Səfər ayının yeddisi ilə bağlı bəyanat
26 November 2024
01:48
۶۶۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Ayətullah Muhəmməd Cavad Fazil Lənkərani (Allah ömrünü uzun etsin) səfər ayının yeddisidə, həzrət imam Həsən Muctəba əleyhissəlamın şəhadəti haqda
Əlhəmdu lilləhi Rabbil aləmin və sallallahu əla səyyidina Muhəmmədin və Alihit-tahirin
Fəqihlərin, hədis və tarix alimlərinin məşhur nəzərinə müvafiq olaraq səfər ayının yeddisi həzrət imam Muctəba əleyhissəlamın şəhadəti ilə müsadifdir.
Kitabları tədqiq etdiyimiz zaman imam Muctəba əleyhissəlamın şəhadəti ilə bağlı bir nəzər mərhum Kuleyninin nəzəridir ki, buyurur o Həzrətin şəhadəti səfər ayının iyirmi səkkizi yox, sonudur. Möhtəşəm kafi kitabının 3-cü cildinin 328-ci səhifəsində buyurur: «ومضی فی صفر فی آخره» - (səfər ayının sonunda dünyasın dəyişdi).
Bu cümlənin zahiri mənası səfər ayının son günü ilə uyğun gəlir. Yalnız belə fərz etmək də olar ki, məqsəd səfər ayının son günü deyil, əslində son bir neçə günə işarə edilir.
Böyük fəqihlərdən bəziləri imam Muctəbanın (əleyhissəlam) şəhadətini, günün müəyyən etmədən səfər ayında olduğunu qeyd etmişlər. O cümlədən, mərhum Şeyx Mufid “Əl-İrşad” kitabında buyurur: «و مضی لسبیله فی شهر صفر» -(səfər ayında Allah yolunda qətlə yetirildi).
Hətta imam Muctəba əleyhissəlamın hicri-qəməri ilinin 49-cu ya 50-ci ilində şəhid olması haqda da nəzərlər müxtəlifdir. Mərhum Şeyx Tusi möhtəşəm “Təhzib” kitabının 6-cı cild 39-cu səhifəsində şəhadət tarixin müəyyən etməmişdir. Bu da ikinci nəzər.
Üçüncü nəzər budur ki, Həzrətin şəhadəti səfərin 28-i olmuşdur. Bu nəzərin sahibləri ibarətdir; Mərhum Şeyx Mufid, əlbəttə İrşad kitabında deyil, “Məsaruş-şiə” kitabında, həmçinin mərhum Şeyx Təbərsi “Tacul-məvali” kitabında, mərhum İbn Şəhr Aşub Mazəndərani “Əl-Mənaqib” kitabında. Bu üç alimin nəzərinə müvafiq olaraq həzrət Muctəba əleyhissəlamın şəhadət günü səfər ayının sonu, yəni 28 səfərdir.
Amma burada, hicri 246-da vəfat etmiş Seyid Qasim ibn İbrahim Rəsi və ya Əl-bərsi adlı bir nəfər də vardır ki, onun “Təsbitul-imamət” adında bir kitabı da vardır, o, bu kitabında həzrət imam Kazimdən (əleyhissəlam) bir hədis nəql edib buyurur: “توفّی السابع من شهر صفر”- İmam Muctəba əleyhissəlam səfər ayının yeddisi şəhid olmuşdur.
Məlum olur ki, bu kitab mərhum Şeyx Kuleyninin və Şeyx Mufidin əlində olmamışdır. Bu da təbiidir ki, İmamların dövründə olan bütün kitablar cənab Kuleyninin və başqalarının əlinə çatmasın. Demək, bu mətləbi yazan ilk şəxs İbrahim Rəsidir.
Mərhum Şəhid əvvəl də öz “Durus” kitabında belə buyurur: “و قبض بها مسموماً یوم الخمیس سابع صفر” – (hicri 49 ya 50-ci ilinin səfər ayının yeddisi pəncşənbə günü zəhərlənmədən şəhadətə yetmişdir).
Mərhum Kəfəmi də “Misbah” kitabında səfərin yeddisin qeyd edir. Mərhum Şeyx Bəhainin atası da bu haqda kitab yazmışdır ki, orada ayın yeddisini göstərir. Şeyx Bəhainin özü bir neçə kitabında; o cümlədən, öz qələmi ilə Tövzihul-məsail və fars dilində olan fiqh kitabı, “Camei Abbasi” kitabında bu mətləbi gətirmişdir. Mərhum məclisi möhtəşəm “Biharul-ənvar” kitabında, mərhum Sahib Cəvahir “Cəvahir” kitabının 20-ci cildində də bu nəzərdə olmuşlar, belə ki, onların ifadələri təqribən Şəhid əvvəlin ifadələrinə oxşardır.
