Zil-qədə ayının bazar günü ( yekşənbə) namazı

24 November 2024

13:10

۹۵۱

Xəbərin xülasəsi :
Zil-qədə ayı Allah-taalanın müqəddəs Quranda qeyd etdiyi haram aylardandır. Zil-qədə ayı çətinliklərdə duaların qəbul olan vaxtıdır. Bu ayın bazar günü üçün həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) çox fəzilətli bir namaz nəql olunmuşdur
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Zil-qədə ayının bazar günü ( yekşənbə) namazı

Zil-qədə ayı Allah-taalanın müqəddəs Quranda qeyd etdiyi haram aylardandır. Seyid ibn Tavus bir hədisdə nəql edir ki, zil-qədə ayı çətinliklərdə duaların qəbul olan vaxtıdır. Bu ayın bazar günü üçün həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) çox fəzilətli bir namaz nəql olunmuşdur.

Zil-qədə ayının bazar günlərində bu namazı qılmağı unutmayın və öz dostlarınızı da onun qılınmasını tövsiyə edin. Böyük şəxsiyyətlər “Tövbə namazı” adlanan bu namazın qılınmasına cox təkid etmişlər. Həqiqətdə, bu namaz ilin digər günlərində "rəca`" (qəbul edilməsinə ümidvar olmaq) niyyəti ilə qılına bilər, amma zil-qədə ayının bazar günlərində bu namaza daha çox diqqət edilir.

Bu namazın qılınmasına əxlaq alimləri xüsusi əhəmiyyətlə yanaşmış və yerinə yetirilməsinə dair göstəriş vermiş və bütün ibadət çillələrini onunla başlamışlar.

Hər kəs bu namazı qılsa tövbəsi qəbul olar, günahları bağışlanar. Qiyamət günü düşmənləri onunla düşmənlikdən çəkinər, ömrünü imanla başa vurar, dindən çıxmaz, qəbri geniş və nurani olar, valideynləri ondan razı olar, bu məğfirətdən valideylərinə və övladlarına da qismət olar, ruzisi artar, Əzrail onun canını alan zaman onunla müdara edər və asanlıqla canını tapşırar.

Namazın yerinə yetirilmə qaydası:

Zil-qədə ayının (hər) bazar günü (tövbə niyyəti ilə) qüsl edilir, sonra zil-qədə ayının bazar gününün tövbə namazı niyyətilə dörd rəkət (iki dəfə iki rəkətli) namaz yerinə yetirilir. Hər rəkətdə "Həmd" surəsindən sonra üç dəfə "Tövhid" və bir dəfə "Muəvvəzətəyn" (Fələq və Nas) surələri oxunur.

İkinci namazın salamından sonra yetmiş dəfə: "əstəğfurullahə Rabbi"-deyə, istiğfar edilir (Allahdan bağışlanmaq istənilir), sonda isə "Lə həvlə və lə quvvətə illə billəhil-Əliyyil Əzim" zikri deyilir. (Bəzi böyük şəxsiyyətlərin göstərişində  "Lə həvlə və lə quvvətə illə billəhil-Əliyyil Əzim" zikrinin yeddi dəfə deyilməsi göstərilir, belə nəzərə çatır ki, bu tövsiyə daha doğru və səhihdir).

Nəhayət sonda belə deyilir:

يَا عَزِيزُ يَا غَفَّارُ اغْفِرْ لِي ذُنُوبِي وَ ذُنُوبَ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ إِلا أَنْتَ

"Ya Əzizu, ya Ğəffar, iğfirli zunubi və zunubə cəmiil-mu`mininə vəl mu`minati, fə innəhu lə yəğfiruz-zunubə illə əntə.”

Bu namazın qılınmasında diqqəti cəlb edən bir məsələ, "Həqqun-nas" barəsində olunan bəhsdir. Namazın izahında deyildiyi kimi, Qiyamət günündə tələbkarlar ondan razı qalacaqlar. (İnsan boynunda olan “həqqun-nas”ı (xalqın haqqını) qaytarmaq üçün cox çalışmalıdır. Əgər borclu olduğu şəxsi tapmasa, ya borcunu qaytaracağı halda daha böyük fəsadın baş vermə ehtimalı olsa, o şəxsin tərəfindən sədəqə versin, ya Allahdan onun günahlarının bağışlanmasın istəsin, ya onun niyyəti ilə ehsan etsin və s. Lakin mümkündür bəzən insan özü də bilmədən boynunda həqqun-nas (xalqın haqqı) olsun, belə olan halda bu namazın köməkliyi ilə Qiyamət günü tələbkar şəxs öz haqqından keçəcək və insanı halal edecəkdir.)

Mərhum Şeyx Abbas Qumi “Məfatihul-cinan” kitabında belə deyir: Hər kim haram ayların birində üç gün ardıcıl olaraq; dördüncü, beşinci və altıncı günlərdə oruc tutsa, doqquz yüz ilin ibadətinin savabı ona verilər. Əli ibn İbrahim Qumi buyurur ki, haram aylarda günahların əzabı iki bərabər olduğu kimi xeyir və yaxşı əməllərin də savabı artir.

İltimas dua



Etiketlər :

Zil-qədə ayının bazar günü ( yekşənbə) namazı