Həzrət Ayətullah Muhəmmədcavad Lənkəraninin Namazın sirləri bəhslərindən
27 November 2024
05:55
۸۸۴
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hüzuri-qəlbin mərtəbələri
Allahın Rəsulu (sallallahu əleyhi və alih) buyurdu:
"إِنَ اللَّهَ لَا يَنْظُرُ إِلَى صُوَرِكُمْ وَ أَعْمَالِكُمْ وَ إِنَّمَا يَنْظُرُ إِلَى قُلُوبِكُم"
“Allah-təala sizin zahiri surətlərinizə və əməllərinizə nəzər salmır, əksinə O, sizin qəlblərinizə və niyyətlərinizə təvəccöh edir.”[1]
""إِنَ اللَّهَ لَا يَنْظُرُ إِلَى صُوَرِكُمْ وَ أَعْمَالِكُمْ وَ إِنَّمَا يَنْظُرُ إِلَى قُلُوبِكُم""
“Allah-təala sizin zahiri surətlərinizə və əməllərinizə nəzər salmır, əksinə O, sizin qəlblərinizə və niyyətlərinizə təvəccöh edir.”[2]Hərçənd namazın əsrarı, dərinliyi və həqiqətinə çatmaq üçün insan ancaq zahiri vəzifəsinə əməl etməklə nail ola bilər. Heç bir kəs iddia edə bilməz ki, mən namazdan başqa bir yolla namazın həqiqətinə çatıram. Bu, əsla mümkün deyil və cahilanə, süst və xəyali bir iddiadır. Özünəməxsus sirlərə malik bir ibadət olan namazın əsrarına çatmaq, namaz qılmaqdan başqa bir yolla heç cür mümkün deyil. Amma bu hədisə əsasən, həmin namazda Allah-təala namaz qılanın qəlbinə və niyyətinə nəzər yetirir.
Allah-təalanın mömin şəxsin qəlbinə nəzər salmasının əsəri budur ki, namaz qılanın qəlbini namazın bir sıra əsrarını dərk etmək üçün mühəyya edir. İnsanın namaz əsnasında səcdə etdiyi türbətə baxmasının müstəhəb olması və aləmin ən əzəmətli varlığının müqabilində bədəninin ən yüksək və ən şərafətli yeri olan alnını torpaq üzərinə qoymasına agah olması, hüzuri-qəlnin mənasıdır. Əgər namaz qılan şəxs bu mərtəbələrin bəzisini dərk edib onu özündə icad edə bilsə, onun əsrarı da insana kəşf ediləcəkdir. Necə ki, Allahın bəzi övliyası buyurmuşlar ki, hüzuri-qəlbin bir sıra mərtəbələrində elə zövq və ləzzətlər vardır ki, onun digər mərtəbələrində yoxdur.
Beləliklə, bizim təkid etdiyimiz mühüm məsələ budur ki, namazda qəlbin hazır olmasının dərəcələri vardır və bu məna, insanın yalnız Allah dərgahında hazır olmasını duyması kimi, sadə bir ünvana və müxtəsər bir diqqətə həsr edilmir. Bu, ilkin bir addımdır; bizim, mütləq qüdrət sahibi olan Allah-təalanın dərgahında dayanmağımızı bilməyimiz, hüzuri-qəlbin mərtəbələrinin ən birincisi və ən aşağısıdır. Amma burada digər mərtəbələr də vardır ki, inşaallah onlara işarə edəcəyik.
(ardını izləyin)