Həmçinin, mərhum Kaşiful-Ğita da buyurur ki, şəhadət günü səfərin yeddisidir. Əksər tarixçilər, fiqh və hədis alimləri həzrət Muctəbanın (əleyhissəlam) şəhadət günü tarixini səfər ayının yeddisi olduğunu bəyan etmişlər. Bu nəzərə müvafiq olaraq, Nəcəf elmi hövzəsinin böyük alimləri də bu münasibətlə səfər ayının yeddisini şəhadər günü qərar verərək dərslərini tətil edərmişlər.
Qum elmi hövzəsi təsis olunduqdan sonra mərhum Ayətullah Hairi (Allah ruhunu şad etsin) ənənəvi şəkildə səfər ayının yeddisini şəhadət günü olaraq hövzə dərslərini tətil edərmiş. Sonralar mərhum Ayətullah Uzma Burucerdi (ruhu şad olsun) bu ənənəni davam etmişdir. Ondan sonra gələn din elmləri mərcələri də bu qaydanı davam etdirmişlər.
Qum şəhərinin bazarı da həmin gündə tətil olur.
Bu arada bir hədisdə deyilir ki, həzrət imam Kazimin (əleyhissəlam) doğum günü səfər ayının yeddisidir. Halbuki həzrət Kazimin (əleyhissəlam) mövlud günü ilə bağlı da alimlərin nəzərləri müxtəlifdir. Bəziləri zil-hiccə ayında, bəziləri də səfər ayının on yeddisində olduğunu deyirlər.
Amma qeyd edilməlidir ki, imam Həsən Muctəba əleyhissəlam həqiqətən həm öz həyatında, həm də şəhadət dövründə olduqca məzlum olmuşdur. O Həzrətin şəhadətə yetməsi, dəfn edilməsi və dəfn edilmə məkanı ilə bağlı baş verən bir sıra hadisələr səbəb olur ki, insan onun barəsində öz vəzifəsini daha ciddiyyətlə yerinə yetirsin.
Bizim bütün varlığımız onlara bağlıdır, zahirən hədislərdə “buka” (ağlamaq) məsələsi iki imam barəsində qeyd olunubdur. Buka mövzusu biri həzrət imam Huseyn əleyhissəlam haqda tövsiyə edilibdir, belə ki, bu hədislər təvatur həddindən də yüksəkdir, digəri isə həzrət imam Həsən əleyhissəlama aiddir. Eyni zamanda bu hədis həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) tərəfindən bəyan edilibdir ki, buyurur:
«فَمَنْ بَكَاهُ لَمْ تَعْمَ عَيْنُهُ يَوْمَ تَعْمَى الْعُيُونُ وَ مَنْ حَزِنَ عَلَيْهِ لَمْ يَحْزَنْ قَلْبُهُ يَوْمَ تَحْزَنُ الْقُلُوبُ وَ مَنْ زَارَهُ فِی بَقِيعِهِ ثَبَتَتْ قَدَمُهُ عَلَى الصِّرَاطِ يَوْمَ تَزِلُّ فِيهِ الْأَقْدَامُ»
“Hər kəs (imam) Həsən üçün ağlasa, gözlər kor olan gündə (Qiyamətdə) gözləri görəcəkdir. Hər kəs imam Həsənin (əleyhissəlam) müsibətində qəmgin və qüssəli olsa, qəlblər hüznlü olan gündə, qəm-qüssədən uzaq olar. Hər kəs Bəqi qəbiristanlığında onu ziyarət etsə, Sirat körpüsündə qədəmlər əsən gündə sabitqədəm olacaqdır.”
Əgər biz bu günü tətil etsək və əza məclisi tutsaq, imam Muctəbanın şəhadəti ilə bağlı öz hüzn-kədərimizi bildirmiş oluruq. Deməli, bu məsələ gərək hamıya aydın olsun, çünki mümkündür camaat belə soruşsunlar ki, bir gündə həm viladət, həm də şəhadət olarmı? Necə ola bilər? Dediklərimiz bu sualın cavabını aydınlaşdırır.
Və sallallahu əla səyyidina Muhəmmədin və Alihit-tahirin
Qeyd: Bu danışıq şəmsi 1387-ci (miladi 2008) ildə bəyan olmuşdur.
İltimas dua!