Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
27 November 2024
19:43
۶۳۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
Hicri-qəməri 1442-ci il, şəban ayının 11-i, miladi 2021-ci il martın 25-i həzrət imam Huseynin (əleyhissəlam) sevimli böyük oğlu, Kərbəla qəhrəmanı həzrət Əli Əkbər əleyhissəlamın təvəllüd günüdür. Bu əziz və şad günün münasibətilə bütün Əhli-beyt (əleyhimussəlam) sevərlərinə təbrik deyir və Allah-təaladan bizi o Həzrətin yolunun davamçılarından etməsini arzulayırıq.
Həzrət Əli Əkbər əleyhissəlamın dünyaya gəlişi barəsində tarixi mənbələrdə yazılanlara əsasən, bu tarixin hicri 33-cü ilinə mütabiq olması göstərilir. Həm zahiri görünüşcə, həm də əxlaqi dəyərləri baxımından həzrət Peyğəmbəri-əkrəmə (sallallahu əleyhi və alih) ən çox oxşarı olduğu üçün Əli Əkbər əleyhissəlam bütün Əhli-beyt (əleyhimussəlam) üzvlərinin yanında böyük hörmət və məhəbbət qazanmışdır. O həzrətin adı Əli, əziz atasının adı Huseyn əleyhissəlam, mehriban anası isə Səqəfi tayfasından olan Murrətin qızı Leyladır.[1] Həzrət imam Huseyn əleyhissəlamın böyük oğlu olduğu üçün o həzrətə Əli Əkbər adı verilmişdir. Həzrət imam Sadiq əleyhissəlamdan nəql olunan hədisdə deyilir ki, həzrətin kunyəsi Əbul-Həsən olmuşdur.[2]
Cənab Bəzəntinin nəql etdiyi hədisin dəlalətinə əsasən, həzrət Əli Əkbər əleyhissəlam izdivac etmişdir.[3] Həmçinin, imam Sadiq əleyhissəlamdan yetişən ziyarətnamədə həzrət Əli Əkbərin (əleyhissəlam) barəsində belə oxuyuruq:
"صلی اللَّه علیک و علی عترتک و اهل بیتک و آبائک و ابنائک و امهاتک الاخیار الذین أذهب عنهم الرجس و طهرهم تطهیراً"
“Allah-taalanın salam və salavatı sənə və ailənə, Əhli-beytinə, nənə və babalarına və övladlarına olsun, o kəslər ki, xeyirxah və ən yaxşı insanlardır və Allah-taala onlardan hər növ pisliyi və xoşagəlməzliyi uzaqlaşdırmış və onları pak-pakizə etmişdir.”
Bu ziyarətnamədə oxuduğumuz: “ابنائک” – övladlarına kəlməsindən belə məlum olur ki, həzrət Əli Əkbər əleyhissəlamın ikidən artıq övladı olmuşdur.[4] Kərbəla vaqiəsinin 61-ci ildə olmasını nəzərə alsaq, belə nəticə əldə edirik ki, o həzrətin mübarək həyatından 27 il keçmiş şəhadətə yetişmişdir.
[1] “Əli Əkbər”, mərhum Muqərrəm, səh. 15-16