Zil-qədə ayının bazar günü ( yekşənbə) namazı
26 November 2024
07:17
۷۲۱
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Zil-qədə ayının bazar günü ( yekşənbə) namazı
Zil-qədə ayının bazar günü
namazını unutmayın və öz dostlarınızı da bu namazın qılınmasına dəvət edin.
Böyük şəxsiyyətlərin çox təkid
etdikləri davamlı ənənələrindən biri zil-qədə ayının bazar günlərində qılınan
tövbə namazıdır. Həqiqətdə, bu namaz ilin digər günlərində "rəca`" (qəbuluna
ümidvar olmaq) niyyəti ilə qılına bilər, amma zil-qədə ayının bazar günlərində
bu namaza daha çox diqqət edilir.
Bu namazın qılınmasına əxlaq
alimləri xüsusi əhəmiyyətlə yanaşmış və yerinə yetirilməsinə dair göstəriş
vermiş və bütün ibadət çillələrini onunla başlamışlar.
Namazın yerinə yetirilmə
qaydası:
Zil-qədə ayının bazar günü
(tövbə niyyəti ilə) qüsl edilir, sonra zil-qədə ayının bazar gününün tövbə
namazı niyyətilə dörd rəkət (iki dəfə iki rəkətli) namaz yerinə yetirilir. Hər
rəkətdə "Həmd" surəsindən sonra üç dəfə "Tövhid" və bir dəfə
"Muəvvəzətəyn" (Nas və Fələq) surələrini oxuyur.
İkinci namazın salamından
sonra yetmiş dəfə: məs; "əstəğfurullahə Rabbi"-deyə, istiğfar
(Allahdan bağışlanmaq) istənilir, sonda isə "Lə həvlə və lə quvvətə illə
billəhil-Əliyyil Əzim" zikri deyilir. (Bəzi böyük şəxsiyyətlərin göstərişində "Lə həvlə və lə quvvətə illə billəhil-Əliyyil
Əzim" zikrinin yeddi dəfə deyilməsi göstərilir, belə nəzərə çatır ki, bu
tövsiyə daha doğru və səhihdir).
Nəhayət sonda belə deyilir:
"Ya Əzizu, ya Ğəffar,
iğfirli zunubi və zunubə cəmiil-mumininə vəl muminati, fə innəhu lə yəğfiruz-zunubə
illə əntə.”
Bu namazın qılınmasında diqqəti
cəlb edən bir məsələ, "həqqun-nas" barəsində olunan bəhsdir. Namazın
izahında deyildiyi kimi, Qiyamət günündə tələbkarlar ondan razı qalacaqlar.
(İnsan boynunda olan həqqun-nası (xalqın haqqını) qaytarmaq üçün cox
çalışmalıdır. Əgər borclu olduğu şəxsi tapmasa, ya borcunu qaytaracağı halda
daha böyük fəsadın baş vermə ehtimalı olsa, o şəxsin tərəfindən sədəqə versin,
ya Allahdan onun günahlarının bağışlanmasın istəsin, ya onun niyyəti ilə ehsan
etsin və s. Lakin mümkündür bəzən insan özü də bilmədən boynunda həqqun-nas
(xalqın haqqı) olsun, belə olan halda bu namazın köməkliyi ilə Qiyamət günü tələbkar
şəxs öz haqqından keçəcək və insanı halal edecəkdir.
Iltimas dua!