Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) bəyanı
25 November 2024
03:00
۲۷۶
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əlinin (ə) Xanım Zəhranın (ə) fərağında söylədiyi kəlamlar haqda Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) bəyanı
Xəbərin xülasəsi:
Həzrət Fatimei-Zəhra (əleyhasəlam) üçün ilk mərsiyə və rövzə oxuyan şəxs Əmirəl-möminin (əleyhissəlam) özüdür
(ardı)
Çox təəccüblüdür, Əmirəl-möminin (əleyhissəlam) ərz edir: “قَلَّ یَا رَسُولَ اللَّهِ عَنْ صَفِیَّتِکَ صَبْرِی، وَ ضَعُفَ عَنْ سَیِّدَةِ النِّسَاءِ تَجَلُّدِی” – Artıq bu böyük müsibət qarşısında səbrim tükənir. “قَدِ اسْتُرْجِعَتِ الْوَدِیعَةُ” – Ya Rəsuləllah! Mənə tapşırdığın əmanət geri qaytarıldı. Amma ona nəzər sal, gör verdiyinlə aldığın nə qədər fərqlidir?! “وَ أُخِذَتِ الرَّهِینَةُ، وَ اخْتُلِسَتِ الزَّهْرَاءُ” – Zəhra məndən nagəhan alındı. “فَمَا أَقْبَحَ الْخَضْرَاءَ وَ الْغَبْرَاءَ” – Artıq göy rəngli səma və tutqun torpaq bizim üçün cansıxıcı cilvələnir. Necə də təəccüblü sözdür?! Bunlar sadə sözlər deyil, çünki Fatimə əleyhasəlamın həqiqəti bütün aləmə bağlıdır.
“یَا رَسُولَ اللَّهِ! أَمَّا حُزْنِی فَسَرْمَدٌ، وَ أَمَّا لَیْلِی فَمُسَهَّدٌ، لَا یَبْرَحْ الْحُزْنُ مِنْ قَلْبِی أَوْ یَخْتَارَ اللَّهُ لِی دَارَکَ الَّتِی فِیهَا أَنْتَ مُقِیمٌ” – Bu kədər və qüssə ömrümün sonuna qədər qəlbimdə qalacaq və ondan xaric olmayacaq. “کَمَدٌ مُقَیِّحٌ” – Bu qəm-qüssə necə də bir düyün kimi ürəksıxan və tutqundur. “وَ هَمٌّ مُهَیِّجٌ، سَرْعَانَ مَا فَرَّقَ بَیْنَنَا” – Necə tez bizim aramızda ayrılıq düşdü? “وَ إِلَى اللَّهِ أَشْکُو” – Mən Allaha şikayət edirəm. Bu Əmirəl-möminin əleyhissəlamın həzrət Zəhranın vəfatından sonra İlahi dərgaha etdiyi şikayətdir. Bir zaman gərək bu şikayətə baxılsın və ədalətlə qəzavət edilsin.
Ya Rəsuləllah! Qızından soruş ki, sənin ümmətin səndən sonra ona necə zülm etdi? “فَاسْتَخْبِرْهَا الْحَالَ” – Sənin rehlətindən sonra baş vermiş xəbərləri ondan soruş. “فَکَمْ مِنْ غَلِیلٍ مُعْتَلِجٍ بِصَدْرِهَا” – Əgər Zəhranın qəlbinə baxsan, ona edilən zülm və əziyyəti ürəyinindöyüntülərində görə bilərsən. Bu ifadə Kafidə, Şeyx Səduqun, Şeyx Mufidin və Şeyx Tusinin “Əmali” kitablarında qeyd olunubdur.
“وَ لَوْ لَا غَلَبَةُ الْمُسْتَوْلِینَ عَلَیْنَا لَجَعَلْتُ الْمُقَامَ عِنْدَ قَبْرِکَ لِزَاماً، وَ التَّلَبُّثَ عِنْدَهُ مَعْکُوفاً” – Bəzi cahillər deyirlər ki, nə olubdur? !400 il bundan əvvəl bir nəfərə zülm olunubdur, bu dövrə nə rabitəsi vardır? Anlamırlar, cahildirlər. Əmirəl-möminin əleyhissəlam, Allah Rəsulundan (sallallahu əleyhi və alih) sonra misli olmayan bir şəxsiyyət buyurur: “Əgər Zəhra (əleyhasəlam) ilə düşmənlik səbəbinə onun qəbrinin yerini tapıb cənazəsini çıxarmaları qorxusu olmasaydı, ömrümün sonuna kimi Zəhranın qəbri kənarında oturub etikaf edərdim... Yəni müsibət bu qədər ağırdır. “وَ لَأَعْوَلْتُ إِعْوَالَ الثَّکْلَى عَلَى جَلِیلِ الرَّزِیَّةِ” – Uşağı ölmüş bir ana kimi bu müsibətin böyüklüyünə ağlardım. Necə də təəccüblü bir cümlədir. “فَبِعَیْنِ اللَّهِ تُدْفَنُ بِنْتُکَ سِرّاً، وَ یُهْتَضَمُ حَقَّهَا قَهْراً” – Allahın gözləri önündə sənin əziz qızını gizlində dəfn etməliyəm. Sənin gözlərin qarşısında onun haqqını qəsb etdilər və açıq-aşkar irsinə mane oldular. “وَ لَمْ یَطُلِ الْعَهْدُ” – Bu zülmlər sənin qızına elə bir halda edildi ki, sən dünyanı təzə dəyişmişdin və vəfatından çox az bir zaman keçmişdi.
Bir daha ərz edir: “فَإِلَى اللَّهِ یَا رَسُولَ اللَّهِ الْمُشْتَکَى” – Bu elə bir şikayətdir ki, gərək ancaq Qiyamətdə Allahın hüzurunda Allaha ərz edim. “وَ فِیکَ أَجْمَلُ الْعَزَاءِ، فَصَلَوَاتُ اللَّهِ عَلَیْهَا وَ عَلَیْکَ...”[1]