Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadət günü

27 November 2024

05:19

۹۳۸

Xəbərin xülasəsi :
Fatimeyi-Zəhra (əleyhasəlam) sözün həqiqi mənasında misilsiz bir mömin və elmli-bilikli bir qadındır. Fatimə (əleyhasəlam) yeni dəyər və meyarların bir yaradıcısı kimi İslam qadınlarına həqiqi və əsl həyatın nə olduğunu öyrətmiş, onların diqqətini öz varlıqlarında olan gövhərə bənzər dəyərlərə cəlb etmişdir. Beləliklə də, qadınların həqarətli maddi həyat mərhələsindən düzgün və ağıllı mənəvi həyata qədəm qoymasına rəhbərlik etmişdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri-qəməri 1440-cı il, cumadis-saniyə ayının 3-ü, miladi 2019-cu il fevral ayının 9-u Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) ürək parası, qəlbinin meyvəsi, on bir məsum imamın anası, iki dünyanın Xanımı həzrət Fatimei-Zəhranın (əleyhasalam) şəhadət günüdür.

Həmçinin, şiə aləminin mərcəi-təqlidi, Azərbaycan xalqının yetirməsi, böyük alim, mərhum Ayətullah Uzma Şeyx Məhəmməd Fazil Lənkəraninin vəfatının ildönümüdür.

Qəm və qüssə ilə dolu bu münasibətlərlə əlaqədar, ilk növbədə Əsrin Hüccəti, həzrət imam Sahib Zamana (əccələllahu taala fərəcəhuş-şərif), sonra da Əhli-Beyt (əleyhimussəlam) məktəbinin davamçıları və aşiqlərinə, məxsusən qeyrətli və mömin Azərbaycan xalqının oğul və qızlarına təsəlli və başsağlığı deyirik!

İltimasi dua!

Fatimeyi-Zəhra (əleyhasəlam) sözün həqiqi mənasında misilsiz bir mömin və elmli-bilikli bir qadındır. Fatimə (əleyhasəlam) yeni dəyər və meyarların bir yaradıcısı kimi İslam qadınlarına həqiqi və əsl həyatın nə olduğunu öyrətmiş, onların diqqətini öz varlıqlarında olan gövhərə bənzər dəyərlərə cəlb etmişdir. Beləliklə də, qadınların həqarətli maddi həyat mərhələsindən düzgün və ağıllı mənəvi həyata qədəm qoymasına rəhbərlik etmişdir.

Fatimeyi-Zəhra (əleyhasəlam) öz əsrində qadınların hər şeydən məhrum və zəif bir dövrünü dəyişdirən və onu mənəvi, ictimai, siyasi və bəşəri baxımdan xoşbəxtlik və səadət çağına qovuşduran bir həlqə hesab olunur.

Qurani-Kərimdə Fatimeyi-Zəhranın (əleyhasəlam) bərəkətli vücudu İslam Peyğəmbəri (sallallahu əleyhi və alih) üçün Kövsərə, tükənməz və ən dəyərli hədiyyələrə bərabər tutuldu. Onun yaxşı adının, şəfqətli məqamının, nəslinin davamı sayıldı, pak kökünün-soyunun saxlanması hesab olundu:

﴿إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ* فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ* إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ﴾

“Biz sənə Kövsər bəxş etdik. Ona görə də namaz qıl, şükr və səcdə et, qurban kəs. Sənə “sonsuz, nəsli kəsilmiş” deyən düşmənin özü sonsuzdur”.[1]

Fatimeyi-Zəhra (əleyhasəlam) bənzərsiz və kamil bir qadının ən parlaq nümunəsi, İslam tərbiyəsinin və əzəmətli İslam ilahi məktəbinin həqiqi və ləyaqətli  yetirməsidir.

O, Allahın elçisinin insanı tərbiyələndirən məktəbində və Xədiceyi-Kübranın (əleyhasəlam) səfalı məhəbbəti ilə tərbiyə almışdır.

Fatimeyi-Zəhranın (əleyhasəlam) əziz varlığı, atasının ona bəslədiyi dərin ehtiramı və böyük məhəbbəti sayəsində qadınlar cəmiyyətinin həyatını birdəfəlik dəyişdirdi və onlar üçün yeni tale yazdı. İslam tərbiyəsi və əxlaqının bərəkəti ilə ev mühitindən səfa və səmimiyyətlə, lütf və mehribanlıqla dolu bir cəmiyyət yaratdı. Ev mühitini böyük bir tərbiyə ocağına çevirdi, orada imam Həsən (əleyhissəlam) və imam Hüseyn (əleyhissəlam) kimi oğulları, Zeynəb və Ümmü Gülsüm (əleyhiməssəlam) kimi vücudları məhəbbət ilə dolu qızları dünyaya gətirib tərbiyə etdi.

O, İslam cəmiyyətində, bəşəri cəmiyyətdə bir qadın nümunəsi kimi möhkəm iman və dindarlıq yolunda, İslamın əsaslarını gücləndirmək istiqamətində əziz atası və ömür-gün yoldaşı ilə bərabər fəaliyyət etmişdir. Axırda da özünün dərin İslami məsuliyyətini və borcunu yerinə yetirmək yolunda əziz canını fəda etdi...

Bir daha Əhli-Beyt (əleyhimussəlam) məktəbinin bütün davamçılarına həzrət Fatiməi-Zəhranın şəhadət günü münasibəti ilə başsağlığı deyir və mömin bacı-qardaşlara bu müsibətli günlərdə layiqli əzadarlıq diləyirəm.

İltimas dua!


[1] «Kəvsər” surəsi.

Etiketlər :

Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadət günü