Hidayət çırağı və nicat gəmisi
25 November 2024
10:16
۴۳۲
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu: And olsun məni haqq peyğəmbərliyə seçmiş Allaha, Huseyn ibn Əlinin səmada olan məqamı onun yerdə olan məqamından daha ucadır. Odur ki, Allah-taalanın Ərşinin sağında yazılıbdır: “Hidayət çırağı və nicat gəmisi.”[1]
Aşura vaqeəsi və Huseyn ibn Əli əleyhiməssəlamın hərəkatı tarixdə baş verən bütün qiyam və inqilablardan fərqlənir. Bu hərəkat özündən sonra gələn bütün inqilab və qiyamlara nümunə olmaqla bərabər, elə ilk illərdən əksər tarixçilərin diqqətini özünə cəlb etmişdir. 61-ci ilin aşurasından 1400 ilə yaxın müddət keçir, lakin bəşər hələ də bu hadisəni müxtəlif cəhətlərdən analiz edir və bu müddət ərzində Kərbəla vaqeəsi haqqında beş mindən artıq kitab və məqalə yazılıbdır.
İlk əsrlərdə yazılmış kitablarda əsas məqsəd, Kərbəlada baş vermiş hadisəni olduğu kimi yazıb saxlamaq olmuşdur. Məhz həmin dövrün kitabları Aşura vaqeəsinin tarixi mənbələrindən hesab olunur. Bu kitabları yazanlar adətən “Məqtəl” yazanlar adlanır, yəni Kərbəlada imam Huseyn və onun vəfalı dostlarının (Allahın salam və salavatı olsun onlara) necə şəhid olmalarını və baş verən hadisələri, bəzən cüzi səhnələri belə olduğu kimi yazıb qorumaq olmuşdur. Sonralar yazılmış kitablarda Kərbəla hadisəsini daha çox qəm, qüssə və göz yaşları ilə qoruyub saxlamağa cəhd olunmuşdur. Belə kitablar “rövzə, növhə və şer” kitabları kimi tanınmış və xalq kütlələri əzadarlıq mərasimlərində bu kitablardan faydalanmışlar. Təqribən son yüz ildə bu əzəmətli və misilsiz hadisənin təhlil və tədqiqinə daha çox diqqət olunur və Aşura hadisəsi ictimai, siyasi və fəlsəfi yönlərdən dərin araşdırılır.
Tarixdə insanlar bir çox acı və şirin hadisələrin şahidi olmuşlar. Lakin hicri 61-ci ilin Aşurası kimi geniş təsirə malik olan hadisəyə az rast gəlinir. Həmçinin, dünyada Kərbəla tarixinin yaradıcıları kimi tarix yaradıcıları çox az olmuşdur. Kərbəla döyüşündə bir-birinə zidd olan və qarşı-qarşıya duran iki növ rəftar və tərzi-təfəkkür mülahizə olunur. Bir tərəfdə xalqa icbarla qəbul etdirilən xəlifəni təmsil edən insanlarda xəyanət, namərdlik, zülm, vəfasızlıq, rəhimsizlik, qonaq öldürmək, digər tərəfdə isə dövrün imamını müdafiə edənlərdə vəfadarlıq, mərdlik, zülmlə mübarizə, şücaət, səbir, İlahi qəza-qədərə təslim olmaq və Allaha yüksək dərəcədə bəndəlik etmək görünür.
[1] Biharul-ənvar, cild- 91, səh. 184 (Uyun əxbarur-Rza (a) –dan nəql olunub, cild-1, səh. 59, hədis-29)