Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti

24 November 2024

09:32

۳۲۵

Xəbərin xülasəsi :
Hicri-qəməri 1443-cü il, cumadis-saniyə ayının 3-ü, miladi 2022-ci il yanvar ayının 6-ı Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) ürək parası, qəlbinin meyvəsi, on bir məsum imamın anası, iki dünyanın Xanımı həzrət Fatimei-Zəhranın (əleyhasalam) şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti

Hicri-qəməri 1443-cü il, cumadis-saniyə ayının 3-ü, miladi 2022-ci il yanvar ayının 6-ı Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) ürək parası, qəlbinin meyvəsi, on bir məsum imamın anası, iki dünyanın Xanımı həzrət Fatimei-Zəhranın (əleyhasalam) şəhadət günüdür.

Həmçinin, şiə aləminin mərcəi-təqlidi, Azərbaycan xalqının yetirməsi, böyük alim və təqlid mərcəyi mərhum Ayətullah Uzma Şeyx Məhəmməd Fazil Lənkəraninin vəfatının ildönümüdür.

Qəm-qüssə ilə dolu bu münasibətlərlə əlaqədar, ilk növbədə Əsrin Hüccəti, həzrət imam Sahib Zamana (əccələllahu taala fərəcəhuş-şərif), sonra da Əhli-Beyt (əleyhimussəlam) məktəbinin davamçıları və aşiqlərinə, məxsusən qeyrətli və mömin Azərbaycan xalqının oğul və qızlarına təsəlli və başsağlığı deyirik!
 

Həzrət Fatimei-Zəhra əleyhasəlamın ziyarətnaməsi

السَّلامُ عَلَيْكِ يَا مُمْتَحَنَةُ امْتَحَنَكِ الَّذِي خَلَقَكِ فَوَجَدَكِ لِمَا امْتَحَنَكِ صَابِرَةً أَنَا لَكِ مُصَدِّقٌ صَابِرٌ عَلَى مَا أَتَى بِهِ أَبُوكِ وَ وَصِيُّهُ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمَا وَ أَنَا أَسْأَلُكِ إِنْ كُنْتُ صَدَّقْتُكِ إِلا أَلْحَقْتِنِي بِتَصْدِيقِي لَهُمَا لِتُسَرَّ نَفْسِي فَاشْهَدِي أَنِّي ظَاهِرٌ [طَاهِرٌ] بِوِلايَتِكِ وَ وِلايَةِ آلِ بَيْتِكِ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَجْمَعِينَ

Əssəlamu ələyki ya mum­təhənətum təhənəkillə­zi xələ­qək, fəvəcə­dəki li­məm təhə­nə­ki sabirəh, ənə ləki musəd­di­qun sabirun əla ma əta bihi əbuk, və vəsiyyuhu sələ­va­tul­lahi ə­ləy­hima, və ənə əs`əluki in kuntu səd­dəq­tuki illa əlhəq­tini bi­təsdiqi ləhuma litusərrə nəfsi, fəşhədi ənni zahi­run bivi­la­yə­tiki və vilayə­ti ali bəy­tik, sələ­vatul­la­hi ələyhim əc­məin.

Salam olsun sənə, ey imtahandan çıxan şəxs, Allah səni xəlq etdikdən sonra imtahan etdi və səni imtahanlar müqabilində səbirli gördü. Mən sənin uca məqamını təsdiqləyir, atan və onun canişininin (Allahın salamı olsun onlara) gətirdikləri müqabilində səbirliyəm. Biz səndən istəyirik ki, əgər səni təsdiq edənlərdən olsaq, mütləq bizim təsdiqimizi atan Rəsulullah (s) və onun canişini Əliyə (ə) çatdır ki, ürəyimi sevindirəsən. Şahid ol ki, mən ixlasla sənin və Əhli-beytinin (Allahın salamı olsun onların hamısına) vilayətinə sarılmışam.

Dualarınızda həzrət Fatimei-Zəhranın şiələrini unutmayın



Etiketlər :

Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti