Bir Quran və bir qiraət
25 November 2024
20:06
۴۸۰
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Ayətullah Muhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) ali fiqh elmi dərsində Quranın qiraətləri müxtəlifliyi haqda olan şübhəyə cavabı
(ardı)
Bir Quran və bir qiraət
Deməli, bizim bir Quran varımızdır, bir də Quranın qiraəti. Bu mətləb Quranın bəzi ayələrindən də ələ gəlir. “İsra” surəsinin 106-cı ayəsi buyurur:
«وَقُرْآنًا فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلَى مُكْثٍ وَنَزَّلْنَاهُ تَنْزِيلًا»
Yəni Quranın qiraəti Quranın özündən bir mərhələ sonradır. Quran və qiraət iki şeydirlər. Quran və Quranın qiraəti arasında fərq vardır. Quran və Quranın arasında olan təfavütü dərk etməmək üzündən irəli gələn bu səhv səbəbinə bəziləri şübhəyə düşüb deyirlər: Hazırda əlimizdə olan bu Quran, Peyğəmbərin ixtiyarında olan Qurandan başqadır.
Mərhum Ağa Xoyi öz kəlamının izahında buyurur: Məgər Mutənəbbinin qəsidələri hazırda yoxumuzdur? Lakin bu qəsidələrdə nüsxə ixtilafları vardır. Bizim öz zamanımızda bəzən bir kitabın nüsxə ixtilafları vardır, eləcə də bəzi məsələlər barədə müxtəlif sözlər nəql olunur. Əlbəttə, Quranın müxtəlif nüsxələri yoxdur, çünki qiraətlər müxtəlifliyi nüsxə müxtəlifliyindən tam başqadır. Qiraət müxtəlifliyi, o yerdədir ki, kəlmə öz hərifləri ilə kamil surətdə qorunub qaldığı halda, müxtəlif şəkildə qiraət edilsin. Amma nüsxə müxtəlifliyində həriflər yerbəyer olurlar.
Demək, Quranın təvaturu qətidir. Özü də ancaq müsəlmanların arasında deyil, əgər kafirlərdən soruşulsa belə, onlar deyəcəklər, müsəlmanların Quranı elə budur ki, heç bir dəyişiklik edilmədən Peyğəmbərin zamanında da olmuşdur. Əlbəttə, bir qisim İslam düşmənlərinin acığına gəlmir ki, “Təhrif” məsələsini müzakirəyə çıxaralar. Quranın təhrifedilməzliyi barədə kitablar yazan tanınmış şiə alimləri olduqca çoxdur. Amma düşmənlərimiz Quranın təhrifedilməzliyinə qail olan yüz fəqih, usuli, mühəqqiq və mufəssir arasında, Quranın təhrifi haqda bəzi hədisləri səhv düşünən bir-iki nəfərin sorağına gedirlər, sonra onların sözlərini bütün şiələrə nisbət verirlər. “Quranın təhrifedilməzliyinin tədqiqi” adı ilə yazdığım kitabda qədimdən indiyə qədər olan alimlərin ibarətlərini gətirmişəm və dümişəm ki, ancaq çox nadir halda Quranın təhrifinə qail olan vardır.
Demək, birinci məsələ budur ki, Quranın qiraəti mutəvatir ola, ya olmaya, Quran özü mutəvatirdir. Əgər bir kəs bu məsələni yaxşı düşünsə, onun şübhəsi tam aradan gedəcək və bu bəhs öz mənasını itirəcək.
İkinci məsələ budur ki, qarilər arasında, necə ki, şübhədə də qeyd olunur, həm şiə alimləri, həm də əhli təsənnün alimlərinin nəzərincə Həfs zəif sayılır. Deyilir ki, hazırkı Quran bir ayda olaraq Həfsin Asimdən qiraətinə əsaslanır. Şiə və əhli-sünnətin rical kitablarında Həfs, “mətrukul-hədis”[1] və zəif qiymətləndirilir. Onda soruşurlar ki, hədis dedikdə sözünün etibarı olmayan bir şəxsin sözünü qiraətdə necə qəbul edirsiz?
Cavab belədir: Nəhv və qramatika elmində filan ədəbiyyatçının bu kəlməni belə oxumaq lazım olduğunu bildikdə, soruşursunuzmu o ədəbiyyatçı ədalətli şəxsdir, ya ədalətsiz? Sizin bu şübhəniz, mətləbi dərindən araşdırmadığınız səbəbdəndir. Həkimə getdikdə soruşursizmu, cənab həkim bu dərmanı mənə verməzdən əvvəl de görüm ədalətlisən, ya ədalətsiz? Quran qarisi ibarəni ədəbiyyat üslubu və qaydalarına əsasən, oxuyur. Burada əslən ədalətli, ya ədalətsiz olmaq bəhsi müzakirə edilmir.
Həfsin sözünü hədisdə qəbul etmirik, çünki Məsumun sözünü nəql edən şəxsin mütləq ədalətli və sözünün etibarlı olması lazımdır. Quran barəsində də, Quranı nəql edənin, yəni Peyğəmbər əkrəmin (sallallahu əleyhi və alih) nəinki ədalətli olması, həqiqətdə hər bir xatadan məsum və günahsız olması lazımdır. Amma qaridə ayəni nəql etmək bəhsi deyil, ayənin necə qiraət edilməsidir. Onların özləri ədəbiyyatçı və mütəxəssisdirlər. Quran da aydın ərəb dilində nazil olub. Bunlar özləri qiraətdə təcrübəli və ərəb ədəbiyyatında təxəssüsə malik olduqları halda, artıq onların ədalətli və ədalətsiz olmaqları barədə sual etməyin mənası yoxdur.
Məlum olur ki, bu şübhəni müzakirəyə çıxaran şəxs, mətləbi bir yerdən alır və digər mətləblərə diqqət etmir. Elə ona görə də sonda bu şübhələrlə üzləşir. Əsas etibarı ilə qiraətlər babında tədqiq edilmiş nəzər budur ki, biz o qiraəti qəbul edirik ki, ərəb dili ədəbiyyatının qaydalarına tam cavab vermiş olsun. Əgər hər hansı bir qiraət, ərəb ədəbiyyatının qaydaları ilə uyğunluğu olmazsa, ümumiyyətlə onu qəbul etmirik.
(ardını izləyin)
[1] O, Hədisinin etibarı olmayandır.