Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin “Məhdilik” mövzusunda çıxışları

24 November 2024

07:51

۱,۷۰۰

Xəbərin xülasəsi :
Rəsulullah (sallallahu əleyhi və alih) cahiliyyət dövründə olan əməlləri batil edib aradan apardı, ədalət və düzgünlüyü xalqa töhfə gətirdi, həmçinin Qaim (əleyhissəlam) qiyam etdikdə, zalımlarla saziş dövründə xalq arasında adət-ənənəyə çevrilmiş adət və ənənəyə çevrilmiş xoşagəlməz əməlləri batil edəcək, haqq və ədaləti insanlara ərməğan gətirəcək
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları

Birinci çıxış (ardı)

Üçüncü təbirin araşdırması: “İnsanları ədalətə çağırmağa və keçmişə son qoymağa” dəlalət edən hədislər;

Qeyd olundu kimi, hədislərdə gələn üçüncü təbir budur ki, o Həzrət zühur etdikdən sonra insanları ədalətə və düzgünlüyə dəvət edəcək, camaat arasında yayılmış İslamı ədalətə əsaslanan həqiqi İslamla əvəz edəcəkdir. Bu hədislərin birində imam Məhdinin (Allah onun gəlişini tezləşdirsin) əməl və rəftarının vəsfində həzrət imam Baqir (əleyhissəlam) buyurur:

"رَسُول اللهِ(صلي الله عليه وآله)... أَبْطَلَ مَا كَانَ فِي الْجَاهِلِيَّةِ وَ اسْتَقْبَلَ النَّاسَ بِالْعَدْلِ وَ كَذَلِكَ الْقَائِمُ(عليه السلام) إِذَا قَامَ يُبْطِلُ مَا كَانَ فِي الْهُدْنَةِ مِمَّا كَانَ فِي أَيْدِي النَّاسِ وَ يَسْتَقْبِلُ بِهِمُ الْعَدْلَ"

“(Necə ki,) Rəsulullah (sallallahu əleyhi və alih) cahiliyyət dövründə olan (bütün ədalətsiz) əməlləri batil edib aradan apardı, ədalət və düzgünlüyü xalqa töhfə gətirdi, həmçinin Qaim (əleyhissəlam) qiyam etdikdə, zalımlarla saziş dövründə xalq arasında adət-ənənəyə çevrilmiş adət və ənənəyə çevrilmiş xoşagəlməz əməlləri batil edəcək, haqq və ədaləti insanlara ərməğan gətirəcək.”[1]

Bu hədisdən əldə olunan üç mühüm məsələnin bəyanı;

Bu təbirli hədislərdə olan üç mühüm məsələyə diqqət yetirilməlidir, onlar aşağıda qeyd olunanlardır:

Birinci məsələ: İnhirafa çəkilmiş İslamı batil etmək;

Yuxarıda qeyd edilən hədisdən ələ gələn birinci məsələ budur ki, həzrət Məhdi (Allah onun gəlişini tezləşdirsin) Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) kimi İlahi qiyamı ilə özündən əvvəl olan batil əməlləri aradan aparacaq. Yəni əziz cəddi həzrət Muhəmməd (sallallahu əleyhi və alih) kimi o Həzrət də keçmiş zamanlarda həqiqi İslama ləkə gətirmiş xurafat, inhiraflar və cahillikləri məhv edib aradan aparacaq.

İkinci məsələ: Ədalət mehvərli İslamın zühuru;

Hədisdən istifadə edilən ikinci məsələ budur ki, həzrət Məhdinin (Allah onun gəlişini tezləşdirsin) qiyamı ilə İslam dini öz ilkin yaranışında olduğu kimi ədalətpərvər şəklində zühur edəcəkdir.

(ardını izləyin)



[1] Ət-Təhzib, mərhum Şeyx Tusi, cild-6, səh. 154, 70-ci fəsil, hədis 1; Biharul-Ənvar, mərhum Əllamə Məclisi, cild-52, səh. 381; İsbatul-Hudat bin-nususi vəl-mucizat, mərhum Şeyx Hurr Amili, cild-6, səh. 377


Etiketlər :

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları