Quranın qiraətləri müxtəlifliyi haqda olan şübhəyə cavab
25 November 2024
22:03
۴۷۵
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Ayətullah Muhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) ali fiqh elmi dərsində Quranın qiraətləri müxtəlifliyi haqda olan şübhəyə cavabı
(ardı)
İslam tarixi boyu camaat Quranı əzbərləməyə bağlı və əlaqəli olmuşlar. Peyğəmbərin öz dövründə Quran hafizləri var idi və ondan sonra da hər bir zamanda çoxlu hafizlər olmuşdur. Hazırda da əgər Allah göstərməsin, bu çap olmuş Quranlar aradan getsə, Quranı əzbərdən bilən çoxlu insanlar vardır.
«و لا دخل للقرائة فی ذلک أصلا»
Qiraət mövzusunun Quranın həqiqətində heç bir dəxaləti yoxdur. Quranın həqiqəti həmin hərflər və kəlmələrdir öz tərkibi ilə. Bu ki, bir hərif zəmmə, ya fəthə ilə oxunsun, bir fel məchul, ya məlum tələffüz edilsin, Allah tərəfindən Peyğəmbərə nazil olan bir kəlmənin özündə heç bir dəyişiklik icad etmir və bu, Allahın buyurduğu həmin kəlmədir. Sonra buyurur:
«ولذلک فإن القرآن ثابت بالتواتر، حتی لو فرضنا أن هؤلاء القراء السبعة أو العشرة لم یکونوا موجودین أصلًا»
Quran təvatur ilə sabitdir. Hətta əgər bu yeddi, ya on qarilər də, əsla olmasaydılar, müsəlmanlar bu Quranı mutəvatir şəkildə Peyğəmbərin (sallallahu əleyhi və alih) zamanından oxumuşlar və əslini əzbərləmişlər, ta ki, bizim əlimizə çatmışdır. İndi əgər fərz edin ikinci və üçüncü əsrdə qarilər olmasaydılar, məgər Quran yoxumuz idi?
Mərhum Ağa Xoyi (Allah ona rəhmət etsin) olduqca cəlbedici olan bir təbir buyurur:
«عظمة القرآن أرقی من أن تتوقف علی نقل أولئک النفر المحصورین»
Quranın əzəməti bu qarilərin qiraətinə bağlı olmaqdan olduqca yüksəkdir, bu qarilər olalar, ya olmayalar, fərq etmir, Quran həmişə mövcuddur.
(ardını izləyin)