Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin “Məhdilik” mövzusunda çıxışları
24 November 2024
05:49
۱,۶۳۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Birinci çıxış (ardı)
Yuxarıdakı hədisdə olan iki əhəmiyyətli məsələnin bəyanı:
Bu kimi hədislərdə iki əhəmiyyətli incəlik vardır, onlar ibarətdir:
Birinci incəlik: Keçmiş İslamın viran edilməsi;
Yuxarıda gələn hədisdən istifadə olunan incə bir məsələ budur ki, həzrət Hüccət (Allah onun gəlişində təcil etsin) qiyam etdikdən sonra özündən öncə olan qayda-qanunları məhv edib aradan aparcaq. Başqa sözlə desək, tarix boyu həqiqi İslama nisbət verilən bidətlər və təhriflər tamamilə aradan gedəcəkdir.
İkinci incəlik: İslamın yeni tərzdə zühur etməsi;
Hədisdən ələ gələn ikinci incəlik budur ki, həzrət Məhdinin (Allah onun gəlişində təcil etsin) qiyamı ilə İslam dini yeni bir şəkildə zühur edəcəkdir.
Bu məqamda bir sualın araşdırması və onun cavabı;
Yuxarıdakı iki məsələni qeyd etdikdən sonra burada belə bir sual irəli gəlir ki, hədisdə gələn “yeni” kəlməsi “İslam” sözünün vəsfidir, ya “başlayacaq” sözünə aiddir və “yeni” kəlməsi zahirdə qeyd olunmayan “mütləq məful”un vəsfidir, (cümlənin zahirində gəlməyən, lakin mənada nəzərdə olan məfula vəsfdir) yəni əslində: “يستأنف الاسلام استينافاً جديداً” – “İslam dini yenidən bərpa ediləcək” mənasınadır.
Aparılan tədqiqə müvafiq bu sualın cavabı belədir ki, bu hədisdə gələn təbirin mənası, indiyə kimi Quranda və Peyğəmbəri Əkrəmin (sallallahu əleyhi və alih) sünnəsində zikr edilməyən: “yeni qayda-qanunlu İslamın gəlməsi”-deyildir, əksinə məqsəd budur ki, İslam dini yenidən başlanacaq, daha aydın desək, İslamın təvəllüdü təzələşəcək və yenidən əməl meydanına ayaq açacaqdır.
Başqa sözlə desək, hədisdən məqsəd budur ki, həzrət Məhdinin (Allah onun gəlişində təcil etsin) zühuru ilə, o zamana qədər tamamilə unudulmuş, ya təhriflərə və yalnış təhlillərə məruz qalmış və ya onların kamil icrasında maneələr yaranmış İslamın aydın və olduqca möhkəm qanunları qüvvət və qüdrətlə əməl meydanına gələcək və hamısı icra olunacaqdır.
(ardını izləyin)