Həzrət İbrahim əleyhissəlam imamət məqamını kimlərə istədi

25 November 2024

07:08

۳۹۷

Xəbərin xülasəsi :
Qurani-kərim buyurur:“Yadına sal ki, Rəbbi İbrahimi bəzi sözlərlə imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Allah ona:) “Səni insanlara imam (dini rəhbər) təyin edəcəyəm” -dedi. (İbrahim isə:) “Nəslimdən necə?” – deyə, soruşdu. (Allah cavabında:) “Zalımlar mənim əhdimə (imamlığa) nail olmazlar” -buyurdu.”
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim

Həzrət İbrahim Xəlil əleyhissəlam zürriyyəsindən kimlərə imamət istədi

Qurani-kərim Bəqərə surəsinin 124-cü ayəsində buyurur:

وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِنْ ذُرِّيَّتِي قَالَ لَا يَنَالُ عَهْدِي الظَّالِمِينَ

“Yadına sal ki, Rəbbi İbrahimi bəzi sözlərlə imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Allah ona:) “Səni insanlara imam (dini rəhbər) təyin edəcəyəm” -dedi. (İbrahim isə:) “Nəslimdən necə?” – deyə, soruşdu. (Allah cavabında:) “Zalımlar mənim əhdimə (imamlığa) nail olmazlar” -buyurdu.

Belə bir sual, görəsən mübarək ayədə həzrət İbrahim öz nəslindən kimlər üçün imamət məqamını Allahdan istəyə bilərdi və “Zalımlar” dedikdə Allah-taala kimləri o məqama layiq bilmədi? Sual dəqiqdir və cavab da gərək dəqiq, məntiqə və qaneedici olsun. İbrahim əleyhissəlamın nəslindən olan övladlarını “zülm” vəsfinə nisbət dörd qismə ayıra bilərik. 1-Keçmişdə zalım olmuş və sonralar da zülmlərini davam etdirmiş şəxslər; 2-Əvvəllər zalım olmamış, lakin sonradan zülmə mürtəkib olanlar; 3-Əvvəllər zalım olmuş, lakin sonradan zülmdən əl çəkmiş və ədalətli olanlar; 4-Nə əvvəldən, nə də sonradan zülmə mürtəkib olmayanlar. Gördüyünüz kimi dördüncü qrupu çıxmaq şərtilə ilk üç qrup insanın zülm etmələri təsəvvür edilə bilər. Onlardan 1-ci və 2-ci qrup üçün həzrət İbrahimin Allahdan imamət məqamını diləməsi məntiqə uyğun deyil. “Xəlilullah” məqamına çatmış Ulul-əzm peyğəmbər heç vaxt həyatının bir hissəsini zülm və ədalətsizlikdə keçirmiş bir insanın yer üzündə hər bir cəhətdən Allahın cilvəsi və məzhəri olmasını diləyə bilməz. Yerdə qalır 3-cü qrup, onu da Allah-taala vəhy vasitəsilə xaric edir və buyurur ki, ancaq 4-cü qrupdan olan insanların imamət məqamına təyin edilmələri mümkündür.

Təbii ki, həzrət İbrahimin zalım zürriyyəsi və övladlarına rəva görülməyən imamət məqamı Allah-taalanın sonuncu peyğəmbəri həzrət Muhəmmədin (sallallahu əleyhi və alih) ümməti üçün də rəva olmayacaqdır. Ən azı ona görə ki, İslam dini Allahın son dini və həzrət Peyğəmbər də xatimun-nəbiyyin olduğu üçün. Deməli, İslam dinində imamət və xilafət məqamına seçilən imamların şəraiti daha çox diqqət mərkəzində durur.



Etiketlər :

Həzrət İbrahim Xəlil əleyhissəlam zürriyyəsindən kimlərə imamət istədi