəfn etdi.[1]
Bir tərəfdən həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) faciəli və müsibətli vəfatı, digər tərəfdən xalqın onun qüsl, kəfən və dəfn edilməsinə diqqətsizliyi və o Həzrətə hörmətsizliyi Əmirəl-möminin Əlinin (əleyhissəlam) mübarək qəlbinə ağırlıq salan böyük dağlar idi.[2] Belə ki, həmin günlərin acı xatirələrini yada salıb buyurmuşlar: “Görəsən, Peyğəmbərin (sallallahu əleyhi və alih) pak və şərəfli bədənini boşlayıb və onun dəfnindən yayınıb ondan sonrakı xəlifəlik və səltənət uğrunda kəşməkəş və çəkişmə etməliydim?”[3]
Mərhum Şeyx Mufid buyurur: “Xalqın əksəriyyəti Peyğəmbərin (sallallahu əleyhi və alih) dəfnində iştirak etməmiş və o Həzrətin cənazə namazını əda etməmişlər. Ona görə ki, (Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından sonra) xəlifə seçimi ilə əlaqədar “ənsar və muhacirlər” arasında kəşməkəş və çəkişmə var idi.”[4]
Ə`məş deyir: “Peyğəmbərləri dünyadan köçmüşdü, lakin xalqın heç bir qəm-qüssəsi yox idi, yalnız bir dəstə deyirdi: “Əmir bizdən seçilməlidir” və digər bir tayfa deyirdi: “Əmir bizdəndir”.”[5]
Həzrət imam Baqir əleyhissəlam buyurur: “Camaat doşənbə və seşənbə gecəsi Peyğəmbərin (sallallahu əleyhi və alih) cənazəsinə namaz qılırdılar: xalq kütləsi, hətta Həzrətə xüsusi və yaxın olan şəxslər onun pak və mübarək bədəninə namaz qıldılar. Amma Səqifə əhlindən heç kəs o Həzrətin qüsl, kəfən və dəfn mərasimində iştirak etmədilər. Əmirəl-möminin (əleyhissəlam) Burəydə Əsləmini xəbər çatdırmaq üçün onların yanına göndərdi. Lakin ona etina etmədilər, Peyğəmbərin (sallallahu əleyhi və alih) dəfnindən sonra onların (xəlifəliklə bağlı) bey`ət mərasimi də başa çatdı.”[6]
Aişə bu mövzu ilə bağlı bir etiraf etmişdir ki, diqqəti cəlb edəndir, o deyib: “And olsun Allaha Peyğəmbərin (sallallahu əleyhi və alih) dəfnindən bizim xəbərimiz olmadı. O vaxta qədər ki, çaharşənbə gecəsi o Həzrətin hücrəsindən bel və külüng səslərini eşitdik”[7], yəni dəfndən sonra xəbərdar olduq.
Xilafəti qəsb etmək səbəbinə hər şeyi unudan insanlardan soruşmaq gərəkdir:
- Görən, Peyğəmbərin (sallallahu əleyhi və alih) hüzurunda və o Həzrətin göstərişi ilə hansı hadisə baş vermişdir, Səqifə, yaxud Qədir-Xum?
- Görəsən, Allah-taala tərəfindən Səqifədə məşvərət heyətinin təşkil edilməsi ilə əlaqədar bir göstəriş gəlmişdir, yaxud Qədir-Xum barəsində?
- Görəsən, müsəlmanları əksər şəhərindən Səqifədə iştirak edənlər olmuşdur, ya Qədir-Xumda?
- Görəsən, Allahın və Peyğəmbərin (sallallahu əleyhi və alih) xalqın əksəriyyətinin beyət etməsi Səqifədə baş vermişdir, yaxud Qədir-Xumda; hətta qadınlar da beyət etsinlər?
Bütün bu suallara və şübhələrə insafla cavab verməyi əziz möminlərin özlərinə həvalə edirik.
Mənbələr:
[1] “Təbəqat İbn Sə`d”, 2-ci cild, səh. 78; “Musnəd Əhməd”, 6-cı cild, səh. 62, 242 və 274; “Sunən Beyhəqi”, 3-cü cild, səh. 409; “Sirətun-nəbəviyyə” (İbn Kəsir), 4-cü cild, səh. 538.
[2] “Xisal” (Mərhum Şeyx Səduq), səh. 372; “İxtisas” (Mərhum Şeyx Mufid), səh. 171.
[3] “Ehticac” (Mərhum Şeyx Təbərsi), səh. 74.
[4] “Əl-İrşad” (Mərhum Şeyx Mufid), 1-ci cild, səh. 189.
[5] “Təqribul məarif”, səh. 256.
[6] “Mənaqib İbn Şəhr Aşub”,1-ci cild, səh. 297; “Biharul-ənvar”, 22-ci cild, səh. 524.
[7] “Tarix İslam” (Zəhəbi), 1-ci cild, səh. 582; “Sirətun-nəbəviyyə”(İbn Kəsir), 4-cü cild, səh. 538; “MusnədƏhməd”, 6-cı cild, səh. 62, 242, 274. Həmçinin əlavə məlumat əldə etmək üçün bax: “”Əl-Musənnəf”. Səh. 14 və 568; “Cameul-əhadis”, 13-cü cild, səh. 267; “Təqribul-məarif”,səh. 251.